AZFUTBOL bannerı

Azərbaycan futbolu: xəbərlər və təhlillər

AZFUTBOL-un Azərbaycan futbolu haqqında son xəbərləri, müəllif yazıları və təhlilləri. Premyer Liqa, milli komanda, klublar və futbol idarəçiliyi üzrə materialları bu arxivdən oxuya bilərsiniz.

Mövzular üzrə: Gəncə futbolu · AFFA və futbol idarəçiliyi.

  • Ehtiram Quliyev üçün daha bir böyük missiya! – bu konserti bitirmək lazımdı…

    Ehtiram Quliyev son üç ildə “Turan Tovuz”, ümumilikdə Tovuz futbolu üçün çəkdiyi böyük əziyyətin, xərclədiyi pulun, nəhayət, bəhrəsini gördü. Bəli, Tovuz 32 ildən sonra yenidən Avropada olacaq. Berdıyevin komandası bu gün evdə “Karvan-Yevlax”ı məğlub etməklə 32 il əvvəlki nəticəsini təkrarladı. Amma Tovuz futbolu üçün bu qədər böyük fədakarlıqlar edən Ehtiram bəy çiynini daha bir yükün…

  • Futbol duası

    Seyid Əzim Şirvaninin “Allaha rüşvət” adlı bir şeiri var, orda Həmədan camaatının quraqlıq üzündən əziyyət çəkməsindən bəhs edilir. Fikirləşirlər nə edək yağış yağsın, pul toplayırlar, verirlər bir nəfər ağsaqqala ki, aparıb Allaha çatdırsın, bəlkə yağış yağdırsın. Ağsaqqal çöllü-biyabanda gedəndə ova çıxmış hansısa ağanı görür, elə bilir Allah-təala budur, pulları verir ona, qayıdır obaya. Təsadüfən selləmə…

  • “Qarabağ” hamıdan qazanclı çıxdı

    Premyer Liqa klubları AFFA-nın lisenziyalaşdırma şərtinə görə ötən ilin maliyyə hesabatlarını paylaşıblar. Hələlik “Neftçi” və “İmişli”nin hesabatı saytlarında yoxdur. 2025-ci ildə klubların gəlirləri aşağıdakı kimi olub: 1. “Qarabağ” — 74 milyon 755 min AZN 2. “Neftçi” — – – – – 3. “Sabah” — 26 milyon 727 min AZN 4. “Sumqayıt” — 8 milyon 991…

  • Adil Vəliyev “Kəpəz”dən getdi – EKSKLÜZİV

    Ötən mövsümün əvvəlində “Kəpəz”də İdarə Heyətinin sədri təyin edilən və gəncəli azarkeşlərin böyük ümidlər bəslədiyi Adil Vəliyev klubdan ayrılıb. Biznes ortağı olan Adnan Əhmədzadə DTX tərəfindən həbs ediləndən sonra kölgəyə çəkilən Vəliyev bir müddət öncə AFFA-da olaraq klubla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyini etiraf edib. Qurum rəhbərliyi ilə görüşdə mövsümün sonunda könüllü olaraq…

  • Məşhərin üç atlısı: “Neftçi”ni içəridən sarsıdanlar

    “Neftçi”də sular durulmağa başlamışdı. Komanda uğursuz mövsümün izlərini avrokuboklara vəsiqə qazanmaqla silməyə yaxındı. Baş məşqçi Yuri Vernidubun xaotik transfer siyasətindən imtina edərək, mövcud heyətlə kollektivi “qara zolaq”dan çıxarması azarkeşlərdə böyük ümidlər yaratmışdı. İnanırdılar ki, ukraynalı mütəxəssis yay fasiləsində heyəti lazımsız oyunçulardan təmizləyəcək və nöqtə transferlərlə komandanı ciddi hədəflərə aparacaq. Amma bu müsbət atmosferin fonunda FİFA-nın…

  • Xalqın komandası bir deyil

    Son illər “Neftçi”nin başına gələn ən gözəl hadisə Bir müddət əvvəl “Neftçi”nin bir oyunçusu mənə maraqlı etiraf etmişdi. Şəxsi söhbət əsnasında soruşmuşdum ki, hər şey var, amma uğur gəlmir. Nədir problem? Geniş cavab vermişdi. Bu hissəsi xüsusi diqqətimi çəkmişdi: “Neftçi” klub olaraq ayağının altını görmək istəmir. Bütün rəqiblərini isə ayağının altında hiss edir. Meydanda, meydandan…

  • Kollina kimi olmaq çətindirmi?

