Elxan Məmmədov nazir olmaq istəyir?
UEFA-nın 50 milyonluq yarı
Məlum olduğu kimi, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ/SOCAR) xarici ölkələrdə bir sıra iri layihələr həyata keçirir. Zavod tikintisindən tutmuş, daşınmaz əmlakın alınmasına qədər olan investisiya layihələrinə qədər. Fəaliyyət dairəsi təkcə bununla bitmir. SOCAR iri investisiya layihələriylə yanaşı, beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübə qazanıb. Belə ki, şirkət Avro-2016-nın 8 əsas sponsoru sırasına daxildi. Avropa qaynaqlarının təxminlərinə görə, SOCAR bunun üçün UEFA-ya 50 milyon avroya yaxın pul ödəyib. Azərbaycan brendi 4 il ərzində qurumun düzənləyəcəyi digər yarışlarda da eyni missiyanı yerinə yetirəcək. Kişi və qadınların arasında təşkil olunması, yaş qrupları rol oynamır, əsas sponsorluğun müddətidi ki, UEFA beləcə, Rusiyadan «Qazprom»ı işbirliyinə dəvət edəndən sonra ikinci postsovet təmsilçisini öz tərəfinə çəkib. Bu, 2012-ci ildə Azərbaycanda keçirilən 17 yaşlıların dünya çempionatının ardınca SOCAR-in sponsorluq təklifin razılaşdığı növbəti beynəlxalq müsabiqədi. “Eurovision” musiqi yarışmasının, habelə əcnəbi müğənnilərin həmin ərəfədə Bakıya səfərlərinə də şirkət maliyyə ayırıb.
İki nazirin bir arzusu
Göründüyü kimi, investisiya layihələrini reallaşdırmaq üçün dövlət hesabına borca girən ARDNŞ digər tərəfdən idman və mədəniyyət tədbirlərinə sponsorluq etməklə «yüklənir». Şirkət həm Gənclər və İdman, həm də Mədəniyyət və Turizm Nazirliklərinin funksiyasını həyata keçirir. Özünün investisiya xərclərini kredit hesabına həyata keçirən SOCAR-ın əlavə sponsorluqlar hesabına yüklənməsinə nə ehtiyac var? İqtisadçıların hesablamalarına görə, ortamüddətli perspektivdə ARDNŞ-in özünün bu borcları ödəməsi üçün kifayət qədər imkanları var. Lakin gələcəkdə neft gəlirlərindən asılılıq azalmayacağı halda, götürülən kreditlər və neft gəlirlərinin sponsorluqlara xərclənməsi ölkənin iqtisadi rifahı üçün müəyyən təhlükələr yarada bilər. ARDNŞ-in müxtəlif idman və mədəniyyət tədbirlərinə sponsorluq etməsi idman cəmiyyətinin kulislərində müəyyən giley-güzarla qarşılanıb. Söhbət belə tədbirlərin bir çoxunun təşkilatçılığı və maliyyələşməsi zamanı istər Gənclər və İdman Nazirliyinin (GİN), istərsə də Mədəniyyət və Turizm Nazirliyinin adının ön plana çıxmamasından gedir. Bu isə adıçəkilən nazirliklərin rəhbərləri – həm Azad Rəhimov, həm də Əbülfəs Qarayev tərəfindən heç də xoş qarşılanmır. Onların ortaq fikri ondan ibarətdi ki, SOCAR-ın sponsorluğu sadəcə hər hansı tədbirin maliyyələşdirilməsi ilə bitməli, burda əsas, həlledici funksiyaları (təbii ki, təşkilatçılıq baxımından!) adıçəkilən nazirliklər oynamalıdı. Yəni, əslində ARDNŞ müəyyən bir idman və ya mədəniyyət tədbirinin keçirilməsi üçün maliyyəni həmin nazirliklərə ayırmalı, bundan sonrasını isə həmin nazirliklər özləri həyata keçirməlidilər. Dia.az-ın məlumatına görə, bununla bağlı bir neçə dəfə qeyri-rəsmi formada həm Gənclər və İdman Nazirliyindən, həm də Mədəniyyət və Turizm Nazirliyindən SOCAR-ın rəhbərliyinə ismarıclar göndərilsə də, qarşı tərəf həmin istəyə isti baxmayıb və qəbul etməyib. Bu da SOCAR rəhbərliyi ilə Azad Rəhimov və Əbülfəs Qarayev arasındakı soyuqluqdan qaynaqlanır. Ekspertlər isə diqqəti ona çəkirlər ki, SOCAR təsdiq olunmuş əsasnaməsinə görə dövlətə məxsus kommersiya qurumudu.
Müğənnilərə niyə sponsorluq edir?
