Ohori oynasın ya oynamasın?

Ohori oynasın ya oynamasın? — illüstrasiya

Son turda keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu öncəsi bəzi azarkeşləri bir sual maraqlandırır, görəsən Ohori oynayacaq? Gəncəlilərin Bakı təmsilçisindən icarəyə götürdüyü “samuray”ın meydana çıxmasına Fərman Əlizadə imkan yaradacaq? Öncəgörücülük qabiliyyətimiz əlbəttə ki, “hə” deyir. PFL-in təbirincə desək, oyunun turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi yarımmüdafiəçinin meydana çıxmasına şərait yaradır.

Bu il Fərman Əlizadə – Kamil Məmmədov tandeminin sayəsində “Kəpəz” əzəli rəqibindən xal ala bilməyib. Halbuki ötən mövsüm “sarı-göylər” 4 oyundan 7 xal götürmüşdülər. İndi isə Əlizadənin Məmmədovla dostluğunun əsiri olan “Kəpəz” bakılıların qapazaltısına çevrilib.

Əvvəlki 2 matçdan birincisində sağ, ikicisində sol gözündəki problemlərdən əziyyət çəkən futbolçunun şükür ki, üçüncü gözü yoxdur. Tam sağlamdır, amma bilmək olmaz gecə yuxusunu qata bilər.

İmkan verin Ohori məxsus olduğu kluba qarşı meydana çıxıb nəyə qadir olduğunu göstərsin, özünü sübut etsin. Əvvəlki oyunlarda oynamamaqla onsuz da “Neftçi”yə və Fərman Əlizadəyə xidmət edib. “Kəpəz”ə də daha xeyri dəyməyəcək. Heç olmasa özü üçün oynasın.

Ohori oynasın ya oynamasın? — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!