    “Sumqayıt” “Kəpəz”lə oyundakı hakim idarəçiliyindən narazı qalıb. Özü də bu narazılığı hər vasitə ilə ictimailəşdirir, AFFA-nı şantaj edərcəsinə davaranmaqdan çəkinmirlər. Klubun prezidenti Riad Rəfiyevin oyundan sonra hakimlərin otağına daxil olmasını əks etdirən videogörüntülər var. Narazılığın səbəbi hakimlərin oyunun sonlarında qonaq komandanın qapısına iki penalti zərbəsi təyin etməsidir. Buna qədər “Sumqayıt” hesabda öndə idi, Yevlaxdan 3…

  • “Karvan”dan uzaqlaşdırıldı, evləndi

    Azərbaycan millisinin sabiq müdafiəçisi Elvin Yunuszadə ailə həyatı qurub. Mərasim Bakının populyar “Neolit Hall” şadlıq sarayında keçirilib.34 yaşlı qazaxlı futbolçu əvəllər “Neftçi” və “Qarabağ” kimi iddialı klubların şərəfini qoruyub. Hazırda isə klubsuz qalıb.Ötən ay “Qarabağ”a 0:7 hesablı ağır məğıubiyyətdən sonra kapitan sarğısını daşıdığı “Karvan-Yevlax”dan uzaqlaşdırılıb.

  • Azərbaycanlılar oyunu vermədi, kürdlər dəli oldu

    Türkiyə 1-ci Liqasının dünən başa çatan oyunları yenə böyük səs-küyə səbəb olub. Son turda azərbaycanlıların kompakt yaşadığı Iğdır səfərinə yollanan “Amedspor” bu mövsüm Superliqaya vəsiqə qazanan ikinci klub olub. Lakin Diyarbəkir təmsilçisi tarixində ilk dəfə elitaya yüksəlmək şansını az qala əldən verirdi. Belə ki, heç bir turnir motivasiyası olmamasına baxmayaraq, “Iğdırspor” rəqibinə ciddi müqavimət göstərərək…

  • “Dib”də olan futbolumuz, başqa planetdən gələn hakimlərimiz

    İlahi ədalət… Qısa müddətdə Azərbaycan futbolunda yaşanan epizodların Avropa meydanlarında da təkrarlanması tam da təsadüf deyil, elə ilahi ədalətin özüdür. Ki, bilməyənlər, razılaşmayanlar da tanış olsun. Həm də təcrübə. Axı bir neçə ay sonra avrokuboklar start götürəcək. Hamımız yaxşı bilirik ki, futbolumuz Avropadan çox, lap çox geri qalır. Müqayisədə Avropa futbolunun zirvəsində olduğu dağın dibindədir…

  • “Kəpəz” üçün tamam, yoxsa davam?

    Turnir cədvəlinin istər yuxarı, istərsə də aşağı hissəsində mübarizə pik həddə çatıb. “Sabah”ın çempionluğu məlumdursa, avrokuboklara iddialı, eləcə də elitanı tərk edəcək, pley-off oynayacaq komandaların adı tam dəqiqləşməyib. Xüsüsən də, autsayderlər arasında intiriqa hələ bu qədər maraqlı olmamışdı. Sona dörd tur qalmış “Kəpəz”, “Qəbələ” və “Karvan-Yevlax” arasında amansız mübarizə gedir. Əslində bu klublar arasında elitada…

  • “Qarabağ”ın, yoxsa “Sabah”ın çempionluğu vacibdi?

    Mən bu yazıya başlayanda hələ “Neftçi” – “Qarabağ” oyunu başlamamışdı. Əlbəttə, bakılılar qələbə qazanacağı təqdirdə “Sabah”ın meydana çıxmadan çempion olacağını, ölkə futbol tarixinə 9-cu çempion kimi düşəcəyini bilirdim. Hətta bu uğur dünən gerçəkləşməsə də belə, zaman məsələsidi. “Qarabağ”ın ən nikbin azarkeşləri də qəlbinin dərinliyində bu il qızıl medalların əldən getməsi ilə barışıb, 13-cü (nəhs!) çempionluqla…

  • Fərman Əlizadənin tikdiyi “torba”

    “Kəpəz”in “legitim”liyi sual atına düşüb. Mövsümün əvvəlindən sahibsiz qalan klub əslində elə bu formada da olmalı idi. Adnan Əhmədzadənin DTX tərəfindən ölkəmizə qarşı cinayətlərinə görə həbsindən sonra klubun İdarə Heyətinin sədri Adil Vəliyevin əli hər yerdən soyudu. Şefinin saxlanılması ilə hec cür barışmayan Vəliyev “Kəpəz”dən bir dəfəlik üz döndərdi. Kluba maliyyə yatırmamaqla sanki saxlanılan rəhbərinin…

  • Tərəzi xalqın gözü və avrokuboklardı!

