Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov “Barselona”da əla mövsüm keçirən Lionel Messini niyə yığmaya çağırmayıb? Nə qərəzi var onunla?
Bəs zədəli Bədavi Hüseynovun yoxluğunda Serxio Ramos niyə yığmaya dəvət almayıb?
Luis Suares, Robert Levandoski, gənc Delle Alli – bunlar əla futbolçulardı axı, Qurban Qurbanov niyə Azərbaycan millisinin qapılarını onların üzünə açmır?
Bəs Tibo Kurtua? Onun yığma komandaya dəvət almamasının səbəbini bilən var?
Niyə, axı niyə Qurbanov bu səviyyədə futbolçuları milliyə çağırmayıb, əvəzində hansısa Elvinin, Bəhlulun, Abbasın üzünə qapıları taybatay açıb? Həzrət Abbas haqqı, mənim imkanım olsaydı, Messini, Ramosu, Levandovskini, Allini öz komandama çağırardım, bu “topdaşıyanlar”ı yox.
Qərəzlisiz, Qurban Qurbanov! Azərbaycan mətbuatı, futbol ictimaiyyətı haqlı olaraq yoxlama oyunları üçün açıqladığınız heyətə dodaq büzür, naz-qəmzə edir. Qərəzlisiz!
Kürşad




Fikirlərini bizimlə bölüş!