AZFUTBOL bannerı

Azərbaycan futbolu: xəbərlər və təhlillər

AZFUTBOL-un Azərbaycan futbolu haqqında son xəbərləri, müəllif yazıları və təhlilləri. Premyer Liqa, milli komanda, klublar və futbol idarəçiliyi üzrə materialları bu arxivdən oxuya bilərsiniz.

Mövzular üzrə: Gəncə futbolu · AFFA və futbol idarəçiliyi.

  • “Sabah” rəhbərliyi digər klubları necə aldadıb?

    Gizli müharibə? Hələ beləsi olmamışdı… Balakişi Qasımov və Maqsud Adıgözəlov tandemi dünənə qədər pərdənin arxasında plan qururdusa, bu gün artıq publika önündə onu icra edir. Öncə onu açıqlayaq ki, kimdir bu şəxslər? Qasımov qeyri-rəsmi “Sabah”ın əsas söz sahiblərindən biri və rəsmi olaraq AFFA-nın vitse-prezidentidir. Adıgözəlov isə rəsmi olaraq “Sabah”ın prezident və AFFA İcraiyyə Komitəsinin üzvüdür.…

  • Sabiq hakim Yankoviçi söydü!

    Sabiq hakim Ramiz Əsədov həmkarına hücum çəkən “Qarabağ”ın futbolçusu Marko Yankoviçi təhqir edib. Saytımızın məlum qalmaqalla bağlı videosuna ona aid olduğu göstərilən profildən yaş-başına uyğun gəlməyən şəkildə şərh yazıb. (red.: Şərh artıq silinib, amma internet heç nəyi unutmur) AFFA-nın məşhur laysmanlarından biri olmuş Əsədov futbol ictimaiyyətinə yaxşı tanışdı. Ölkə hakimlik məktəbinin çoxdankı qəhrəmanlarından biridi. Maraqlıdı…

  • “Kəpəz”də Bağırovun istefasına zəmin hazırlanır

    AZFUTBOL “Qarabağ” qələbəsindən günlər sonra yazmışdı ki, “Kəpəz”də vəziyyət yaxşı deyil, komandanı uğursuzluqlar gözləyə bilər. Həmin vaxt biz həyacan təbili çalanda komandanın içindəkilər eyforiyaya qapılmış, klub rəsmiləri isə baş məşqçi Azər Bağırova tələ hazırlamağa başlamışdılar. Baş məşqçinin nüfuzunun artmasından qorxuya düşən başbilənlər növbəti uğurların qarşısını almaq üçün hər vasitə ilə hücuma keçmişdilər. Hətta iş o…

  • FİRƏNGizin uşaqları

    Kubokun yarımfinalında baş verənlər artıq “səhv” kateqoriyasını çoxdan keçib. Bu, mövsümboyu yığılan problemlərin pik nöqtəsidir. Son saniyələr, oyunun taleyi həll olunur. Və hamının gördüyü, tribunadan tutmuş ekran qarşısındakı azarkeşə qədər hər kəsin “bu penalti idi” dediyi epizod… Hakim görmədi. Bu, bir yana — VAR da görmədi. Texnologiya var, sistem var, amma qərar yoxdur. Bu artıq…

  • “Hollivud”dakı əyləncənin haqq-hesabı

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın aparıcı futbolçusu Elvin Cəfərquliyevi hansı səbəbdən komandadan uzaqlaşdırıb? “Qarabağ”ın “Sabah” ilə çətin oyuna hazırlaşdığı bir dönəmdə Elvin Cəfərquliyev və komanda yoldaşı, yaxın dostu Abbas Hüseynov yanlarında dörd xanımla birlikdə “Hollivud” restoranına üz tutublar. Elvinlə Abbas restoranda əyləncənin dadını-duzunu çıxarıb, gecə saatlarında isə “barıt”ı bir qədər də artıraraq səs-küy salmağa…

  • Şok: Yankoviç hakimi ölümlə təhdid etdi

    “Qarabağ”ın futbolçusunu ağır cəza gözləyir “Sabah” – “Qarabağ” oyununun final fitindən sonra qonaqların futbolçusu Marko Yankoviç baş hakimi təhqir və ölümlə təhdid edib. Qırmızı vərəqə almasının ardından yarımmüdafiəçi referiyə uca səslə “I’ll kill you” – “Mən səni öldürərəm” deyib. Yankoviç hakimə yönəlik sözlərinə görə güman ki, AFFA-nın İntizam Komitəsi tərəfindən ağır formada cəzalanacaq. İntizam Məcəlləsinin…

