Müqəddəs şəhər statuslu Gəncə digər müqəddəs yerlər kimi Peykannı qəbirstanlığını xatırladır. Darmadağın vəziyyətdə olan şəhər infrastrukturu ilə futbol infrastrukturu bir-biriylə tam uyuşur. Uyuşmayan tək şey stadionudu. Təzə tikilsə də, “əmin əllərdə“ olması çox keçməz dağıdılar.
“Kəpəz“in köhnə rəhbərliyi necə bərpa ilə bərbadı bir-birindən ayırd edə bilmirdisə, indikilər də onlardan geri qalmır. Əbülfəz Elçibəy rəhmətlik Kələkidən Azərbaycanı idarəetmək fikrinə düşdüyü kimi “qaquliklər“ də Bakıdan Gəncənin futbolunu idarə edirlər. Yəni, özünü idarə edə bilməyənlər “Kəpəz“lə məşğul olur.
Mövsüm başlamadan Namiq Qədirovu “yemək“ üçün dişini itiləyənlər əlləri boşa keçməsin deyə, klubun çörəyindən tutmuş xərəyinə qədər hər şeyi “çırpışdırdılar“. Nəticədə Rəhman Hacıyev klub həkiminin qucağına möhtac qaldı.
Bu da keçər. Pis günün ömrü nə qədər olar, bəlli deyil. İstefada olan klub yönəticisi Erkin İbrahimov belə bunu bilmədiyindən kağız üzərində klubdan ayrılmışdı. Özü ayrıldı, adı qaldı. Atalar demiş, igid ölər, adı qalar.
Maraqlıdı, Fərman Əlizadəni polis saxlayır. Klubu isə Fərman Əlizadə. Nəticədə xərəyi saxlayan tapılmır. Tapılmayan təkcə xərək yox, həm də “Kəpəz“in əsl sahibidi.
Yeri gəlmişkən, rusca düşünüb, Azərbaycanca danışan bütün futbol funksionerlərini müqəddəs Pasxa Bayramı münasibətiylə təbrik edirəm. İsa köməyinizdə olmasa da, Putin köməyinizdə olsun.
Alparslan GƏNCƏVİ


Fikirlərini bizimlə bölüş!