AZFUTBOL bannerı

Azərbaycan futbolu: xəbərlər və təhlillər

AZFUTBOL-un Azərbaycan futbolu haqqında son xəbərləri, müəllif yazıları və təhlilləri. Premyer Liqa, milli komanda, klublar və futbol idarəçiliyi üzrə materialları bu arxivdən oxuya bilərsiniz.

Mövzular üzrə: Gəncə futbolu · AFFA və futbol idarəçiliyi.

  • Ramil kimi olma

    Kimin hansı yeri tutduğu məlum olandan sonra “ehtiyat skamyadakılar” oynamağa başladı. Onlardan biri də Ramil Şeydayevdir. Son turda “Sumqayıt”la gərgin, dinamik oyunda qələbə qazanan “Qarabağ” (4:3) Şeydayevi satsa, yaxşı olar. Onun “Qarabağ”dakı ilk periodunu Qurbanovla sentimental sağollaşma səhnəsi ilə xatırlayırıq. Legioner həyatı seçdiyinə görə öydük, sevindik, alqışladıq. Taylandda pis oynamırdı. Oyunların birində dalaşdı. Sonra yaxşı…

  • Ohori oynasın ya oynamasın?

    Son turda keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu öncəsi bəzi azarkeşləri bir sual maraqlandırır, görəsən Ohori oynayacaq? Gəncəlilərin Bakı təmsilçisindən icarəyə götürdüyü “samuray”ın meydana çıxmasına Fərman Əlizadə imkan yaradacaq? Öncəgörücülük qabiliyyətimiz əlbəttə ki, “hə” deyir. PFL-in təbirincə desək, oyunun turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi yarımmüdafiəçinin meydana çıxmasına şərait yaradır. Bu il Fərman Əlizadə –…

  • Formal oyunda “Kəpəz”ə hörmətsizlik görüntüsü

    Mövsümü hansı pillədə başa vuracaqları daha öncəki turlardan bəlli olan “Qəbələ” ilə “Şamaxı”nın dueli formal xarakterli idi. Misli Premyer Liqasının cari mövsümünün son turunun açılış qarşılaşması meydan sahibləri üçün pley-offa hazırlıq xarakterli idisə, qonaqlar bəlkə də bu heyətlə sonuncu dəfə meydana çıxırdı. “Qəbələ” azarkeşləri ilə yaxşı vidalaşdı. Motivasiyasız rəqiblə görüşdə Adriel Ba Louanın ulduzu parladı.…

  • Tahir Gözəl deyir akademiyada ardıcıl işlər gedir, Qurbanov isə gələcəkdən narahatdır

    “Qarabağ” klubunun prezidenti Tahir Gözəlin İdarə Heyəti, məşqçilər korpusu və futbolçularla keçirdiyi son görüşü maraqlı bəyanatlarla diqqət çəkib. Bu görüşdə komandanın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyərək yazdığı tarixi uğur və gələcək hədəflər müzakirə olunub. Bura qədər əla! “Qarabağ” doğrudan da Avropa arenasında çiyinlərindən yuxarı tullanaraq ciddi nailiyyət əldə etdi. Buna heç kimin iradı…

  • Tarixi uğur şansı

    “Qarabağ” Jaly Mouaddiblə 3 illik müqavilə imzalayıb.Klub bu haqda rəsmi paylaşımında transferlərin davam edəcəyinə işarə vurub. Ağdamlıların heyətinin bəlkə də yarısından çoxu dəyişməlidi. Bu futbolçular Çempionlar Liqasının əsas mərhələsini görüb və Azərbaycan çempionatında, Avropa Liqasında əvvəlki həvəslə çətin oynayalar. “Qarabağ”ın ÇL-də uğurlu çıxışı klubu qitədə lap çox tanıtdı və indi keyfiyyətli legionerlərin gəlməsi böyük ehtimalla…

  • Rəşad Məcid nəyi düz demir?

    Mətbuat Şurasının sədri Rəşid Məcid “feysbuk”da diqqətçəkən status paylaşıb. Rəşad bəy həmin statusda bizi xeyli düşündürən və şəxsən məni utanmağa vadar edən sual ünvanlayıb: “Başa düşdüm ki, meydanda cəmi bir azərbaycanlı futbolçu var, yoxsa səhv edirəm?” Bəli, Rəşad Məcidin müşahidəsi düzgün idi. Ölkə kubokunun finalında meydana cəmi bir azərbaycanlı futbolçu çıxmışdı. O da “Zirə”nin üzvü…