  • Qolun təbii forması…

    Qurbanov danışmırsa, bizə nə düşüb? “Sabah”la son oyunda “Qarabağ”ın qapıçısına qırmızı vərəqəni vermək nə qədər “qırmızı” hərəkət idisə, təsdiqləmək üçün ondan da “qırmızı adam” olasan gərək. Oldular. Epizodda “Sabah”ın oyunçusu qapıçının sürüşmə fəndindən əvvəl, ona çatmamış topa zərbə vurur. Top gedir qapı dirəyinə dəyir. “Qırmızı” qərarını Koxalski rəqibin aşkar qol vurmaq imkanını əngəlləməsi ilə əsaslandırıb.…

  • Qurban Qurbanov nəyə və kimlərə gülürdü?

    Bu tragikomediya təkcə axır 20 gündə bizim futbolda yaşanıb. Yadıma salmaq istəyirəm ki, son illər Azərbaycan hakimliyini bu qədər hörmətdən salan, onun nüfuzunu iki qəpiklik edən qərarlar olmuşdu? Xatırlaya bilmirəm. … Əvvəl Əliyar Ağayev “Turan Tovuz”un haqqına girdi. Bəs, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov nə dedi? “Əliyar səhv edib” dedi. Amma necə deyərlər, “Turan”a…

  • “Kəpəz”də “qərarvermə böhranı”

    “Xalq” klubdakı idarəetməni ifşa etdi “Kəpəz”in doğma azarkeşləri ilə yenidən qovuşacağı günlərə lap az qaldı. Gəncəli futbolçuların, nəhayət, öz doğma stadionunda oynayacağı, illərdir komandanın həsrətini çəkən Gəncə futbol ictimaiyyəti üçün, sadəcə, idman hadisəsi deyil, həm də böyük mənəvi hadisədir. Lakin bu sevincin fonunda bir sual getdikcə daha çox səslənir: görəsən, komanda azarkeşlərini sevindirə biləcəkmi? Təəssüf…

  • AFFA “Qarabağ”ı titulsuz qoydu

    “Eyni yuvanın quşları” qızıl dubla görə hər şey edir Ölkə futbolunda mühitin uzun illər adı yüz cür hoqqada hallanan Elxan Məmmədov – Ramin Musayev cütlüyündən təmizlənəndən sonra nəhayət düzələcəyinə ümid yaranmışdı. Amma görünən odur ki, AFFA-nın hazırkı rəhbərliyi sələflərinə dua oxutdurmaqda qərarlıdı. Rövnəq Abdullayevin yerinə SOCAR-ın və avtomatik olaraq AFFA-nın başına keçən Rövşən Nəcəfin gətirdiyi…

  • Erkən boşalma

    “Qarabağ”ın bu mövsüm titulsuz qalması geniş müzakirələrə səbəb oldu. Bir qisim deyir ki, “Sabah”ı hakimlər “dartır”. Digərləri bukmekerlərin işə qarışdığını bildirir. Ən böyük üstünlük təşkil edən fikir budu ki, “Sabah” Avropada “Qarabağ” kimi uğurlu çıxış edə bilməyəcək. Bəziləri hətta bu layihənin müvəqqəti olduğunu, “Sabah”ın istənilən vaxt klub kimi fəaliyyətini dayandıra biləcəyi qənaətindədi. Əlbəttə, illərdir “Qarabağ”ın…

  • Təhqirlər, söyüşlər və bizim hakimlər

    UEFA Çempionlar Liqasından sonra “Qarabağ” yorulub. Üstəlik, bəzi futbolçuların intizamsızlığı, Avropanın əsas klub turnirindən sonra yerli yarışlara köklənmə problemi yaşaması da var. “Sabah” isə insafən, bu mövsüm tarixinin ən yaxşı dövrünü yaşayır, komanda formadadır. Yəni, “Qarabağ” həm çempionluğu, həm də kuboku təkcə hakim səhvlərinə görə itirmədi. Komanda yenilənməlidir, artıq meydanda əvvəlki enerji ilə, istəklə qaçmayan…

  • Bayquşun lənəti

    Bir çox qədim sivilizasiyalarda bayquş qaranlıq dünyanın sakini sayılırdı və bu səbəbdən də bədbəxtlik gətirən bir varlıq kimi qəbul olunurdu. Qədim Romada bayquş imperatorlar üçün ölümün müjdəçisi idi. Onun uçuşu ölüm kimi səssiz və vahiməli idi. Bizim kənddə də inanırdılar ki, bayquşun damına qonduğu evdə tezliklə bədbəxt hadisə olacaq. Simvolu bayquş olan “Sabah” klubunun Premyer…

  • Gəncəlilər niyə heç vaxt “Kəpəz”in autsayderliyi ilə barışmayacaq?!

