AZFUTBOL bannerı

Azərbaycan futbolu: xəbərlər və təhlillər

AZFUTBOL-un Azərbaycan futbolu haqqında son xəbərləri, müəllif yazıları və təhlilləri. Premyer Liqa, milli komanda, klublar və futbol idarəçiliyi üzrə materialları bu arxivdən oxuya bilərsiniz.

Mövzular üzrə: Gəncə futbolu · AFFA və futbol idarəçiliyi.

  • Əliyar Ağayevin səhvləri, Rəhim Həsənovun “hücumu”, Fərəcullayevin susqunluğu…

    AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Əliyar Ağayevin Azərbaycan kubokunun “Turan Tovuz” – “Zirə” yarımfinal oyununda (0:2) ciddi səhvlərə yol verdiyini etiraf etdi. Rəsmi şəkildə bəyan edildi ki, FİFA referisi qonaqların qapısına iki “təmiz” penaltini verməyib. Kuluarlarda gəzən söz-söhbətə görə, Ə.Ağayev və həmin matçın VAR hakimi Cavid Cəlilov cəzalanıblar. Lakin cəzanın neçə oyundan ibarət olmasına…

  • Qaşqaldaq ləvəngisi

    Müştəri həmişə düzdü deyirlər. Nadir istisnalar da həmişə var. Amma ümumən bu fikirlə razılaşmaq olar. Azərbaycan kimi futbolu inkişaf etməmiş ölkələrdə isə xüsusən azarkeş həmişə düzdü deyilməlidi. Çünki, onsuz da 90 faiz oyunlar azarkeşsiz keçir. Ölkədə Azərbaycan futboluna maraq çox azdı. Bir dəfə stadiona gələn azarkeşə qarşı elə nəzakətlə davranmaq, hansısa vasitəylə istirahət etməsi, zövq…

  • İdarəçilik, müəllimlər, idarəçilik!!!

    “Qarabağ” “Karvan” oyununun nəticəsinə istinadən yazmıram. Futboldu bu. 7:0-da uduzmaq olar, 10:0-da. Dərd başqadı… AFFA prezidenti son hesabat komfransında çıxışı zamanı premyer-liqada klub sayının artırılması ilə bağlı suala cavab verərkən deyib ki, “klubların infrastrukturuna” baxacağıq. İllərdi zatən infrastruktur deyə-deyə idman nəticələri ilə liqaya yüksələn klubların önü kəsilirdi. Sonra gün gəldi, infrastrukturda 1 nömrə “Qəbələ” aşağı…

  • “Kəpəz”in xərək və çörəyi “çırpışdırılıb”

    Müqəddəs şəhər statuslu Gəncə digər müqəddəs yerlər kimi Peykannı qəbirstanlığını xatırladır. Darmadağın vəziyyətdə olan şəhər infrastrukturu ilə futbol infrastrukturu bir-biriylə tam uyuşur. Uyuşmayan tək şey stadionudu. Təzə tikilsə də, “əmin əllərdə“ olması çox keçməz dağıdılar. “Kəpəz“in köhnə rəhbərliyi necə bərpa ilə bərbadı bir-birindən ayırd edə bilmirdisə, indikilər də onlardan geri qalmır. Əbülfəz Elçibəy rəhmətlik Kələkidən…

  • Rövşən Nəcəfin gicgahına tuşlanan silah: tətikdə kimin barmağıdır?

    AFFA prezidenti Rövşən Nəcəf PFL-in ləğv ediləcəyi və ya fəaliyyət dairəsinin daraldılacağı ilə bağlı şayiələrə münasibət bildirib. Həmişə belə olur: Əvvəlcə şayiə yayırlar, sonra reallaşdırırlar. Rövşən Nəcəf bu şayiəyə birmənalı cavab verməyib. Amma eyham vurub ki… Yəni PFL-in işini tərifləməyib. Baxmayaraq ki, özünün də dediyi kimi, PFL elə AFFA-nın ona ötürdüyü səlahiyyətləri icra edir. Amma…

  • “Kəpəz”də Azər Bağırova müharibə elan edilib

    Fərman Əlizadə və ətrafı baş məşqçini sıxışdırır “Qarabağ”ı məğlub etməklə Ramazan və Novruz bayramı günlərində gəncəli azarkeşləri dünyanın 7-ci qatına qaldıran “Kəpəz”in baş məşqçisi Azər Bağırovun klubdakı gələcəyi sual altına düşüb. Ötən mövsümün sonunda olduğu kimi Fərman Əlizadə-Erkin İbrahimov cütlüyü yenə Bağırovla əməkdaşlığı dayandırmaq istəyirlər. Onlar Azər hocanın bir mövsümdə Ağdam klubunu iki dəfə məğlub…

