Azərbaycan futbolu: xəbərlər və təhlillər
AZFUTBOL-un Azərbaycan futbolu haqqında son xəbərləri, müəllif yazıları və təhlilləri. Premyer Liqa, milli komanda, klublar və futbol idarəçiliyi üzrə materialları bu arxivdən oxuya bilərsiniz.
Mövzular üzrə: Gəncə futbolu · AFFA və futbol idarəçiliyi.
-
İlham Əliyev niyə daha futbola gəlmir?
Dövlət başçısı İlham Əliyevlə veteran futbolçu Oqtay Abdullayev arasında səmimi dialoqu yəqin bütün futbolsevərlər xatırlayır. Oqtay Abdullayev: Futbola gəlmək lazımdır. İlham Əliyev: Mən gələrdim, sonra uduzarlar, pis olar… Prezident bu sözləri elə-belə demirdi. 10 il əvvəl Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının açılış matçına dövlət başçısı ailəsi, nəvələri ilə təşrif buyurmuşdu. Amma futbolçularımız…
-
Azərbaycan Premyer Liqası Türkiyə Super Liqasına çevrilməməlidir!
Mövsümün sonuna yaxın Azərbaycan Premyer Liqası və kubok mübarizəsində əsəblərin tarıma çəkiləcəyi, gərginliyin “Everest”ə yüksələcəyi təxmin edilirdi. Amma bəlkə, bu qədər yox. Bir müddət əvvəl “Turan Tovuz”la bağlı yaşananlar (klubun İdarə Heyətinin rəhbəri Ehtiram Quliyevin hakim Əliyar Ağayevlə bağlı qalmaqallı açıqlaması), indi də “Neftçi”… Əvvəlcə “Zirə” ilə matçda (1:1) “Neftçi”nin qapısına son saniyələrdə vurulan və…
-
“Kəpəz”i bu hala kim salıb?
Turist-menecerin məhv etdiyi klub “Kəpəz” niyə bu gündədir? İstər media, istərsə də futbol ictimaiyyəti arasında tez-tez verilən suallardan biri də budur. Təbii ki, söhbət ilk növbədə klubun əsas komandasının durumundan gedir. İllərdir ki, Gəncə təmsilçisi ölkəmizin futbol təsərrüfatında “lift” komandası kimi tanınır. Son onillikləri götürsək, hər dəfə üç il elitada, elə bir o qədər də…
-
Başuaa… — ölkənin ən yaxşı futbolçusunun acı sonu
Kim nə deyir-desin, Qurban Qurbanov məhz aprelin 11-də – “Şamaxı” ilə oyundan sonra çempionluğun əldən getdiyini anladı, mətbuat konfransında ətrafa ümidsizlik saçdı. İki tur əvvəl “Kəpəz”dən alınan sensasiyalı məğlubiyyət də kral hocanı sarsıtmamışdı, sona qədər “Sabah”a müqavimət göstərə biləcəyinə, ən azı çempionluq intriqasını yaşadacağına əmin idi. Ardıcıl uğursuzluqlar onda istər-istəməz günahkarı tapmaq həvəsi yaratdı. Tahir…
-
Samir Abasov yenə küsüb
“Neftçi”dən ayrıldıqdan sonra işsiz qalan Samir Abasov sükutu pozub. Güman edirəm ki, evdə oturmaqdan ürəyi sıxılıb. Digər tərəfdən də unudulmaqdan, yaddan çıxmaqdan narahat olub. Ona görə də daşı ətəyindən töküb, efirdə görünməyə razılıq verib. Çoxdandı efirlərdə, saytlarda görmədiyimiz Samir bəy “CBC Sport”un əməkdaşının suallarını cavablandırıb. Özü də söhbət əsnasında bir neçə dəfə minnətlə ehyam vurdu…
-
AFFA hər kəsə borcludurmu?
Kamal Quliyev məsələsi üzərindən suallar Ötənlərin tanınmış futbolçusu Kamal Quliyevin AFFA ilə bağlı şikayətini gördüm. Səhv etmirəmsə bu ilk deyil. Təbii ki, Kamalın düşdüyü vəziyyət üzücüdür və çıxılmaz vəziyyət onu bu cür üsyana məcbur edir. Odur ki, onun tezliklə şəfa qazanmasını diləyirik. Amma Kamalın AFFA-dan müalicə olunmasını tələb etməsi, futbol qurumunu günahlandırması nə dərəcədə haqlıdır,…
-
Futbol fədailərinə AFFA “qırmağı”: Ehtiram Quliyevi də küsdürün
Azərbaycan futbolunda ciddi sponsor problemi var. Nə qədər şablon görünsə də, bu fikir 2026-cı ildə də aktuallığını qoruyur. Böyük iş adamları futbola yatırım etməkdən çəkinir, klublara yaxın durmur. Təbii ki, anlaşılandır. Heç kəs qazandığını havaya sovurmaq istəməz. Bəllidir ki, hələlik liqamızdan ciddi gəlir əldə etmək mümkünsüzdür. Amma əsas səbəb bu deyil. Məsələ Azərbaycan futbolunun daxilində…
-
“Kəpəz”in nə dərdi?..