    Gəncə azarkeşləri və “Kəpəz”in autsayder mövqeyi haqqında video şərh.

  • Elvinin cəzasının şok səbəbi: Şərurlu İsfəndiyarın restoranında qızlarla…

    Azərbaycan futbolunda son günlər ara qarışıb, məzhəb itib. Bu, məzhəb o məzhəbdən – dini məzhəbdən deyil. Çünki son günlər futbolumuzda bu məsələlər tez-tez gündəmə gətirirlir və kimlərsə məzhəb məsələsi ilə futbol ictimaiyyətini və cəmiyyəti çaşdırmaq istəyir. Bizim sözümüzün canı başqadır… Çempionluq mübarizəsi, “Qarabağ”la “Sabah” arasında maraqlı rəqabət, bunun fonunda dolan stadionlar, kubokda finalçıların müəyyənləşməsi, avrokuboklar…

  • “Neftçi”nin bəyanatı AFFA-nı qorxuya saldı: Digər klublar da üsyana hazırlaşır?

    AFFA və “Neftçi” arasında son günlərdə yaranan gərginlikdən xəbərdarsınız. Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilmiş “Zirə” ilə oyunda (1:1) yaşananlar nəinki “ağ-qaralar”ın, ölkənin gündəmini zəbt edib. Paytaxt klubunun rəsmi şəxslərinin federasiyaya yollanaraq açıq şəkildə etiraz etməsi və Hakimlər Komitəsinin “Zirə”nin qolunun oyundakənar vəziyyətdən vurulmasını etiraf etməsi fonunda baş verən hadisələr klubun olduqca sərt bəyanat…

  • Axundovun şəxsi vəsaiti ilə reallıq…

    Bu yaxınlarda dünyagörüşünə hörmət etdiyim bir klubun rəhbərindən eşitdim: Zaur Axundov yaxşı oğlandı. Bu kəlmə/ifadə adətən, yerini bilən, doğru yolda olan, pozitiv imicə malik şəxslər haqda işlənir. Duruxdum, amma bu, sırf futbol klubu rəhbəri personasına nəzərən eşitdiyim arasında fərqə görə var-gəl etdiyim üçün idi… Əlqərəz, Axundov yaxşı futbol rəhbəri deyil, bu dəqiqdir. İzafi və nəzəri…

  • Gəncəli azarkeşlər üsyan etdi

    Adil Vəliyevlə Fərman Əlizadənin ortalığa çıxartdığı, artıq qapazltıya çevrilən “Kəpəz” Yevlaxda növbəti məğlubiyyətini aldı. Ötən həftə “Karvan-Yevlax”ın darmadağın (4:1) etdiyi Gəncə təmsilçisi bu dəfə “İmişli”yə uduzdu – 0:1. Oyundan sonra gəncəli fanatlarla futbolçular arasında qalmaqal düşdü. Məşqçilər insidentin qarşısını almağa çalışsa da, klub rəhbərliyindən kimsə gözə dəymədi – Fərman Əlizadə kimi. Adam özündə cürət tapıb…

  • “Qarabağ”dan çempionluğu kimlər və necə aldılar?

    Artıq gedişat dəyişməyəcək çempionat elə bu ssenari ilə də yekunlaşacaq. Dəyişən o olacaq ki, “Qarabağ” çempionluğu əldən verəcək. Son 12 mövsümdə ikinci dəfə. Bəs Çempionlar Liqasında tarix yazan komandanın əlindən çempionluq neçə çıxdı? Bir səbəb ÇL-dəki uğurun “fəsadı”dır Sözsüz ki, “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışı Azərbaycan futbol tarixində uzun illər xatırlanacaq. Ən azı bu uğur təkrarlana…

  • Azərbaycan yeni çempionunu qarşılayır: “Sabah” erası başlayır?!

    “Sabah”ı indidən təbrik etmək olar. Lider artıq əlçatmazdır və çempionluğun yalnız rəsmiləşdirilməsi qalır. Finişə 5 tur qalmış 13 xallıq fərq bunu əminliklə söyləməyə əsas verir. “Bayquşlar”ın AFFA-nın hazırkı rəhbərliyi tərəfindən dəstəkləndiyi haqda söz-söhbətlərə rəğmən, ölkənin ən titullu klubu ilə oyunlarda sübut etdilər ki, qızıl medallara hamıdan çox layiqdirlər. Fakt ortadadı; son illərin dəyişməz çempionu “Qarabağ”…