“Kəpəz”də Bağırovun istefasına zəmin hazırlanır

“Kəpəz”də Bağırovun istefasına zəmin hazırlanır — foto

AZFUTBOL “Qarabağ” qələbəsindən günlər sonra yazmışdı ki, “Kəpəz”də vəziyyət yaxşı deyil, komandanı uğursuzluqlar gözləyə bilər. Həmin vaxt biz həyacan təbili çalanda komandanın içindəkilər eyforiyaya qapılmış, klub rəsmiləri isə baş məşqçi Azər Bağırova tələ hazırlamağa başlamışdılar. Baş məşqçinin nüfuzunun artmasından qorxuya düşən başbilənlər növbəti uğurların qarşısını almaq üçün hər vasitə ilə hücuma keçmişdilər. Hətta iş o yerə çatdı ki, icraçı direktor Ruslan Məmmədov süni əngəl yaratmaqda mahir olan şefi Fərman Əlizadəni keçdi. “Qəbələ” yenilgisindən sonra hər qarşısına çıxana “Bağırov və komandası qəsdlə oynamır” deyən Məmmədov onsuzda münasibətləri yerində olmayan baş məşqçi ilə əlaqəni kəsdi. Son nəticədə olan “Kəpəz”ə oldu. Komanda aşağı liqadan gələn əsas rəqiblərinə ardıcıl uduzdu və bununla da düşərgədə hay-küy başladı.

Yenə də sözümüzün üstündə qalırıq! “Kəpəz”də komandanın məşqçilər korpusu – Bağırovun özü gətirdiyi əsas köməkçiləri ilə klub rəhbərliyi arasında soyuq küləklər əsir, münasibətlərdə ögeylik var. Vəziyyət düzəlməsə, “sarı-göylər” pley-off zonasından uzaqlaşa bilməyəcəklər. Gəncəli azarkeşlər heç nəyi bilmədən, sezmədən komandaya dəstək verməkdə davam edirlər. Onlar üçün nəticə maraqlıdır. Bazada baş verən olaylar yox. Amma başa düşmək lazımdır ki, futbol yalnız meydanda oynanılmır. Komandaya kənarda göstərilən “diqqət” uğursuzluqlara səbəb olur. Məqsəd dəyişməyib – Fərman bəyin qurduğu plana əsasən Azər Bağırovu mövsümün sonunda yola salmaq üçün yenə zəmin hazırlanır!

Azər hoca yoxdan konfet düzəltməklə səviyyəsini çoxdan sübut edib. Gənc çalışdırıcı bir mövsümdə autsayderlə “Qarabağ”ı iki dəfə məğlub edib çempionluq taxtından aşırırsa, deməli, özü səviyyəli rəqiblərlə görüşdə klubun daxilində olan qüvvələr ona maneə yaradır. Bir şey də var ki, əgər komanda ardıcıl uduzursa, burada tək günahkar kənar amilllər ola bilməz. Müharibəni əsgərlər udub, generallar uduzursa, Bağırov da yaxasını kənara çəkməsin. Ötən mövsüm onu urvatsız yol salan rəhbərliyin yanına qayıdan məşqçi işini ehtiyatlı tutmalı idi. Çayxanalar gəzib, davamlı sosial şəbəkələri izləməkdənsə, hər vəziyyətə tədbirli olmaq lazımdı. Məşqdə plan qurub həm rəqibləri, həm də süni əngəlləri aşmaq gərəkdi.

Rakif ALIZADƏ

“Kəpəz”də Bağırovun istefasına zəmin hazırlanır — foto

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!