Kiçik şeylərlə xoşbəxt olan adamlar…

AFFA-nın illik büdcəsi az qala 100 milyon manata çatır. Ortabab xarici klublarda legioner həyatı yaşamağı bacarmayan, Azərbaycan çempionatında legionerlərin kölgəsində itib-batan futbolçular Lixtenşteyn üzərində minimal hesablı qələbəni meydanın ortasında toy-bayramla qeyd edirlər. Ayxan Abbasov da qoşulub onlara.

Birbalaca qürur hiss kifayət edər ki, düşdüyümüz günə, oynadığımız futbola görə utanaq. Amma bu adamlar utanmırlar.

Danışası-yazılası xüsusi heç nə də qalmayıb. Hələ yaxşı ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev meydana qaçıb, Ayxan Abbasovla Mahir Emreliye qoşulmayıb. Onların yerinə mən utandım…

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.