“Hollivud”dakı əyləncənin haqq-hesabı

1 minute
“Hollivud”dakı əyləncənin haqq-hesabı — foto

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın aparıcı futbolçusu Elvin Cəfərquliyevi hansı səbəbdən komandadan uzaqlaşdırıb?

“Qarabağ”ın “Sabah” ilə çətin oyuna hazırlaşdığı bir dönəmdə Elvin Cəfərquliyev və komanda yoldaşı, yaxın dostu Abbas Hüseynov yanlarında dörd xanımla birlikdə “Hollivud” restoranına üz tutublar. Elvinlə Abbas restoranda əyləncənin dadını-duzunu çıxarıb, gecə saatlarında isə “barıt”ı bir qədər də artıraraq səs-küy salmağa başlayıblar. Restoranın müdiriyyəti onları tanıdığından qonaqlara bir söz deməyib, Qurban Qurbanova zəng etdirirlər. Futbolçuların xanımlarla birlikdə məkanda narahatlıq yaratdıqları bildirilir.

Məşqçi restorana özü getməyib, bir neçə nəfəri ora göndərib. Yeri gəlmişkən, Abbas Hüseynov Qurbanovun qardaşı Musa müəllimin qızının həyat yoldaşıdır. Qurban hocanın adamları məkana yetişir, Abbas və Elvinlə danışırlar, söhbət qızışır. Futbolçular restoranı tərk etməyə etiraz etdikdə, onlara qarşı fiziki güc tətbiq edilir. Şahidlərin dediyinə görə, hər iki futbolçu zor gücünə avtomobilə oturdularaq aparılır. Hara? Təbii ki, Qurbanovun hüzuruna. Orada nə baş verdiyi isə artıq sirr olaraq qalır.Məlum olan odur ki, mütəxəssisi özündən çıxaran məsələ Elvinin Abbası da əyləncəsinə ortaq etməsi və onların xanımlarla yaxalanmasıdır. Cəfərquliyevi onsuz da yaxın ətrafı “bazmen” və əyləncə düşkünü kimi xarakterizə edir. Bu oğlanın evli birini, xüsəsən də Qurbanovların yeznəsini özünə qoşması hocanı özündən çıxarıb və onu “bağışlanmaz siyahıya” daxil edib.


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!