Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“İnter”ə Zaqatalada yenə “yaşıl ışıq” yandırdılar

Dünən və bu gün keçirilə matçlarla Azərbaycan Premyer Liqasında 29-cu tura yekun vurulub.

Son oyun günündə, paytaxt derbisində “Neftçi” “Bakı” ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri minimal hesablı qələbəyə seviniblər.

Turun qapanış matçında isə “Simurq” doğma meydanda proqnozlaşdırıldığı kimi “İnter”ə məğlub olub. Bukmeker kontorlarının siyahıya salmadığı şübhəli qarşılaşmada gümanlar özünü doğruldub. Sahibi eyni olan Zaqatala klubunun “böyük qardaşı” sayılan “İnter”ə badalaq vurmayacağı aydın idi. İkinci hissədə kiçik Sxadadzenin vurduğu tək qol matçın taleyini həll edib. İddiası qalmayan “Simurq” zirvə yarışında “İnter”ə yaşıl ışıq yandırıb.

Amma çətin ki, hamının bildiyi bu bıabırçı sövdə də “İnter”ə çempion olmağa kömək ola. “Bankirlər” ən yaxşı halda “Neftçi”ni üstələyib gümüş medallara sahib çıxa bilər.

Qızılın taleyi isə faktiki məlumdu. Qarşısıalınmaz “Qarabağ” AZAL səddini də itkisiz keçərək, çempionluğa bir qədər də yaxınlaşıb.
“Qəbələ” isə çox şeydən əlini üzüb. Bu dəfə yenildiyi “Xəzər Lənkəran” kimi qəbələlilərin Avropaya tək çıxış yolu ancaq ölkə kubokunda qələbədi.

Azərbaycan Premyer Liqası
29-cu tur
6 aprel (bazar)

NEFTÇİ – BAKI – 1:0 (0:0)
Qol: E.Nfor, 79 (1:0).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
Bakı. “Bakcell Arena”.

NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 7. Araz Abdullayev, 9. Flavinyo, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov (k), 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 3. Denis Silva, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 27. Məqsəd İsayev.
BAKI: 1. Aqil Məmmədov (k), 2. Deyvidas Çesnauski, 3. Yure Travner, 4. Mario Alvares, 5. Ruben Qonzales, 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov, 17. Risto Ristoviç, 19. Marius Pena, 23. Lukas Mario Horvat.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 10. Aleksandar Soliç, 15. Alberto Noquera, 16. Xavyer Junior, 20. Tural Qürbətov, 27. Elton Hüseynov, 34. Şəhriyar Əliyev.

SİMURQ – İNTER – 0:1 (0:0)
Qol: B.Sxadadze, 74 (0:1).
Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Coşqun Həsənov, Mahir Məmmədov.
Zaqatala şəhər stadionu.

SİMURQ: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov (k), 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 21. Murad Səttarlı, 22. Salif Ballo, 26. Benjamin Lambot, 30. Raul Kostin.
Ehtiyat oyunçular: 34. Rəşad Əzizli, 5. Anderson Oliveyra, 10. Rəşad Eyyubov, 17. Rüstəm Məmmədov, 11. Draqan Çeran, 55. İlqar Hüseynov, 77. Nicat Qurbanov.
İNTER: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 5. Slavço Georgiyevski, 9. Aleksandr İaşvili, 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 8. Mikel Alvaro, 11. Asif Məmmədov, 12. İvo Taborski, 15. Yohan Bokonyano, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev.

5 aprel (şənbə)

RƏVAN – SUMQAYIT – 1:1 (0:1)
Qollar: M.Qurbanov, 25 (0:1), T.D.Souza, 70 (1:1).
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Tahir Əhmədov.
Bakı. “Bayıl Arena”.

RƏVAN: 85. Kamal Bayramov, 4. Mitya Moreç, 15. Dmitri Kruqlov, 21. Novruz Məmmədov (k), 30. Cəmşid Məhərrəmov, 41. Kamil Kopunek, 20. Miloş Adamoviç, 25. Ayaz Mehdiyev, 8. Julio Sezar, 18. Oke Akpoveta, 16. Orxan Lalayev.
Ehtiyat oyunçular: 1. Lukas Sapela, 17. Ramazan Abbasov, 19. Hüseyn Axundov, 14. Xuan Manuel Varea, 7. Elvin Həsənəliyev, 10. Tyaqo de Souza, 40. Mişel Balokoq.
SUMQAYIT: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Şəhriyar Xəlilov, 5. Kamil Hüseynov, 8. Aqşin Muxtaroğlu, 11. Ruslan Nəsirli, 18. Aleksandr Çertoqanov, 77. Ramil Mansurov.

AZAL – QARABAĞ – 0:2 (0:1)
Qollar: Reynaldo, 23 (0:1), R.Almeyda, 59 (0:2).
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Fariz Yusifov.
Bakı. “AZAL Arena”.

AZAL: 12. Cahangir Həsənzadə (k), 15. Oskar Klava, 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov, 32. Laşa Kasradze, 3. Aleksandr Şemonayev, 17. Viktor İqbekoyi, 7. Cavid Tağıyev, 18. Samuel Barlay, 10. Con Oluremi, 89. Nedo Turkoviç.
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 4. Xose Junior Aylton, 5. Murad Ağayev, 20. Branislav Arsenyeviç, 22. Axtam Xamroqulov, 26. Kərim Diniyev, 19. Orxan Səfiyaroğlu.
QARABAĞ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 41. Leroy Corc, 99. Nikolas Gelaşvili.

XƏZƏR LƏNKƏRAN – QƏBƏLƏ – 1:0 (0:0)
Qol: E.Mbilla, 71 (1:0).
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev.
Lənkəran. “Xəzər Lənkəran” mərkəzi stadionu.

XƏZƏR LƏNKƏRAN: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 8. Deyan Blajevski, 10. Elnur Abdullayev, 11. Zohair Banuahi, 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 23. Nikola Qliqorov.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 9. Orxan Əliyev, 12. Junior Nildo, 22. Deyvid Sakkoni, 30. Elias Ribeyro, 55. Ağabala Ramazanov.
QƏBƏLƏ: 1. Kamran Ağayev (k), 6. Vladimir Levin, 9. Viktor Mendi, 10. Dodo, 11. Yannik Kamanan, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 42. Leonardo da Silva, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 2. Rail Məlikov, 4. Amit Quluzadə, 8. Nizami Hacıyev, 17. Nuran Qurbanov, 19. Abdulvahid Afolabi, 46. Davronjon Erqaşev.

1 Qarabağ 29 19 7 3 55 14 +41 64
2 Neftçi 29 16 6 7 42 33 +9 54
3 İnter 29 15 6 8 45 31 +14 51
4 Bakı 29 14 6 9 45 31 +14 48
5 Qəbələ 29 13 5 11 37 32 +5 44
6 Simurq 29 10 9 10 31 23 +8 39
7 XL 29 9 10 10 29 39 –10 37
8 AZAL 29 6 8 15 27 44 –17 26
9 Rəvan 29 3 9 17 16 50 –34 18
10 Sumqayıt 29 3 8 18 19 49 –30 17

Bombardirlər:
18 – Reynaldo (Qarabağ)
12 – Vaqif Cavadov (İnter)
11 – Daniel Subotiç (Qəbələ)
9 – Draqan Çeran (Simurq), Etame Mbilla (Xəzər Lənkəran), Baçana Sxadadze (İnter).
8 – Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ).

Fikirlərini bizimlə bölüş!