İşi zirvədə buraxmaq…

1 minute
İşi zirvədə buraxmaq… — illüstrasiya

Deməli, deyirlər ki, Qurban Qurbanova dəstək olmaq lazımdır.

Məncə,

Qurbanova yetərincə dəstək olub. Ən sadə xalq nümayəndəsindən tutmuş, prezidentə qədər.

Qurbanov bu dəstək sayəsində 12+ ildir öz postundadır.

Qurbanov bu dəstək sayəsində ilk 5 ildə xüsusi bir uğur qazanmasa da heç kim ona nəsə demirdi.

Qurbanov bu dəstək sayəsində özünə kifayət qədər əlaqələr, imkanlar, şirkətlər və gələcək üçün ehtiyatlar yaradıb.

Qurbanov bu dəstək sayəsində şəxsi münasibətlərinə görə Şahruddin kimilərini hələ də klubda saxlayır.

Qurbanov bu dəstək sayəsində millinin məşqçisi kimi uduzandan sonra uzaqlaşdırılanda da xalq onun yanında oldu.

Qurbanov bu dəstək sayəsində (güvənərək) ölkə futbolunu ağlar günə qoyan elxanın Azərbaycan futbolunun başına açdığı hoqqalar haqqında bir kəlmə də demədi. Susdu. Yetmədi hələ elxanı oğlunun toyuna da çağırdı.

Qurbanova bu dəstək sayəsində bugünə kimi istər oyunçu dəyişikliyinin hər hansı müsbət nəticəsi olmadıqda, istər hansısa futbolçuya qarşı atdığı addımlarda “hocanın bir bildiyi var” deyildi.

Siz nə gözləyirsiz?

Ömrünün sonuna kimi o postda qalsın?

Ya Qarabağ FK-nı öz şəxsi dədə malı kimi idarə etsinlər?

Tam əksinə Qurbanov işi zirvədə buraxmaqla, başqa kluba keçib orda da nəticə verməklə karyerasını daha da zənginləşdirəcək.

Digər tərəfdən, biz artıq mənfi nəticəyə görə məsuliyyəti öz üzərinə götürməyin örnəyini, mədəniyyət nümunəsini görməliyik!

İşi zirvədə buraxmaq… — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!