  • Azərbaycan klublarının potensial rəqibləri və avrokubok perspektivi

    Azərbaycanı yeni mövsümdə Çempionlar Liqasında “Sabah”, Avropa Liqasında “Qarabağ”, Konfrans Liqasında isə “Neftçi” və “Turan Tovuz” təmsil edəcək. Tovuz klubundan başqa, digər komandalar mübarizəyə I təsnifatdan başlayacaq. “Turan Tovuz” isə II-dən yarışa qoşulacaq. Artıq “Sabah”, “Qarabağ” və “Neftçi”nin potensial rəqiblərinin əksəri məlumdur. “Qarabağ” və “Neftçi” I təsnifatda güclülər sırasında – səpələnmişlər, “Sabah” isə səpələnməmişlər sırasında…

  • Zaur Həşimov “Şəfa”da – EKSKLÜZİV

    I Liqanın çempionu olmaqla Premyer Liqaya yüksələn “Şəfa”nı elitada kimin çalışdıracağı müəyyənləşib. Elgiz Kərəmli ilə yola davam etməyəcək rəhbərlik yerli məşqçi ilə anlaşıb. Komandanın yeni baş məşqçisi Zaur Həşimov olub.

  • Adam dərddən lap qol götürüb oynamaq istəyir

    Deyilənə görə, Yusif Səmədoğlu 1992-ci ildə Şuşanın işğal xəbərini Yazıçılar Birliyində eşidəndə, qol götürüb oynayıb. Eyni ilə ən əziz adamını itirən adamların havalanıb oynadığı kimi. May ayının 20-də Azərbaycan futbolunun müstəqillik tarixində özünəməxsus və təkrarolunmaz iz buraxmış “Xəzər Lənkəran“ın son matçından 10 il keçir. Avropada maksimum bir mərhələ adlayan “Xəzər Lənkəran” ölkə futbolunda bir çox…

  • Yenidən… yenə də!

    “Qarabağ”ın mövsümün yekunu tədbirinə Elvin Cəfərquliyev qatılmayıb… yoxsa dəvət edilməyib? Fərqi yoxdur, artıq futbolçu üçün pis mənzərə hazırdır. Təəssüf… Son 3-4 ilin ən parlaq adlarından biri Elvin idi. Əksəri onu millinin hazırkı heyətinin ən yaxşısı hesab edir(di). İndi Elvin instagram “storilərində” atmacalı paylaşımları ilə daha çox gündəmə gəlir. Tədbirdə çıxışı zamanı Qurban Qurbanov, “Qarabağ”ın çəkisi…

  • Mikels “Bakılı balasıyam” oynayanda…

    “Sabah” layiq olduğu çempionluq kubokuna qovuşdu. Valdas Dambrauskasın çalışdırdığı komanda sözün bütün mənalarında əla mövsüm keçirdi. “Qarabağ”ın yolunun Çempionlar Liqasında gözləniləndən daha çox uzanması, “köhlən atlar”ın bu çətin marafonda xeyli güc itirməsi də “Sabah”ın işinə yaradı. Litvalı mütəxəssis də həmin məqamı yaxşı dəyərləndirdi, “Qarabağ” üçün çətin görünən periodda xal fərqi yarada bildi. Sonradan bu fərqi…

  • “Dünya Ədalətli Oyunlar Günü”nə tüpürən PFL

    Azərbaycan futbolu əzəldən təcrübə meydanı, bənzəri olmayan unikal qərarların icra yeri olub. Demək olar ki, hər mövsüm futbol ictimaiyyəti hansısa hadisə ilə bağlı analoqu olmayan addımların şahidinə çevrilib. Əvvəllər belə şeylərə daha çox rast gəlinirdi. Düzdü, son illərdə bu mənada tez-tez təəccüblənmirdik. Amma dünən PFL-in sonuncu turun oyunları ilə bağlı məlum açıqlaması cari çempionatın da…

  • Böyük kapitanın “Zirə” dalanı: Yerində sayan Rəşad Sadıqov

    Əlbəttə, Azərbaycan futbolunun tarixində Rəşad Sadıqovdan daha güclü oyunçular olub. Amma ən azı müstəqillik dövründə onun qədər parlaq liderlik qabiliyyəti ilə fərqlənən ikinci bir sima tapmaq çətin məsələdi. O, hələ gənc yaşlarından bu bacarığı ilə seçilib. “Böyük kapitan” olaraq, azarkeşlərin yaddaşında dərin iz qoyub. Həm “Neftçi”də, həm də “Qarabağ”da qolundakı kapitanlıq sarğısının haqqını artıqlamasıyla verib.…