  • Fərman Əlizadə saxlanılıb — EKSKLÜZİV

    “Kəpəz”in İdarə Heyətinin üzvü Fərman Əlizadə “Qəbələ” ilə öncəki gün Gəncədə saxlanılıb. Dövlət Yol Patrul Xidmətinin əməkdaşları avtomobili şübhəli idarəetməyə görə “saxla” əmri ilə klub rəsmisini dayandırıblar. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi təmin edilib. Müvafiq prosedurlara uyğun olaraq dispanserdə müayinə zamanı Fərman bəy polisə…

  • AFFA və Əliyar Ağayev: fit sədasında itən ədalət

    Adamı şoka salan qərardır. Bunu edən isə başqaları yox, I kateqoriyalı FIFA referisi Əliyar Ağayevdir. Günün gündüz çağında AFFA rəhbərliyi – Rövşən Nəcəf və Cahangir Fərəcullayev növbə ilə hakimlikdəki uğurlardan ağızdolusu danışırlar, hava qaralmağa doğru isə ən üzdə olan baş hakim hoqqa verir. Verdiyi açıqlamalarda Ehtiram Quliyev pafoslu təsir bağışlayır, ətrafındakı bəzi insanlar onu hansısa…

  • Gəncə stadionun ot örtüyü hələ də salınmayıb

    Təəssüf ki, Gəncə şəhər stadionunda ot örtüyünün salınması prossesi gecikir. Yerli publikanın yenilənmiş arenada “Kəpəz”i bu mövsüm doğma divarlar arasında görmək arzusu baş tutmayacaq. 3 qat Azərbaycan çempionu yalnız gələn mövsüm rəqiblərini evində qəbul edəcək. Klubdan nəyə görə qazonun bərpası işlərinin uzanması barədə səhih məlumat verilmir. Belə görünür ki, “Kəpəz”in indiki rəsmiləri komandanın çoxsaylı tərəfdar…

  • Qəhvəxana

    – Rəşid, bax gör gələcəkdə futbol var? – Kimə lazımdı futbol? – Eh, sən azarkeş deyilsən… Simpsonlar” serialındakı kimi “Sehrli Xalat” filmində də gələcəklə bağlı xeyli doğru öncəgörmələr var. Filmdəki “Gələcəyin kitabları”nı smartfonlara, planşetlərə bənzədə bilərik. 1964-cü ildə çəkilən filmdə Azərbaycan futbolu ilə bağlı da özünün doğruldan proqnozlar var. Məsələn, elə “kimə lazımdır futbol?” sualı…

  • “Qarabağ”ın bu durumuna sevinin

    Bir mövsümdə “Kəpəz” ikinci məğlubiyyət. Və yəqin ki, çempionluğa da əlvida. “Qarabağ” niyə bu durumdadır? Səbəb saysız-hesabsızdır. “Qarabağ” qələbələrdən yorulub. “Qarabağ” təzyiqdən yorulub. “Qarabağ” problemlərlə mübarizədən yorulub. “Qarabağ” rəqabətsizlikdən yorulub. Məhz rəqabətsizlik belə psixoloji düşüncə formalaşdırıb “Qarabağ”ın futbolçularında: Azərbaycan çempionatında gəzə-gəzə qalib gəlmək olar. Yox, artıq olmaz. “Qarabağ”ın legionerləri yorulub. Fikirləri gələn təkliflərdə, ağıllarını başlarından…

  • “Qəbələ” niyə uduzur?

    Ölkədə ən gözəl futbol infrastrukturası «Qəbələ»nindir. «Qarabağ»dan da, «Neftçi»dən də, «Səbail»dən də daha gözəl infrastrukturası var. Üçmü-dördmü stadionu var – biri oyun üçün, digərləri məşq üçün. Güclü bazası var, akademiyası var. Futbol üçün nə lazımdırsa hələ neçə il bundan qabaq «Qəbələ»də yaradılıb. Dəfələrlə, hətta ailəmi götürüb Qəbələyə futbola baxmağa getmişəm. Və həmişə də məyus olmuşam.…

  • Bir şəklin tarixçəsi: “Şəmkir”in çempionluğu

    “Şəmkir”in ilk zəfəri 15-20 il əvvəl qərb bölgəsinin komandaları Azərbaycan futbolunda sözün yaxşı mənasında hegemonluq edirdilər. Azərbaycan çempionatını bu bölgəni təmsil edən komandalarsız təsəvvür etmək mümkün deyildi. 1992-ci ildə keçirilən ilk birinciliyi yada salaq – 7 komanda qərb bölgəsinin təmsilçisiydi. Onlardan “Turan” və “Kəpəz” çempionluq uğrunda oynayan komandalar idi və hər ikisi müxtəlif vaxtlarda Azərbaycan…