Bu cür qurumlarla dövlət arasında müəyyən müqavilələr bağlanmalıdı. Həmin müqaviləyə əsasən, dövlət əmlakından istifadə edilməsi üçün şirkətlə hökumət arasında münasibətlər müəyyənləşməlidi. Xaricdə belə şirkətlərin təmsilçiliyində hökumətlə yanaşı, menecerlər, ictimai nümayəndələr də iştirak edir. Amma SOCAR həyata keçirdiyi investisiya layihələri barədə ictimaiyyətə hesabat vermir. Türkiyədə, Gürcüstanda və Avropa dövlətlərində bir sıra layihələr həyata keçirsə də, gəlirləri barədə informasyaları açıqlamır. Sadəcə olaraq, hökumətin müəyyən funksiyalarını üzərinə götürməklə bu münasibətlərin formalaşmasına gətirib çıxarır. Əvvəllər geniş miqyaslı sosial layihələr yerinə yetirirdi – məktəblər,xəstəxanalar, bağça tikintisi ilə məşğul olurdu. Beynəlxalq standartlara keçid adı altında bu sosial obyektləri balansından çıxardı, sonra isə ayrı-ayrı idman və mədəniyyət tədbirlərini maliyyələşdirməyə başlayıb. Bunun hansı səbəbdən irəli gəlməsi barədə cəmiyyətə məlumat verilmir. Nə üçün digər mənbələr hesabına maliyyələşməli olan tədbirlərə ARDNŞ sponsorluq edir? Beynəlxalq idman və mədəniyyət tədbirlərinin, müğənnilərin Bakıya gətirilməsinin təşkilinə nə qədər vəsait sərf olunur? Bu xərclər Dövlət Neft Şirkətinin sərəncamında qalan mənfəət hesabına olur, yoxsa vergi tutulan mənfəətin azaldılmasının hesabına həyata keçirilir? Bu suallar cəmiyyət üçün qapalı qalır.
İki güclü adam arxasındadı
Hələlik ötək bu məsələnin üstündən. Bizi sırf futbolla bağlı projelər maraqlandırır və hesab edirik ki, R.Abdullayevlə A.Rəhimovun münasibətlərinin yaxşılığa doğru dəyişməlidi. Hər ikisi respublikanın ictimai-siyasi, həmçinin idman həyatınla önəmli fiqurlardı. Futbol kimi məsuliyyətli sahə Abdullayevə tapşırılıbsa, Rəhimov bütün bu sahənin ümumi kurasiyasına cavabdehdi. Millinin nazirliyin balansındakı «Tofiq Bəhramov»dan AFFA-nın tikdiyi «Bakcell Arena»ya aparılması hər halda tərəflərin bir-birinə simpatiyasından qaynaqlanmır. GİN rəsmilərini atıq federasiyanın keçirdiyi tədbirlərdə ilk sırada görmürük. AFFA mənsubları da nazirliyin bayrağı dalğalanan mərasimlərdə yaxından iştirak etmir. Rəhimov hara gedirsə, onlar getmir. Yaxud biləndə ki, nazirin yaxın adamlarından biri həmin tədbirdədi, özlərini ən axırıncı cərgədə gizlədirlər. Elxan Məmmədovun GİN-nin başçısı olmağa iddia etməsi barədə müxtəlif kluarlarda yeni söz-söhbət yayılıb. Bu məlumatı büiöv konteksdən çıxarmamalıyıq. AFFA-nın baş katibi futbola, ümumiyyətlə isə idmana Robinzon Kruz qədər uzaq şəxs olsa da, 2007-ci ildən bu tərəfə ayrı-ayrı yüksək dairələrlə əlaqələr qurub, yaxınlaşıb. Şampunun üstünlüklərindən maksimum dərəcədə yararlanan keçmiş kosmetoloq AFFA-nın və SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun çətiri altına girib. Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu ilə şəxsi əlaqələri ona ikinci dəstək mənbəyidi. Atası, xalq rəssamı Səlhab Məmmədov da kiçik oğlunun çevrəsini böyüdən simalardan biridi.
Görüşünə buraxmadı
Deyilənə görə, balaca Məmmədovun nazir olmaq üçün hrəkət gəlməsi barədə məlumatlar Azad Rəhimova ağır gəlib və ona «yerini başa çalacaq» mesajlar ünvanlayıb. Hələlik şayiə adlandıra biləcəyim informasiyaların kökündəki həqiqət payını araşdırmadan, GİN rəhbərinin buna haqqının çatdığını söyləməliyik. O, Elxanı heç kimin tanımadığı, federasyaya yeni gəldiyi ilk vaxtlardan müdafiə edib. Bu və digər səviyyədə. Rövnəq Abdullayevdən xahişini edən 2-3 nəfər varsa, biri də odu. Məlumata görə, baş katib dəfələrlə nazirin qəbuluna düşməyə cəhd göstərilib, lakin mənfi cavab alıb. Strategtya baxımından AFFA ilə nazirliyin planlarının bir-birinə tərs düşməsi də ciddi mənada bu soyuqluğun əlamətidi. GİN federasiyadan kəskin narazı, sadəcə, ümum kursa görə susmaq məcburiyyətində qalan klub bosslarının tərəfindədi və AFFA-nın almanlaşdırma siyasətinin çıxarlarıyla barışmır. Deməli ki, buzlar yaxın vaxtlarda buxarlanmasa, iki mühüm qurumun mehriban düşmənçiliyi yerini aktiv çəkişməyə verəcək. Elan olunmamış müharibəni «dondurmaq» bu halıyla tərəfləri qane eləmir./Sport Favorit




Fikirlərini bizimlə bölüş!