,

“Kəpəz”də 3-cü dəfə Azər Məmmədov dövrü başlayır

1 minute
“Kəpəz”də 3-cü dəfə Azər Məmmədov dövrü başlayır — illüstrasiya

Başıbəlalı “Kəpəz”də Azər Məmmədovun təyinatı bu gün rəsmiləşdi. Bununla da Məmmədov Gəncə klubunda 3-cü dəfə baş məşqçi kürsüsünə əyləşdi.

50 yaşlı mütəxəssis bundan öncə 2023-2024 və 2013-2014-cü illər mövsümündə komandanın sükanı arxasında olub. Onun “Kəpəz”də baş məşqçi kimi ilk işi I Diviziona təsadüf edib. 10 il sonra isə Azər bəy bu dəfə elitada doğma klubunun başına keçib.

Komanda aşağı liqada olanda Məmmədov “sarı-göylər”i qısa müddətdə çalışdırıb, qış fasiləsindən sonra işləmək üçün perspektiv görmədiyindən öz istəyi ilə “Kəpəz”i tərk edib. 3 il əvvəl isə uğursuz nəticələrə görə istefa verərək işindən ayrılıb.

Beləliklə, 2013-cü ildəki qısa fəaliyyəti də nəzərə alaraq Azər Məmmədovun “Kəpəz”in baş məşqçisi postuna ümumilikdə 3-cü dəfə qayıtdığını deyə bilərik.

Klubun Tarif Şurası kimi gecə saatlarında və sıradan kimi biri kimi təqdim etdiyi çalışdırıcı əslində Gəncə futbolunun əfsanələrindəndir. O, “Kəpəz”in “qızıl dövrü”nün yadigarıdır. Klubun uğurları sıraladığı vaxtlarda, titullarda pay sahiblərindən olub. Kapitanlıq sarğısını lider kimi qolunda daşıyıb, azarkeşlərin qəlbində taxt qurub. “Kəpəz”in adı çəkiləndə yada düşən 5-6 futbolçudan biridir.

“Kəpəz”də 3-cü dəfə Azər Məmmədov dövrü başlayır — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!