“Kəpəz” sabitliyin darmadağın edildiyi klub nominasiyasında şəksiz liderdir. Son 5 ilin ən çox baş məşqçi və rəhbərlik dəyişən klubudur. “Yeni sponsor gələcək” xəbərləri yeni sponsor gələndən dərhal sonra yayılmağa başlayır. Bu baxımdan da unikal klubdur. Son bir ildə Azər Bağırovu göndərib Adil Şükürovu gətirən, sonra Şükürovu yola salıb Bağırovu geri gətirən klub… İndi də Bağırovun…
-
Əldən gedən çempionluq: “Qarabağ”ın yanlış transferləri
“Qarabağ” Premyer Liqanın 27-ci turunda “Şamaxı”nın qapısına yol tapa bilməyib heç-heçə ilə razılaşmalı oldu. Halbuki bu tur “Sabah” “Zirə” ilə bərabərə qaldı. Ağdam klubu səfərdə qalib gələcəyi halda, xal fərqi 8-ə düşəcəkdi, üstəlik ehtiyatda bir təxirə salınmış oyun da var. Lakin Qurban Qurbanovun komandası bu şansı dəyərləndirə bilmədi. Ümumiyyətlə, “Qarabağ” bu mövsüm ikinci dəfədir ki,…
-
Səbət-xilas məsəli…
Ehtiram Quliyev elə tozanaq qoparmışdı ki… Haqqında, “bu işi belə qoymayacaq!” dediyimiz adamlar kimi də… Amma nə oldu? AFFA onun həşəmətli çıxışına 15 min cərimə kəsdi. Sonra nə oldu? Hələ heç nə… Gözləyirik, görək Ehtiram bəyin hirsindən-qeyzindən bir şey qalıbmı? Üç gün keçib, hələ də sakitçilikdir. “Zirə” ilə kubok oyununda (0:2) baş hakim Əliyar Ağayevin…
-
Şamaxı rahatlığı
Son mətbuat konfransında Ayxan Abbasov açıqladı ki, mövsümün sonunda “Şamaxı”dan ayrılacaq. Və zarafatla bildirdi ki, bəlkə də ilk dəfədir çalışdığı klubdan rahat gedir. Bu həm də o deməkdir ki, əvvəllər çalışdığı “Zirə”, “Sumqayıt” və “Turan Tovuz”dan narahat ayrılıb. Yəni istefaya göndərilib. Tovuzdan mövsüm bitəndən sonra ayrılıb. “Turan Tovuz”a yaxın şəxslərin bildirdiyinə görə, təzminat verilib. Ayxan…
-
Bərəkəti qaçmış çempionluq
“Sabah” çempionluğa heç vaxt olmadığı qədər yaxındı. Qalan 6 turda 10 xallıq fərqi itirmək çətindi (düzdü bir oyun çox keçiriblər). Qarşıdakı həftə əsas rəqibinə yenilməsə, qəsəbə klubunun tarixinin ən böyük uğuruna imza atması qaçılmaz olacaq. Əlbəttə, Azərbaycan çempionatının tək aktyorun tamaşası olmaması müsbət haldı. Yəqin “Qarabağ” da daxili yarışlarda ciddi rəqabətlə üzləşməməkdən təngə gəlmişdi. İnkişaf…
-
“Qarabağ”a nə oldu?
