‘Kəpəz’, yaşasın!

Dövlət bəyin ölüsü də gözəldi! Hansı vəziyyətdə olmasına, autsayderlər sırasına dəmir atmasına rəğmən, ‘Kəpəz’ elə qocaman ‘Kəpəz’di! Bu əzəmət ona Avropa fatehi ‘Qarabağ’ı səfərdə sensansion şəkildə məğlub etməyə imkan verir.

Məsələnin emosional tərəfini bir kənara qoysaq, baş məşqçi Azər Bağırov’un bacarığını önə çəkməmək günahdı. Gənc mütəxəssis faktiki yiyəsiz qalan klubu az qala təkbaşına elitada saxlamaqda israrlıdı. Xüsusilə, komandasını meydanda ikinci nömrəylə oynatmaqda ustadı.

Qarşıda Qədim Gəncə’nin futbol markasını premyer-liqa qeydiyyatını qorumaq üçün ‘Qəbələ’ və ‘Karvan’ ilə ölüm-qalım mübarizəsi gözləyir. Yağlı vədlərlə gəlməsinə rəğmən, Adil Vəliyev’in başçılıq etdiyi rəhbərlik yalançı sponsor çıxdı, cibindən pul xərcləmədi.

3 qat Azərbaycan çempionu ancaq AFFA’nın xəttiylə verilən dövlət yardımı sayəsində ayaqda qalıb. Oda ki, mövsümün əvvəlində ayrılan büdcənin böyük hissəsi müəmmalı legioner transferlərinə görə, mənimsənilib.

İndi bütün bu çətinliklərə baxmayaraq, Azər bəy ‘Kəpəz’i yaşatmağa çalışır. Bəli, yaşatmağa. Çünki komanda aşağı liqaya düşsə, AFFA’nın yardımı kəsiləcək və avtomatik iflas edəcək. Həmin büdcənin başına yığılan klub rəsmiləri isə qaçacaq. Odu ki, Gəncə tərəfdarlarının inamı ancaq baş məşqçiyədi.

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.