Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Şikəst” uşaqlarımız…

“Şikəst” uşaqlarımız…

Bu ölkədə uşaqlar uşaqlıq illərini yaşamır. Həftənin 6 günü məktəb, 7 günü repetitor hazırlığı.

Bu uşaqlar nə zaman uşaqlıq illərindən zövq alacaq? Nə zaman yaşayacaqlar uşaqlıq illərini? Nə vaxt oyun oynayacaqlar, nə vaxt xəyal quracaqlar? Nə vaxt onlara maraqlı olan sahələrə zaman ayıracaqlar? Azərbaycanda təhsil sistemi rüsvayçı gündədir və bunun ən ağır yükünü uşaqlar daşıyır. Məktəb varsa, repetitor yükü nədir, repetitor varsa, məktəb əziyyəti nə üçündür?

Uşaqlarımızın uşaqlıq illərini itiririk bu ölkədə. Yaşamadıqları uşaqlıq illərini.

Bu arada, "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında Xorvatiya "Dinamo"suna 0:7, "Sabah"ın eyni yaşdan olan komandası isə "Vikinq"ə 0:5 hesabı ilə uduzub.

Rüsvayçılıqdır? Başqa necə olmalı idi ki? Uduzanlar da uşaqdır, "şikəst" uşaqlarımız…

Fikirlərini bizimlə bölüş!