Qısa ötürmələrlə hücum və qarşı tərəfin yaxın oynama qaydası ilə müdafiə olunması klassik Azərbaycan üslubudur. Yəqin ki, sovetdənqalma sistemdir. Çünki keçmiş SSRİ-nin məşqçilər məktəbi Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərirdi və aralarında ən titullu məşqçilərdən olan Ağasəlim Mircavadov da oradan götürdüyünü Azərbaycanda müxtəlif komandalarda tətbiq edirdi. Biz vaxtilə belə oyunu Moskva “Spartak”ının ifasında Oleq Romantsevin baş…
-
Azər Bağırov “Şamaxı”da — EKSKLÜZİV
“Kəpəz”in baş məşqçisi Azər Bağırov mövsümün sonunda klubla başa çatacaq müqaviləsini yeniləməyəcək. Klub rəsmiləri, İdarə Heyətinin üzvləri Erkin İbrahimov və Fərman Əlizadə ilə yola getməyən gənc mütəxəssis karyerasını “Şamaxı”da davam etdirməyə üstünlük verib. Ayxan Abbasovun milliyə yollanmasından sonra axtarışlara başlayan Şamaxı klubunun rəhbərliyi Azər Bağırovun namizədliyi üzərində dayanıb. Menecerlər vasitəsilə Bağırova marağını çatdıran “şirlər” ondan…
-
Gəncə stadionu haqda bilmədiklərimiz
“Kəpəz” rəsmiləri Gəncəyə qayıtmağa nə qədər həvəslidirlər? Gəncəli azarkeşlərin uzun illər davam edən stadion həsrəti bitsə də, “Kəpəz”in doğma meydana ayaq basması ləngiyir. Bununda səbəbi arenanın ot örtüyünün hələ hazır olmamasıdır. Düzdü, bir müddətdir ki, gecikmə ilə olsa da bu yöndə işlərə başlanılıb. Əvvəldən də deyildiyi kimi arena ən müasir hibrid meydanla təmin olunacaq. Bu,…
-
“Sabah” üçün hakim
Sabah Premyer Liqanın 27-ci turunun mərkəzi qarşılaşmasında “Sabah” öz meydanında “Zirə”ni qəbul edəcək. Meydan sahibləri çempionluq, qonaqlar isə avrokuboklar uğrunda mübarizə aparır. Hakimlər Komitəsi bu oyuna FİFA referisi Tural Qurbanovu təyin edib. O, bu oyunun öhdəsindən gələ bilərmi? Ümumiyyətlə Qurbanovun bu oyuna təyinatı doğrudurmu? Statistika deyir ki, Hakimlər Komitəsi Tural Qurbanovu “Sabah”ın oyunlarına artıq 9-cu…
-
Desəm öldürərlər, deməsəm ölləm…
Azərbaycan Kubokunun yarımfinalının “Zirə” ilə ilk oyunundan (0:2) sonra media önünə çıxan Ehtiram Quliyevin emosiya dolu açıqlamaları gündəmi zəbt etdi. Onun çıxışını haqlı sayanlar da oldu, nahaq sayanlar da. Quliyevin əsas etirazı matçın baş hakimi Əliyar Ağayevə idi. Sitat: “…Haqqımız, uşaqların alın təri Əliyar Ağayevin haramı olsun. “Zirə”nin qələbəsinə kölgə salmaq istəmirəm. Amma futbolumuzda bu…
-
Adil Vəliyevin saymamazlığı
Adnan Əhmədzadənin dostu kimə arxayındı? Ötən mövsüm başa çatan kimi Namiq Qədirovu “Kəpəz”in İdarə Heyətindən getməyə məcbur edən Fərman Əlizadə – Erkin İbrahimov cütlüyü özlərinə sərf edən adamı kluba rəhbər gətirdilər. Bu, İbrahimovun ən yaxın qohumu, hər yerdə xala oğlu kimi təqdim etdiyi Adil Vəliyev oldu. Adil bəy şefi Adnan Əhmədzadə ölkəmizə qarşı iqtisadi cinayətlərə…
-
AFFA futbola öz vəsaitini xərcləyənləri sevmir, cəzalandırır!
“Turan Tovuz”u dirildən adama AFFA heç nəyə görə 15 min manat cərimə verib. Bu, Ehtiram Quliyevin sahibi olduğu Huner Group-un Ağ Şəhərdə tikdiyi binalardakı evlərin təxminən 1 kvadratmetrinin qiymətidi. Yəni, Ehtiram Quliyev bu cəriməni ödəyəcək. Və bütün klublar da layiq olduğu cəzaların altından çıxmağı bacarmalıdı. Amma Ehtiram Quliyev bu cəzaya layiq idimi? AFFA-nın yazdıqlarına baxaq:…
-
Ayxan Abbasovun “böyümək” istəməməsi
Ayxan Abbasov son illərdə Azərbaycan futbolunun ən yaxşı məşqçilərindən biridir. Təsadüfi deyil ki, “Şamaxı” kimi yüksək yerlər uğrunda oynamayan əyalət klubundan birbaşa milli komandaya gəldi. “Sabah”ın prezidenti Maqsud Adıgözəlov demişkən, əsl-krizis meneceridir. Hansı klubun Premyer Liqanı tərk etmək təhlükəsi varsa, Ayxan müəllimi gətirsin, problem həll olunacaq. Lakin bütün bunlara rəğmən, Ayxan Abbasov hələ də məşqçi…

