Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Platye niyə “donub”?

Nikolas Kanalesin “Neftçi”də qalmayacağı bəlli olunca rəhbərlik çempionatın bombardiri-nin əvəzinə yeni forvardın alınmasını vacib saydı. “Neymegen”dən transfer edilən Melvin Platyenin çililinin istədiyi məbləğdən 3 dəfə ucuz başa gəldiyini bilirik. Sarışın hücum-çunun komandaya necə uyğunlaşacağını, bakılılara nə dərəcədə fayda verəcəyini isə zaman göstərəcəkdi. Yayda Avstriya toplanışını başa vurub Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Albaniya “Şkenderbü”sü ilə adına yaraşmayan oyunlar keçirən “ağ-qaralar”ın sıralarında Kanalesin geydiyi 11 nömrəli futbolkanı daşıyan holland heç nə ilə yadda qal-madısa, premyer-liqada da ümidləri doğrultmadı. Melvinin oyununun alınmamasının səbəb-lərini saf-çürük etməyə dəyər.

Məlum fiaskonun təsiri

Albanlara yenilginin ardından komandanı toplanışda “yüklədiyini” etiraf edən Böyükağa Hacıyevin baş məşqçi postundan uzaqlaşıb qışadək klub prezidentinin müşaviri vəzifəsində çalışdığından xəbərdarsız. Ev və səfər qarşılaşmalarında “Şkenderbü”nün qapısına yol tapmayan Platye komandadaxili ab-havanın istənilən səviyyədə olmadığı dönəmdə kollektivə qaynayıb-qarışmaq məcburiyyətində qaldı. Əlbəttə, fiasko ümumi psixoloji duruma təsirsiz ötüşməmişdi və ilk sınaqdaca sözünü deməyi bacarmayan ön xətt oyunçusu üçün mövcud vəziy-yət uğursuz başlanğıc sayıldı.

Əsas rəqibi coşdu

Təbii, qitəmiqyaslı yarışda azarkeşlərin rəğbətini qazanmayan yeni hücumçu məşqlərdə xoş təsir bağışlayan Bahodir Nasimovla əsas heyət uğrunda rəqabət aparmalı idi. Platyenin prem-yer-liqanın ilk 2 turunda 3 qol vuran özbəyin kölgəsində qalması da başadüşüləndi. “Zanbaq-lar ölkəsi”ndən gələn forvard Bahodirin əla startından da az itirmədi. Hacıyevin köməkçi-lərinin meydana çıxardığı Bakı təmsilçisində “ayağı açılmayan” avropalının 6-cı turda “birini vursa, davamı gələr” məntiqi ilə penaltidən rəqib qapısına yol tapmasına da şərait yaratdılar. “Neftçi”nin “İnter”i 3:1 hesabıyla yendiyi görüşün birinci yarısına əlavə edilmiş dəqiqədə Platye, nəhayət, qol sevinci yaşadı. Lakin xüsusi güvənlə müşahidə edilmə-yən növbəti matçlarda fərdi irəliləyiş sezilmədi.

Dəyişikliklər

Yaydan yanvaradək “Neftçi”nin məşqçilər korpusunda baş verən islahatları yenidən incələ-məyə ehtiyac yoxdu. Lakin yeni mühitə düşən futbolçunun dəyişikliklərdən əziyyət çəkməsi-nə dair dünya və Azərbaycan futbolunda yüzlərlə nümunə var.

Özü nə demişdi?

Qəzetimizə verdiyi müsahibədə ölkəsində gördüyü futbolla Azərbaycandakının fərqli oldu-ğunu, uyğunsuzluqları ortaya atan və bu üzdən uyğunlaşma prosesinin vaxt apardığını deyən Melvinin sözlərində istənilən halda həqiqət var. Yəni bir oyunçunun məhz şərəfini qoruduğu komandanın sərgilədiyi futbolun tərzinə alışmasından, oyundaşlarıyla anlaşma bacarı-ğından çox şey asılıdı. Hollandın nə oyun üslubu bakılıların tərzinə uyğundu, nə də taktika anlayışı. “Neftçi” yarımmüdafiəçilərin fərdi ustalıq səviyyəsindən yararlanan, qısa ötür-mələrə və cinah keçidlərinə üstünlük verən komandadısa, Platye önünə top istəyən sürətli fi-qurdu. Bəstəboy hücumçunun Kanales kimi hava toplarında effektli olmaması isə başadüşü-ləndi. Nikolasın yoxluğunu unutdurmaq məqsədilə transfer edilən Melvindən çililinin gör-düyü işi tələb etməyin özündə bir yanlışlıq var. Oyun tərzləri olduqca fərqlidi. Platye iki-forvardlı sistemdə taran tipli hücumçunun ən yaxın dəstəkçisi kimi xüsusi effekt verər.

İnamsızlığı artır

Hə, xüsusi bacarığa malik oyunçular komandanın oyun tərzinə uyğunlaşmalı, müəyyən zaman-dan sonra parlamalıdı. 26 yaşlı hücumçu isə fenomenal yox, sadəcə, məktəb görmüş sıravi oyunçudu. Yaxşı sürəti var və bu onun əsas üstünlüyüdü. Uzun müddət fərqlənə bilməməsi üzərin-də ciddi təzyiq yaradıb, boşa verdiyi hər qol imkanı inamsızlığını bir qədər də artırır. “Böyük oyun”da yaşananların ardından çətin vəziyyətə düşən, vacib görüşlərdə xallar iti-rən “Neftçi”dəki hazırkı durum da Platyenin xeyrinə deyil. “İnter”lə hesabat turundakı qar-şılaşmada meydana sonradan çıxıb bərabərlik qoluna imza atan Ruslan Qurbanovun icarə əsa-sında çıxış etdiyi “Sumqayıt”dan geri dönməsi də öz yerində. Bütün bunlar Melvinin mövsü-mün sonunda komandadan ayrılmasını qaçılmaz edir. Özünə hörmət edib qarşılıqlı razılıq-la yola gəlsə, göndərəcəklər.

“İnamsızlıq psixoloji təzyiq yaradır”

Məsələ ilə bağlı yığmanın forvardı Rauf Əliyevin də fikrini öyrəndik: “Platyenin gözlə-nilən oyunu göstərməməsinin səbəbləri müxtəlif ola bilər. Hücumçularda belə hallar olur. Mənim də başıma gəlib. Bəlkə də oyun vəziyyətindən fərqlənsə, davamı gələr. Adətən, inamsız-lıq psixoloji təzyiq yaradır və bu futbolçunun öz oyununu göstərməsinə imkan vermir. Həm də hücumçunun fərqlənmədiyi oyunların sayı çoxaldıqca gərginlik artır. Allah köməyi olsun!” /Futbol+

Fikirlərini bizimlə bölüş!