Süni meydançaların Azərbaycan futboluna vurduğu ağr zərbələrdən nə qədər yazsaq da futbol başbilənlərimiz, klub rəhbərlərimiz öz bildiklərini edirlər. Nəticədə dəyən zərbə futbolumuza dəyir. Daha bir futbolçumuz bu cür meydançaların güdazına gedib.
Söhbət “Rəvan”ın futbolçusu, millimizin sabiq üzvü Aqil Nəbiyevdən gedir. Bildiyiniz kimi, bu futbolçu bir müddət idi ki, zədədən əziyyət çəkirdi. Hər kəs onun nə zaman yaşıl meydançalara dönəcəyini gözlədiyi bir vaxtda məlum olub ki, o, nəinki “Rəvan”dan ayrılıb, hətta futbolçu karyerasını da bitirə bilər. Belə ki, son həkim müayinəsi zamanı ona deyilib ki, bundan sonra bir daha süni örtüklü meydançada futbol oynaya bilməz. Çünki bu halda zədəsinin daha ağır fəsadlarını görəcək.
Bir müddət isə ona, ümumiyyətlə, futboldan uzaq qalmaq tövsiyyə olunub. Yalnız zədəsini sağaldamdan sonra sözün əsl mənasında yaşıl meydançalara qayıda bilər. Ancaq nəzərə alsaq ki, Azərbaycan çempionatının oyunlarının keçirildiyi meydançaların yarıdan çoxu süni örtüklüdür, o zaman Aqilin karyerasını başa vuracağı daha inandırıcı görünür.|rekord




Fikirlərini bizimlə bölüş!