Tarixin sınağından çıxmayan dünya çempionatı

Tarixin sınağından çıxmayan dünya çempionatı — illüstrasiya

Meksikadan gələn dalğa artıq o deyil

O gündən keçmiş idman yazarı kimi dünya çempionatından yazmaq istəyirəm ərinirəm. İlk öncə onu qeyd edim ki, istənilən turnirin iki və ya 3 ölkədə keçirilməsi bir çox məsələlər baxımından absurd bir şeydir. Xüsusilə təhlükəsizlik məsələləri baxımından.

İlk xatırladığım dünya çempionatı 40 il öncə Meksikada keçirilirdi. Onda 6 yaşım vardı. Hələ də qulaqlarımda “Mexiko Çempayses” səsləri qalır. Mənə futbolu sevdirən böyük yarış. İndi Meksika 3 təşkilatçıdan biridir.

1986-cı ildə Dieqo Maradonanın ulduzunun parladığı, bütün vasitələrlə Argentinanı az qala təkbaşına dünya çempionatı etdiyi turnir. Dünya futboluna azarkeş dəstəyinin yeni növü, Meksika dalğasının gəldiyi mundial.

Nədənsə o dönəm köhnə sovet televizorları ilə daha çox matç izləyə bilirdik. Baxmayaraq ki, o zaman da saat fərqi vardı. Amma indi yayınçıların pul qazanmaq istəyi qarşılığında düz əməlli kanal da yoxdur futbol seyr etməyə. Baxmayaraq ki, texnika texnologiya daha çox inkişaf dövrü keçib bu 40 ildə.

İstənilən turnirdə 32 komandadan artıq iştirakçının olması növbəti absurddur.

Onsuz da dünya çoxdan qarışıb. Şərin hökmünün keçdiyi, savasların at oynatdığı bir dönəmdəyik.

4 ildən bir futbolsevərlərin gözlədiyi futbol bayramının içinə də belə etdilər.

Sanki bir qrup şəxs yığışıb bəşəriyyətin ləzzət ala biləcəyi istənilən tədbiri öz maraqları üçün əndrabadi nəyəsə çevirmək uğrunda yarışa girib!

Ona görə heç hansısa matçı seyr etmək üçün adamın internetdə nəsə axtarmaq həvəsi də qalmır. Sadəcə hesabları izləyirəm…

Sağ olsunlar bu gün də onun içinə qardaş Türkiyə milli komandasının “ulduz” futbolçuları etdilər!

Ümid edirəm növbəti Avropa çempionatında qapının yerinə bir yekə çala qazıb təzə eksperiment etməzlər dünya futboluna ağalıq edənlər!

Tarixin sınağından çıxmayan dünya çempionatı — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!