Fransa’yla bu günkü matç öncəsi məlum 0:10’nu yada salarkən, baş məşqçi Ağasəlim Mircavadov’a suallar çoxdu. Məsələn, heç kim soruşmayıb ki, niyə o heyəti oynatmısan?
Həmin dövrün bir sıra ən güclü futbolçuları millidə yer almayıb;
Nazim Süleymanov (millinin kapitanı)
Vəli Qasımov
Samir Ələkbərov (yerinə Qədirovu buraxmışdı)
Vidadi Rzayev
Yaşar Vahabzadə (dayaq y/m bircə Abışovdu)
Faiq Cabbarov (mövsümün ən yaxşı futbolçusu)
Aleksandr Jidkov (əsas qapıçı)
Dmitriy Kramarenko
Burda o vaxtkı xaos, AFFA’nın səristəşizliyi və qeyri-peşəkarlığı ucbatından legionerləri klubların buraxmaması və özlərinin həvəsli olmaması, Fuad Musayevin şəxsi diqtəsi də rol oynayıb. Buna rəğmən həmin 11-lik belə indiki yığmamızdan qat-qat güclü idi və 0:10’a layiq deyildi. Amma təcrübəsizlik və futbolumuzda hökm sürən ‘bardak’ belə fiaskoya gətirib çıxarmışdı.
Təəssüf ki, indi ancaq xəyal edə biləcəyimiz bu cür istedadlı futbolçu nəsli çox uğursuz bir vaxta dəng gəldiyi üçün adını tariximizə ancaq məğlubiyyətlərlə yazdırıb. Halbuki onların potensialı Avropa’ya səs salmağa çatardı…




Fikirlərini bizimlə bölüş!