Xatırlayırsınızsa, bu yaxınlarda filologiya elmləri doktoru, professor Mahirə Hüseynova “ləlöyün” sözünə diqqət çəkib, çox aktiv və gözəl söz olduğunu vurğulamışdı.
Açığı, bu söz mənim də uzun illərdir gündəlik həyatımda istifadə etdiyim sözdür. İlk dəfədir yazıda istifadə edəcəyəm. İzahlı lüğətdə bu söz acgöz, tamarzı, görməmiş, həris kimi qeyd olunur…
Azərbaycan futbolunda da bu söz ən çox sabiq FİFA referisi, hazırda AFFA Hakimlər Komitəsinin üzvü Asim Xudiyevə yapışır. 69 yaşlı Xudiyev keçən ildən Hakimlər Komitəsində hakim-inspektorların təyinatı ilə məşğul olur. Özü də UEFA-dan tez-tez təyinat alır. Cari mövsüm yeni başlamasına baxmayaraq, artıq 3 dəfə təyinat alıb.
Əlavə məlumat üçün qeyd edim ki, ölkə prezidentinin fərdi təqaüdünü alır.
Amma gözü yenə doymur…
Müftə şeylər axtarır.
Məsələn, Qurban bayramında “İmişli” Futbol Klubundan aldığı kilo yarım ət sovqatı kimi.
1 aydır futbol mövsümü başlayıb. Xudiyev dayanmır, yenə hər həftə özünə təyinat yazır…
Premyer Liqa, Birinci Liqa, Əvəzedicilər Liqası – fərqi yoxdur…
Ən uzağı da ötən həftə Şamaxıya gedib, qalan oyunları yarımada daxilində olub.
Bir az Premyer Liqada növbəti turun təyinatları açıqlanıb, yenə görürəm ki, özünə təyinat yazıb.


Fikirlərini bizimlə bölüş!