Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Sabah”ın pley-off perspektivi qaldımı?

“Sabah”ın pley-off perspektivi qaldımı?

“Sabah” UEFA Çempionlar Liqasının IV turunda “Vikinq”ə uduzub – 1:4. “Bayquşlar” 4 turdan sonra 3 xalla turnir cədvəlində 31-ci sıradadır.

Formata görə, əsas mərhələni 1-8-ci sıralarda bitirənlər birbaşa 1/8-ə, 16-24-cü pillələrdə qərarlaşan komandalar isə pley-off mərhələsinə vəsiqə əldə edəcək.

“Sabah” 24-cü sıradan bir xal geri qalır. Ümumiyyətlə, 20-24-cü pillədəki kollektivlərin hər birinin 4 xalı var.

“Sabah”ı qarşıda “Barselona”, “Vilyarreal”, “Napoli” və “Arsenal”la oyunlar gözləyir. TOP-5 çempionatlarında iştirak edən komandalarla duellərdə “bayquşlar”ın xal qazanmaq ehtimalı çox aşağıdır. Bakıda “Napoli” və “Vilyarreal”la oyunlarda xal qazanmaq bir qədər real görünür. Lakin “Barselona” və “Arsenal”a qarşılaşmalarda müsbət nəticə əldə etmək şansı xeyli aşağıdır.

Bu iki görüşdən minimum 4 xal qazanılsa və digər komandaların xal itkiləri davam etsə, komandanın pley-off şansı yarana bilər.

Rəqiblərdən “Napoli” və “Vilyarreal”ın da aktivində bir qələbə var. Hər iki kollektiv digər üç görüşü məğlubiyyətlə başa vurub. Neapol təmsilçisinin 4 oyunundan ikisi nisbətən asan rəqiblərlədir. “Napoli” Norveçin “Vikinq”, Belçikanın “Brügge” kollektivini üstələmək potensialındadır.

“Vilyarreal” isə “Sabah”la yanaşı, “Slaviya”, “Fənərbağça” kimi komandalarla üz-üzə gələcək. Bu rəqiblər də ispanlar üçün rahat oyunlardan hesab edilir.

Reallığı nəzərə alsaq, “Sabah”ın pley-offda yüksəlmık şansını 1-2 faizdən artıq qiymətləndirmək çətindir. Bununla belə, tarixində ilk dəfə iştirak etdiyi bu turnir kifayət qədər faydalı təcrübədir. Hər sınaqda böyük futbolun atmosferini yaxından hiss edən “Sabah” bu fürsətdən maksimum yararlanmalı, məhz belə oyunlardan və güclü rəqiblərlə görüşlərdən təcrübə qazanaraq inkişaf etməlidir.

Şahin CƏFƏROV

Fikirlərini bizimlə bölüş!