“Kəpəz” məhkəməyə verildi – EKSKLÜZİV

1 minute
“Kəpəz” məhkəməyə verildi – EKSKLÜZİV — illüstrasiya

Bərbad idarəçilik səbəbindən qalmaqallardan başı açılmayan “Kəpəz” klubu məhkəməyə verilib. Gəncə təmsilçisinin sabiq icraçı direktoru Cabir İbrahimov işdən əsassız çıxarılmasını – əmək müqaviləsinin ləğv edilməsini irəli sürərək məhkəməyə müraciət edib. İbrahimovun klub qarşısında qaldırdığı iddia ərizəsinə Gənşə Şəhər Məhkəməsində baxılacaq.

Xatırladaq ki, DTX tərəfindən həbs olunan Adnan Əhmədzadənin yaxın dostu Adil Vəliyevin İdarə Heyətinin sədri təyin olunmasından sonra “Kəpəz”də qanunsuz ixtisarlar aparılmağa başlanıb. İllərlə Gəncə təmsilçinin ayaqda qalmasında xidmətləri olan əməkdaşlar səbəbsiz yerə klubdan uzaqlaşdırılıblar. Cabir İbrahimov da ötən ilin yayında işini itirənlər arasındadır.

“Kəpəz” məhkəməyə verildi – EKSKLÜZİV — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!