“Qarabağ”ın futbolçusunu ağır cəza gözləyir
“Sabah” – “Qarabağ” oyununun final fitindən sonra qonaqların futbolçusu Marko Yankoviç baş hakimi təhqir və ölümlə təhdid edib. Qırmızı vərəqə almasının ardından yarımmüdafiəçi referiyə uca səslə “I’ll kill you” – “Mən səni öldürərəm” deyib.
Yankoviç hakimə yönəlik sözlərinə görə güman ki, AFFA-nın İntizam Komitəsi tərəfindən ağır formada cəzalanacaq. İntizam Məcəlləsinin 53-cü maddəsinə əsasən, hədə-qorxu və təzyiq ilə bağlı pozuntu 4-8 oyuna qədər cəzalanmaya və 6 000-8 000 manata qədər cərimələnməyə səbəb ola bilər.

Fikirlərini bizimlə bölüş!