Gəncədə çətin səfər oyunu üçün ehtiyatlanmağa başlayan "Qarabağ" qarşı tərəfdən 3000 bilet sifariş verib. Əvvəlcə bilet məsələsinə önəm verməyən ağdamlılar sonradan bu işdə israr göstərməyə başlayıblar.
Belə ki, rəqib komandalar üçün Gəncə stadionunda əvvəllər 300-500 yerlik sektor ayrılıb. Nizami yurdunda dəstəyin vacib olduğunu anlayan "Qarabağ" işi Premyer Liqanın əsasnaməsinə daşıyıb. Və stadion tutumunun 20 faizinin onlara ayrılmasına nail olub. Gəncə şəhər stadionu 15 363 tamaşaçı tutumuna malik olduğundan rəqib tərəf üçün 3 073 bilet ayrılıb.
İş o həddə çatıb ki, ev sahibi kimi "Kəpəz" tərəfinin iticket.az vasitəsilə gəncəli azarkeşlərə satdığı biletlərin bir qismi geri qaytarılıb.




Fikirlərini bizimlə bölüş!