“Sponsorlu” “Kəpəz“də maliyyə problemi davam edir. Klub rəhbərliyi may ayının məvaciblərini ödəyə bilmir. Texniki işçilərdən tutmuş, akademiyanın məşqçiləri, inzibati heyət, əsas komandanın üzvlərinə kimi hamıya klubun borcu var.
İdarə Heyətinin üzvü Fərman Əlizadə və icraçı direktor Ruslan Məmmədov hər dəfə yeni rəhbərliyi bəhanə edərək əməkdaşları yola verirlər. Bildirilir ki, maaşla bağlı sənədlərə yeni sədr Anar Abdullayev imza atmalıdır. Bununla da vəzifəsinin rəsmi icrasına hələ başlamayan Abdullayev hədəfə gətirilir.
Futbolçularla bağlı məsələdə isə bu söylənənlər işə yaramır. Xüsusən də legionerlər menecerlər vasitəsilə davamlı olaraq pullarını tələb edirlər.
Komandanı elitada saxlayan köhnə baş məşqçi Azər Bağırova isə rəhbərliyin borcu daha çoxdu. Bağırova maaşla yanaşı, həm də fədakarlığına görə bonuslar da ödənilməlidi. Bu məbləğ 10 000 manatdan çoxdu.
Klubun borcları yalnız əməkdaşlara deyil. Otellərə, restoranlara, nəqliyyat xidməti göstərən şirkətə də “Kəpəz”in külli miqdarda borcu yığılıb qalıb.
Mövzu üzrə digər yazılar: Gəncə futbolu dosyesi.


Fikirlərini bizimlə bölüş!