Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Prosineçkinin ilk seçimi barədə:

1. Təbii ki bu heç da Prosineçkinin ideal heyəti deyil. Şübhəsiz ki, Türkiyyədə çıxış edənlərdən Şükürov və Cavadov, Neftçidən isə ən azından A.Abdullayev və Yunuszadə çağırılacaq.

2. Axır ki Rüfət Dadaşov, Ufuk Budak, Cihan Ozkara və digər sırf alman dilini bildikərinə görə çağırılan oyunçuları millidə görmürük, bunun özü bir uğurdur.

3. Anton Krivotçukun oyununu görmədən onu necə tənqid etmək olar? Əksinə, xoş xaldır ki Prosineçki Antalyada olarkən U-17nin oyunlarını izləyib. Total legionerləşdirməni mən də hər zaman pisləmişəm. Lakin bu cür stereotip yanaşmanı da anlamıram. Nə edək ki Prosineçki U-17də tək Antonu bəyəndi? Bir şeyi anlamaq gərəkdir ki, Prosineçki ölkəmizə təzə gəlib. Onun üçün Bayıl uşağı Maksim Medvedev ilə Anton Krivotçuk arasında heç bir fərq yoxdur. İkisi da sarışındı, ikisi də Azərbaycan vətəndaşıdı. Prosineçki Antonu başqa ölkədə görüb bəyənsə idi bu başqa məsələ.
Ümümiyyətlə bir gənc futbolçunun A-komandaya dəvət alması gözəl xaldır. Təbii ki Anton Maltaya qarşı oynamayacaq. Hər şeydən öncə bu dəvət digər gənc oyunçularımız üçün əla bir stimul olaraq qiymətləndirməlidi. Amma onu da deyim ki sol cinah müdafiəçi yerinə İnterdən Azər Salahlını cağırmaq olardı. Böyük gələcək vəd edən bir istedaddı!

4. Foqtsun vaxtında komandaya dəvət almayan 7 yeni oyunçuya şans verildi.

5. Ən sonda idman mediasına, futbol ictimaiyyətinə səslənirəm. İndiki mərhələdə Prosineçkini tənqid etməsi heç də məqsədəuyğun deyil. Qırağdan baxanlar da deyəcək ki sən demə günah Foqtsda deyil, elə səbrsiz və futbolu anlamayan azərbaycanlılarda idi. Foqtsu haqqına tənqid etdik, gedişində hardasa bizim da rolumuz oldu. Almanın yerinə gələn məşqçi hələ komandanı bircə rəsmi oyununa çıxartmadı, gəlin onu tənqid etməyə tələsməyək.

Malta ilə oyun artıq ciddi bir imtanan sayıla bilər. Xorvat məşqçinin taktiki üslübünu və oyunu oxumaq qabiliyyətini məhz ilk rəsmi oyunda giymətləndirə bilərik.

Görünən budur ki, Prosineçki çempionatın oyunlarını izlərir və gördüklərindən lazımı nəticələr çıxardır. Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Coşqun Diniyev, Elvin Camalov, Rəşad Eyyubov və digərləri çoxdandı bu dəvətə layıq idilər. Ədalətli seçim olan yerdə nəticə də olar. Foqts bunu anlamaq istəmədi ona görə də iflasa uğradı.

Fikirlərini bizimlə bölüş!