Bizə bircə qol lazım idi…
Və o qolu İspaniyanın, Fransanın yox, Lixtenşteynin və ya Litvanın qapısına keçirməli idik…
Keçirəcəkdik də…
Potensialımız və zəif rəqiblər buna imkan verirdi…
Amma biz "Soğan olsun, nağd olsun" deyib minimal hesablı qələbəyə və heç kimə lazım olmayan ("premiya" alanlardan başqa) qrup liderliyinə razılaşıb müdafiəyə oturduq, vaxt uzatdıq, son dəqiqələrdə əvəzetmələrlə tempi və vaxtı öldürdük…
…Həm də azarkeşlərin pley-off ümidini…
Lixtenşteynlə və ya Litva ilə 4 oyundan cəmi birində daha bir qol vursaydıq, 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına vəsiqə uğrunda pley-off oynamağa Malta yox, biz şans qazana bilərdik…
Başqa yol seçdik…
Məşhur bir trekdə deyildiyi kimi: "Biz yaza bilmədik tarix, ola bilmədik qəhrəman…"
Sanki Cəbəllütariqlə 2 dəfə heç-heçə edən Malta pley-off oynamağımızı bizdən çox istəyirdi…
Halbuki Fernandu Santuş cəmi 2 il əvvəl "Hədəfimiz AVRO-2028-ə vəsiqə qazanmaqdır" deyirdi…
Həmin məşhur trekdən bir hissə də yadıma düşür: "Düz deyirlərmiş, Bakının daimi qonağıdır küləklər…"
Hədəf nə vaxt dəyişdi, niyə daha bir qol vurmaq əvəzinə Lixtenşteynlə oyunda minimal hesablı qələbəni, Litva ilə səfər oyununda heç-heçəni qorumağa çalışdıq, bilmirəm…
Bəlkə pley-off-da daha güclü rəqiblə düşüb biabırçı məğlubiyyət almaqdan qorxduq?..
İnanmıram…
Bəlkə bukmekerlərin turnir başlamazdan əvvəl Azərbaycanı D Liqasının aşkar favoriti sayması futbolçularımızda ulduz xəstəliyi yaratdı?..
İnanmıram…
Bəlkə Ayxan Abbasovun qarşısına yalnız öz qrupumuzda lider olmaq məqsədi qoyulub?..
Bəlkə Abbasovun müqaviləsində bu bənd yazılıb…
İnanıram…
Hər nə isə…
Böyük bir şans qaçırdıq…
Qitə çempionatına vəsiqə uğrunda pley-off oynamaq şansı…
Belə şans bir daha düşməyə bilər…
Təəssüf…
Min təəssüf…




Fikirlərini bizimlə bölüş!