Azərbaycan Premyer Liqasının baş tutan 16 turunun 95 matçında 36 penalti təyin olunub.
Orta hesabla hər oyunda 0,38, yəni hər 237,5 dəqiqədə bir dəfə 11 metrlik cərimə zərbəsi vurulub.
Bunlardan 29-u dəqiq olub. Futbolçuların dəqiqliyi 80,56 faiz təşkil edib.
36 penaltini 22 futbolçu yerinə yetirib. Aleksandr Ramalinqom 5 belə imkan qazanıb. “Sumqayıt”ın legioneri yalnız 2 zərbədə sevinib. Toral Bayramov (“Qarabağ”) 4, Emin Mahmudov (“Neftçi”) və Ruan Renato (“Zirə”) 3 dəfə penaltini qola çevirib.
Meydan sahibləri 19, qonaqlar 17 dəfə belə imkan qazanıb. Öz meydanında oynayanlar 2, səfər matçına çıxanlar 5 şansı qaçırıb.
Premyer Liqanın bütün komandaları penalti imkanı qazanıb. “Qarabağ”la “Sumqayıt” daha çox – hərəyə 5 belə zərbə vurub. Ağdam klubu 100 faizlik nəticə göstəribsə, Sumqayıt təmsilçisi yalnız iki dəfə dəqiq olub.
“İmişli” də üç penalti qaçırıb. Həm debütant, həm də “Qəbələ” penaltidən qol sevinci yaşamayıb: “Qarabağ” – 5, “Sumqayıt” – 5 (3-ü qeyri-dəqiq), “Neftçi” – 4, “Kəpəz”, “Sabah”, “Şamaxı”, “Zirə” – 3, “İmişli” – 3 (3), “Araz-Naxçıvan”, “Karvan-Yevlax”, “Turan Tovuz” – 2, “Qəbələ” – 1 (1).
12 klubdan 11-i penalti ilə cəzalanıb; “Araz-Naxçıvan” – 7 (1-i qeyri-dəqiq), “Karvan-Yevlax” – 6, “Qarabağ” – 5 (2), “Neftçi” – 3, “Qəbələ”, “Turan Tovuz” – 3 (1), “Kəpəz”, “Şamaxı”, “İmişli” – 2, “Zirə” – 2 (1), “Sumqayıt” – 1 (1).
Yalnız “Sabah”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilməyib.
Statisitika nə göstərir;
AFFA-nın hakimləri "Sabah"dan o qədər qorxurlar ki, Azərbaycan Premyer Liqasının 16 turu (!) ərzində bu komandanın qapısına bircə penalti də təyin etməyiblər.
Yalnız 44 günlük Vətən Müharibəsi iştirakçısı, FIFA referisi Kamal Umudlu cəsarətlənib Azərbaycan Kubokunun "İmişli" – "Sabah" oyununda penalti təyin etmişdi. Onu da Hakimlər Komitəsinin təzə sədri Rəhim Həsənov Umudlunun gözündən gətirdi.




Fikirlərini bizimlə bölüş!