Son nəfəsədək

Son nəfəsədək — foto

Bu, təkcə bir futbolçunun deyil, bir döyüşçünün hekayəsidi. Hər addımında, hər nəfəsində “Sabah”ın ruhunu hiss etdirən bu polşalı, sadəcə sol cinahı qorumur, o, bu komandanın döyünən ürəyidi.

Təqdim etdiyimiz ikonik foto, bir savaşın sonunda, bütün gücünü meydanda qoyan Timoteuş Puxaçın təbii portretidi. O, sadəcə qazonun üzərinə yıxılmayıb; o, komandası üçün canını fəda edərək, son enerjisini də yaşıl örtüyə buraxıb. Bu görüntü, peşəkarlığın, əzm və fədakarlığın ən saf təzahürüdü. “Xarakter” sözünün rəsmə çevrilmiş halıdı!

Yanvar ayında “Sabah” ailəsinə qoşulduğu gündən bəri, Puxaç meydanda ürəyini qoyaraq, sadə bir transfer olmadığını sübut etdi. 42 oyunda 17 məhsuldar ötürmə – bu, adi statistik rəqəm deyil, bu, polyak qladiatorun “bayquşlar” üçün nə qədər vacib, nə qədər effektiv bir fiqur olduğunun dəlilidi. Onun bir-birindən kəskin və məhsuldar ötürmələri, bitib-tükənməyən enerjisi, yel kimi keçdiyi cinahını rəqibin əsl başağrısına çevirməsi komanda yoldaşlarına inam və güc aşılayır.

Bu şəkildə əks olunan o yorğun, amma qürurlu duruş, “Sabah”ın bu mövsüm Çempionlar Liqasında göstərdiyi əzmin gerçək simvoluna çevrilib. O, 8 oyunda 5 məhsuldar ötürmə ilə komandasını ayaqda saxladı, həlledici anlarda məsuliyyəti üzərinə götürdü. Puxaçın bu performansı, “Sabah”ın Avropa arenasında iddiasını ortaya qoymağa imkan verdi.

Bəli, bir oyunçu komanda üçün hər şeyini verəndə belə təsirli görüntülər yaranır. Timoteuş Puxaç da məhz belə xarakterli futbolçulardandı. O, “Sabah”ın çoxsaylı legionerlərindən sıradan birisi deyil, o, bu komandanın ayrılmaz parçası, təslim olmayan ruhunun əksidi. Onun karyerasının bu parlaq Azərbaycan hekayəsi, ümid edək ki, hələ çox çəkəcək. ÇL-in liqa mərhələsində də ayaqüstə alqışlanmağa davam edəcək.

P.S. Sən ancaq sevinc göz yaşları axıdasan, Timo! (https://www.instagram.com/reel/DchC3B_tUKe/?igsi=MTV0dzk5eGFpMzl3cQ==)

Son nəfəsədək — foto

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!