  • “Kəpəz” məhkəməyə verildi – EKSKLÜZİV

    Bərbad idarəçilik səbəbindən qalmaqallardan başı açılmayan “Kəpəz” klubu məhkəməyə verilib. Gəncə təmsilçisinin sabiq icraçı direktoru Cabir İbrahimov işdən əsassız çıxarılmasını – əmək müqaviləsinin ləğv edilməsini irəli sürərək məhkəməyə müraciət edib. İbrahimovun klub qarşısında qaldırdığı iddia ərizəsinə Gənşə Şəhər Məhkəməsində baxılacaq. Xatırladaq ki, DTX tərəfindən həbs olunan Adnan Əhmədzadənin yaxın dostu Adil Vəliyevin İdarə Heyətinin sədri…

  • …dünən, bu gün, “Sabah”

    10+ ildir davam edən “Qarabağ” hegemoniyasına “Neftçi” dramatik çempionluğu (2020/21) ilə yüngül badalaq vurmuşdusa, bu mövsüm “Sabah” buna dağıdıcı üstünlüklə nail oldu. “Atlılar”ın çempionluğa oynayıb 2-ci yeri tutduğu mövsümlərin heç birində liderlə xal fərqi bu boyda (12) olmamışdı. “Bayquşlar”ın möhtəşəm keçən mövsümü ölkə kubokunun qalibi olmaqla “qızıl dubl” ilə şöhrətləndi. Valdas Dambrauskasın rəhbərliyi ilə gözoxşayan…

  • “Zirə”də maliyyə böhranı – EKSKLÜZİV

    Cari mövsümdə istədiyi nəticələri əldə edə bilməyən “Zirə”də maddi problemlər yaşanır. Klub rəhbərliyi üç aydır ki, məvacibləri ödəyə bilmir. Əsas komandanın üzvlərindən tutmuş texniki əməkdaşlara kimi maaşlar verilməyib. Futbolçular bu durumdan artıq beziblər, dəfələrlə narazılıqlarını baş məşqçi Rəşad Sadıqova çatdırıblar. Düşərgədəki bu cür vəziyyət komandanın əhval-ruhiyyəsinə böyük ölçüdə mənfi təsir edib. Bunun nəticəsidir ki, oyunçular…

  • “Kəpəz” Elmar Baxşiyevlə anlaşmağa çalışır – EKSKLÜZİV

    “Kəpəz”i növbəti mövsüm çalışdıracaq məşqçinin kim olacağı sualı hələ ki, cavab tapmayıb. Klub rəhbərliyi Azər Bağırovla əməkdaşlığı davam etdirməkdə maraqlı olmadığından bir müddətdir onun yerinə namizəd axtarmağa başlayıb. İdarə Heyətinin üzvü Fərman Əlizadə bu posta özü kimi AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun kadrı hesab olunan Elmar Baxşiyevi gətirmək istəyir. Tərəflər arasında artıq görüş olub.…

  • Əcnəbi dominantlığı

    Dambrauskas, Vernidub və Berdiyev yerlilərə dərs keçdi Kubokun finalında “Zirə”ni məğlubiyyətə uğradan (2:1) “Sabah” qızıl dublla qısa tarixinin ən böyük nailiyyətinə imza atdı. Hakim səhvləri bəzən qələbələrinə kölgə salsa da, “bayquşlar” mövsüm ərzində nümayiş etdirdiyi parlaq oyunla bu zəfərə ilk növbədə biləyinin haqqıyla çatdı. Müasir, rəngarəng kombinasiyalı, məhsuldar və yüksək templi oyun tərzi ilə onlar…

  • Fərman Əlizadə üçün kişi sözü

    “Keçmişdə sözünün sahibi olmayanları kişi hesab eləməzdilər. Elə indi də adətimiz belədi”. “Kişi sözü” filminə yəqin ki, baxmısız. Bu həmin filmdəki Qasım obrazının illərdir ki, əzbərə çevrilən sözləridir. Güman ki, Fərman Əlizadə bu filmə baxmayıb. Axı rusdilli “qaqulik”lər belə filmləri bəyənmirlər və bunu öz aləmlərində “çuşka”lıq bilirlər. Doğrudan, Qasımın sözləri illər keçsə də, çəkisini itirməyib.…

  • 20 ildə bir addım da yerindən tərpənməyən futbolumuz…

    Həftəsonu yolum el arasında daha çox Şəfa stadionu kimi tanınan “Baku Arena”dan düşdü. Eşidəndə ki, 4-cü meydançada oyun keçirilir, mən də zamanım olduğundan baxmaq qərarına gəldim. Bir qədər də nostalji hislər yaşadım. Nə az, nə çox 20 il əvvəl “Gənclərbirliyi”nin U-16 komandasının heyətində “İnter”in eyni yaş qrupuna qarşı məhz bu meydanda oynamışdım. Bu dəfə isə…