“Qarabağ” hamıdan qazanclı çıxdı

“Qarabağ” hamıdan qazanclı çıxdı — illüstrasiya

Premyer Liqa klubları AFFA-nın lisenziyalaşdırma şərtinə görə ötən ilin maliyyə hesabatlarını paylaşıblar.

Hələlik “Neftçi” və “İmişli”nin hesabatı saytlarında yoxdur.

2025-ci ildə klubların gəlirləri aşağıdakı kimi olub:

1. “Qarabağ” — 74 milyon 755 min AZN

2. “Neftçi” — – – – –

3. “Sabah” — 26 milyon 727 min AZN

4. “Sumqayıt” — 8 milyon 991 min AZN

5. “Araz-Naxçıvan” — 8 milyon 642 min AZN

6. “Turan Tovuz” — 8 milyon 374 min AZN

7. “Zirə” — 6 milyon 443 min AZN

8. “Kəpəz” — 4 milyon 662 min AZN

9. “İmişli” — – – – – –

10. “Şamaxı” — 3 milyon 988 min AZN

11. “Qəbələ” — 3 milyon 347 min AZN

12. “Karvan Yevlax” — 1 milyon 160 min AZN

Hesabatlarda diqqətimi çəkən bəzi gəlir və xərcləri də qeyd edim:

🔹

 “Qarabağ”ın gəlirlərinin 2 milyon 259 min manatı bilet satışından, 825 min manatı isə sponsor və reklamdan olub.

🔹

 “Sabah” sponsor və reklamdan 19 milyon 150 min manat, bilet satışından isə 69 min manat əldə edib. Klub həmçinin qadın futboluna 50 min manat xərcləyib.

🔹

 “Sumqayıt” qadın futboluna 131 min manat vəsait ayırıb.

🔹

 “Araz-Naxçıvan” isə bu istiqamətə 67 min manat xərcləyib.

🔹

 “Turan Tovuz”un qadın futbolu üzrə xərci isə cəmi 61 min manat olub. Tovuzlular bilet satışından 36 min manat gəlir əldə edib.

🔹

 “Zirə”nin xərclərinin 247 min manatı sosial fondlara ayırmalar olub.

🔹

 “Kəpəz” sponsor və reklamdan 401 min manat gəlir əldə edib. Klubun qadın futboluna xərci isə 23 min manat olub.

🔹

 “Şamaxı” sponsor və reklamdan cəmi 3 min manat qazanıb.

🔹

 “Qəbələ” isə bu rəqəm 25 min manat olub.

“Qarabağ” hamıdan qazanclı çıxdı — illüstrasiya

Yazılarımız maraqlı gəlir?

Abunə ol, e-mailinə həftənin ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Fikirlərini bizimlə bölüş!