Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Sadıq Sadıqovun fahişədən nəyi artıqdı?: O, niyə həbs olunmur?

Qlobal maliyyə böhranı bütün dünya iqtisadiyyatına təsir edib. Neftin qiymətinin həddindən artıq aşağı düşməsi isə büdcəsi neftdən asılı olan Azərbaycanın iqtisadiyyatını demək olar ki, çökdürüb. Durumu nəzərə alan Azərbaycan prezidenti də oliqarxlara müraciət edərək, pula qənaət etməyi tapşırmışdı. Vəziyyət o həddə çatıb ki, indi Azərbaycanda bədənini sataraq, mədəsini doyuran fahişələrə də vergi tətbiq olunacaq.

Ancaq hansısa belçikalı futbolçuya 1 milyon manat vəsait ödəniləcək. AFFA prezidenti Rövnəq Abdullayevin sevimli kadrı Sadıq Sadıqovun 2010-cu ildə hardansa tapıb “Neftçi”yə gətirdiyi Emil Mpenza məhkəmədə qalib gəlib. O, klubdan 1 milyon manat vəsait alacaq. Mpenza Azərbaycandan 1 milyon manatdan artıq vəsaiti o vaxt çıxarıb. Sadıq Sadıqov Bakıda gün keçirmək üçün ona ilinə 850 min dollar ödəyirdi. Sonra nə fikirləşdisə, Mpenzanı Belçikaya göndərdi. O da müqavilədəki şərtlərə əsaslanaraq, “Neftçi”ni məhkəməyə verdi. Məhkəmə də onun iddiasını qəbul etdi. Sadıq Sadıqovun qeyri-peşəkarlığı Azərbaycandan daha 1 milyon manat vəsaitin çıxarılmasına səbəb oldu. Bu vəsait ödənilməlidi. Mütləq ödənilməlidi. Emil Mpenza azərbaycanlı futbolçu deyil ki, “sən ölüm, mən ölüm”ə görə futbol oynasın, Sadıqov da istədiyi vaxt onun pulunu kəssin. Yox, Mpenza avropalıdı və nə etdiyini yaxşı bilir.

İndi Sadıq Sadıqov “Neftçi”də yoxdu. “Neftçi”nin neftini qurudandan sonra Rövnəq Abdullayev sevimli kadrını cüdo federasiyasına aparıb. O, indi orda pul dağıtmaqla məşğuldu.

Azərbaycanda bədənini satan fahişəyə də vergi tətbiq olunacaq. Yəqin ki, vergi ödəməyən fahişə məsuliyyətə də cəlb olunacaq. Elə isə Azərbaycanın 1 milyon manat vəsaitini hansısa belçikalıya bağışlayan Sadıq Sadıqov niyə həbs olunmur? Niyə bu vəsaitin hesabı sorulmur? Sadıq Sadıqovun ac qalmamaq üçün bədənini satan o fahişədən nəyi artıqdı? Rövnəq Abdullayev kimi arxası var? Vergiyə cəlb olunan o fahişə bu vətənin heç nəyini satmır axı, təkcə özünə məxsus bədənindən başqa. Sadıq Sadıqov isə… Rəşad ERGÜN

Fikirlərini bizimlə bölüş!