    Dedik-yazdıq, şikayətləndik. Dəfələrlə narahatçılığımızı ifadə etdik ki, Azərbaycan futboluna sürətlə Türkiyədən mənfi əlamətlər inteqrasiya olunur. Amma prosesi önləmək təəssüf ki, mümkün olmur. Getdikcə daha çox hiss edirik ki, futbol bir kənarda qalır, qalmaqallara, şou xarakterli davranışlara daha çox meydan verilir. Yararsız transferlər, yanlış idarəçilik, milyonların göyə sovrulması adicə bir hakim səhvindən sonra unudulur, bütün diqqətlər…

  • “Qarabağ”dan getmək istəyənlər bu yola əl atır?

    Haqqa girmək istəmirəm, amma son həftələrdə yaşananlardan sonra “Qarabağ”lı futbolçularla bağlı ağlımda sual yaranıb. Mənə elə gəlir ki, oyunçular komandadan ayrılmağın yolunu tapıb. Baş məşqçi Qurban Qurbanovun adı kimi xasiyyəti də hər kəsə məlumdur. İntizam tərəfdarıdır, rejimi sevəndir, artıq-əskik söhbətləri xoşlamır. İndiyə qədər onu necə tanımışıqsa, bu gün də elədir, sabah da o cür davam…

  • AFFA-nın süni gündəmi -hakim müzakirələri “qalxanı”

    Görünən odur ki, AFFA rəhbərliyi ictimai rəyi idarə etmək məsələsində kifayət qədər “çevik” tərpənir. Hər turda bir hakim səhvini ön plana çıxarmaqla, bütün futbol ictimaiyyətinin diqqətini həftələrlə bu istiqamətə yönəltməyi bacarırlar. Nəticədə hamı hakimdən danışır, futbolumuzun dərin böhranı və bu vəziyyətin əsl səbəbkarları isə kölgədə qalır. Dünyanın ən aparıcı futbol ölkələrində belə, taleyüklü oyunlarda ciddi…

  • Taksi sürmək istəməyən yazıqlar

    Ötən mövsüm “Neftçi” – “Sabah” qarşılaşmasında VAR-a cavabdehlik daşıyan Rauf Allahverdiyevdən xəbəriniz var? Yoxdursa, deyim. Ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğuldur. Əvvəl yaşıl meydanlarda qərar verən adam idisə, indi müştərilərin qərarlarını yerinə yetirir. “Palms Sports Arena”dakı məlum qarşılaşmada Yuri Matiasın Coy-Lens Mikelsin ayağına zərbə endirməsinin fərqinə varıb baş hakim Əliyar Ağayevi VAR-a çağırmadığına görə…

  • “Kəpəz”: dağ yox, DAĞ! – Sisyanov, Cavad xan və başqaları…

    Cavad xanın, Qacarlar nəslindən olan o böyük sərkərdənin, murdar Sisyanova “Gəncəyə yalnız meyidimin üstündən keçə bilərsiz” deyən qəhrəmanın şəhərində yenə ah-nalə göyə qalxıb, qaralar bağlanıb, qırmızılar yoxa çıxıb, həyəcan ən üst səviyyədədi. Sadə bir səbəb var: 2022/23 mövsümündə yalnız iştirakçıların sayının artırılmasına görə elitaya buraxılan “Kəpəz” yenidən aşağı dəstəyə yuvarlanmaq təhlükəsi ilə üzləşib. Ardıcıl uğurlu…

  • Geridönüş üçün “harakiri”

    Honda avtomobil sənayesində samballı marka sayılır. “Neftçi” “probeqi” aşmış Hondanı gətirmişdi. Yaponun yaxşısını gətirmək çətindir. Başa düşürük. Düşməyə çalışırıq… Hələliksə “Neftçi” elə haldadır, yaponun pisini gətirib ona tətbiq etmək lazımdır – harakiri… Bu il əzəmətini geri qaytarmağa çalışan, bununçün vurnuxan “flaqman” nələrisə düz etmir ki, “qaş düzəltmək əvəzinə, vurub gözü də çıxarır”… “Sabah”a heç cür…

  • Atasının gül balası

    Türkiyə Sadıqovlardan danışır Tez-tez ölkə xaricində yaşayan azərbaycanlı iş adamlarının yerli klublarımıza sponsorluq etməsi üçün şərait yaradılmadığını vurğulayır, buna görə AFFA-nın səriştəsizliyini qabartmağı xoşlayırıq. Deyilənlərdə həqiqət payı çoxdur. Amma o faktı da danmamaq gərəkdi ki, futbola ciddi maraq göstərən azərbaycanlı oliqarxlar da üfüqü işıqlandırmır. Onların yaşadıqları ölkələrdə də bu sahədə fəaliyyəti yox dərəcəsindədi. Qürbətdə futbol…