Sabiq hakim Yankoviçi söydü!

1 minute
Sabiq hakim Yankoviçi söydü! — illüstrasiya

Sabiq hakim Ramiz Əsədov həmkarına hücum çəkən “Qarabağ”ın futbolçusu Marko Yankoviçi təhqir edib. Saytımızın məlum qalmaqalla bağlı videosuna ona aid olduğu göstərilən profildən yaş-başına uyğun gəlməyən şəkildə şərh yazıb.

Ramiz Əsədov — foto

(red.: Şərh artıq silinib, amma internet heç nəyi unutmur)

AFFA-nın məşhur laysmanlarından biri olmuş Əsədov futbol ictimaiyyətinə yaxşı tanışdı. Ölkə hakimlik məktəbinin çoxdankı qəhrəmanlarından biridi.

Maraqlıdı ki, onun “Qarabağ” ilə münasibətləri əvvəllər də gərgin olub. İndiyədək klubun rəsmi saytında “Yan hakim Ramiz Əsədovun hoqqaları…” yazısı yer alıb.

Məlum personaj 2001-ci ildə UEFA Kuboku çərçivəsində keçirilən “Osiyek (Xorvatiya) – “Dinaburq” (Latviya) oyunu zamanı lentə alınmış qalmaqallı videogörüntülərdə də var. Eşidilən dialoqda oyunun yan xətt hakimi Ramiz Əsədov və ehtiyat hakim Xaqani Məmmədov 72-ci dəqiqədə baş hakim Asim Xudiyevə Latviya klubunun nümayəndələrinin qələbə müqabilində rüşvət təklif etdikləri ilə bağlı xəbər çatdırmağa çalışıblar.

Sonda xatırladaq ki, ölkəmizdə “Facebook” (və ümumiyyətlə sosial şəbəkələr) üzərindən kimisə təhqir etmək qanunla məsuliyyət yaradır və bu, sadəcə “şərh yazmaqdır” deyə cəzasız qalmır. Bu hallar əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir) ilə tənzimlənir. Mümkün cəzalar isə;

  • 1000 – 5000 manat cərimə
  • 240–480 saat ictimai işlər
  • 1 ilədək islah işləri
  • 6 aya qədər azadlıqdan məhrumetmə

“Qarabağ” klubundan veriləcək reaksiyanı gözləyək.

Mövzu üzrə digər yazılar: Şok: Yankoviç hakimi ölümlə təhdid etdi.


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!