Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Rəvan”a yeni prezident təyin edildi

“Rəvan”da prezident dəyişikliyi baş verib. Yüksək etimadı dəyərləndirə bilməyən Müşviq Səfiyev istefaya göndərilib. Yeni prezidentin kimliyi artıq məlumdu.

Bu, Məmmədov Samir Rəhbər oğludu. Gənc kadr “Rəvan sığorta”nın İdarə Heyətinin üzvüdü. Son təyinatı təkcə komandanın mövsümə uğursuz davam etməsi ilə əlaqləndirmək düzgün çıxmazdı.

AFFA İcraiyyə Komitəsinin Premyer Liqa klublarında Müşahidə şurası yaratmasıyla bağlı məlum qərarına riayət edən “sığortaçılar” yaxın günlərdə yeni tərkibdə fəaliyyətini sürdürəcəyini rəsmən açıqlayacaq. Nuru Əliyevin qərarına əsasən, “Nurgün” Şirkətlər Qrupunda çalışan daha bir neçə şəxs “Rəvan”da yüksək vəzifələrələ gətirilib.

Xatırladaq ki, bir neçə gün öncə “Rəvan”ın media tərəfindən haqlı olaraq kəskin tənqid edilən və qeyri-ciddi bir klub rəsmisi kimi tanınan vitse-prezidenti Bəhruz Şirəliyevin postundan qovulması haqda xəbər yayılmışdı. Amma bu məlumat ertəsi gün təkzib edilmişdi. Gördüyünüz kimi od olmayan yerdən tüstü çıxmır. İndiyədək uğursuz və gərəksiz klub imici qazanan “Rəvan” ciddi dəyişikiklər astanasındadı.

Fikirlərini bizimlə bölüş!