Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Oğluma nəsihət

"Böyük oyun"dan öncə mövqelər haçalanmışdı. Özüm də daxil olmaqla, "böyük oyun" adlı də-yərin itirilməsindən narahatlıq keçirənlər onun qorunması üçün əlindən gələni etməkdəydi. Qarşı tərəf isə ciddi-cəhdlə sübut etməyə çalışırdı ki, hazırda "Xəzər Lənkəran" turnir cədvəlinin aşağı pillələrində yer aldığından və medallara iddia etmədiyindən "Neftçi" ilə qarşılaşması "böyük oyun" adlandırıla bilməz. Bu mənada "ağ-qaralar"ın çalışdırıcı-sı Böyükağa Hacıyevi xüsusi fərqləndirmək mümkündü. Hacıyev bu qarşılaşmanı dəyərdən salmaq üçün daha nələr etmədi ki?

Axırda "böyük oyun"u "küçə döyüşünə" də bənzətdi. Onun məntiqinə görə, "böyük oyun" ifadəsi biz jurnalistlərin uydurmasıdı. Rednikin vaxtında "Xə-zər Lənkəran"ın qarasınca asıb-kəsən, hətta səsini itirən elə Böyükağa bəyin özüydü. Bəlkə də Hacıyev işsiz olduğu vaxtlara təsadüf edən və lənkəranlıların 4:3 hesabıyla qələbə qazandı-ğı "böyük oyun"a baxmayıb. Əminəm ki, həmin qarşılaşma indiyə qədər mənim kimi çoxları-nın xatirində silinməz izlər buraxıb. Gərgin mübarizə, bir-birindən gözəl qollar elə əsl "böyük oyun" adına yaraşan dərəcədəydi.

Bizim mübarizəmiz Azərbaycan futbolunu belə baxımlı və udunulmaz oyunlarla zənginləşdir-mək uğrundadı. Ola bilsin, yarıtmaz idarəçilik səbəbindən "ağ-yaşıllar" əvvəlki kimi iddia-lı deyil. Amma məsələnin digər tərəfi də var. Hər nə qədər şişirtməyə çalışsaq da, "Neftçi" – "Qarabağ" qarşılaşmaları "böyük oyun"a çevrilmək, "Xəzər Lənkəran"la rəqabəti unutdurmaq üçün yetərsizdi. Səbəb aydındı: bu gün Azərbaycanda heç bir klub azarkeşlərinə görə "gəmiçi-lər"lə müqayisə oluna bilməz.

Elə şənbə günü baş tutan oyun da bizim yanılmadığımızı, əksi-nə, Böyükağa Hacıyevin cəhdlərinin əbəs olduğunu göstərdi. Hamımız şahid olduq ki, "Xəzər Lənkəran"ın turnir cədvəlində hansı pillədə qərarlaşmasından asılı olmayaraq, bu iki komandanın duelləri özünəməxsus formada keçir. Mustafa Dənizlinin romantikası və cəsarəti bir az daha artıq olsaydı, qonaqlar "ağ-qaralar"a çətin anlar yaşada bilərdi. Heyf ki, əlinin altındakı heyətin yetərsizliyi bəhanəsini önə çəkən Dənizli komandasına ultramüdafiə tap-şırığı verib, daha çox öz qapısının toxunulmazlığının qayğısına qalmışdı.

Əslində "Neftçi"nin oyununda da hansısa fövqəladə üstünlükdən danışmağa dəyməz. Araz Ab-dullayevin sürətli cinah keçidlərinə ümid bəsləyən meydan sahibləri hücuma çıxanda müda-fiəçilər irəli getməyə cəsarət etmirdi. Axı son 3 ilin çempionu turnir cədvəlinin yeddinci-siylə oynayırdı, nə idi bu ehtiyatlı davranışın səbəbi, cənab Hacıyev? "Böyük oyun" deyil-disə, hardan idi bu gərginlik? Niyə Bakının az qala bütün Çevik Polisini və Daxili Qoşunla-rın əsgərlərini "Bakcell Arena"ya doldurmuşdular?

Stadionu üzük qaşı kimi dövrəyə alanla-rı başa düşdük ki, kənardan gələcək hansısa təhlükəni önləməyə çalışacaqdılar. Bəs tribu-nalardakı "ordu" kimin üçün idi? Onsuz da əvvəlcədən elan olunmuşdu ki, "Neftçi" çap elədiyi biletləri öz adamlarına paylayıb. Belədə "Xəzər Lənkəran"ın azarkeşləri bir tərəfə, pay-taxtda yaşayan, sadəcə, futbol izləmək həvəsiylə stadiona gəlmək istəyənlərin haqqı pozul-muşdu. Bunu bilməyən yox idi. Belə çıxır ki, tribunaları işğal edən, hətta press-lojada belə jurnalistlərin sərbəst hərəkətinə imkan verməyən asayiş keşikçiləri "Neftçi"ni öz fanatla-rından qorumağa gəlmişdi?

Bir neçə gün əvvəl saytlardan birinə verdiyi müsahibədə azarkeşlərin stadionlardan qaçaq düşməsinin səbəbini anlaya bilmədiyini deyən "Neftçi"nin prezidenti Sadıq Sadıqov da şən-bə günü həmin suala cavab tapmış olar. Erməni görüblərmiş kimi fanatlara hücum edən polis və əsgərlərin əzişdirdiyi yeniyetmə Azərbaycan futboluna da, klublarına da nifrət etsə, haq-lıdı. Paytaxt komandasına könül verənlərin polis mühasirəsində "oturun", "tərpənməyin", "qışqırmayın" tipli əmrlərə tabe etdirilməsi ürəkağrıdan görüntü idi. Oyundan əvvəl azar-keşləri stadiona çağıranlar həmin məqamda onların yanında olmağa, dəstək verməyə borcluy-du.

Güc strukturlarının nümayəndələri fanatları əzişdirməyə necə aludə olmuşsa, bir də ayıldılar ki, azarkeşlər tribunaları boşaldırlar. Sonra da onların qarşısını alıb geri qaytarmağa çalışdılar. Bütün bunları izləyərkən ürəyimdən tək bir fikir keçirdi. Gələcəkdə oğluma verəcəyim nəsihətlər arasında mütləq tribunalardan uzaq durmağa çağırış da olacaq: "Azərbaycan premyer-liqasının oyunlarında stadionlara getmə, oğlum. Stadiona gedib futbola teatr kimi tamaşa etməkdənsə, evdə oturub Avropa klublarının oyunlarından həzz al. Boş yerə özünü polisə döydürmə!"

…Necə düşünürsüz, mən haqsızam?

Fikirlərini bizimlə bölüş!