Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Yaz-sil” əməliyyatı

Futbol üzrə qadınlardan ibarət yığma komandaya çağrılmış ispan qız haqqında qeydimizə fərqli yanaşmalar oldu. Oxucular deyir ki, bizim üçün əsas kişi futboludu, qadın futbolunun dərdini çəkməsək də olar. Bu mənada onlarla razılaşmaq olar. Ancaq bizim demək istədiyimiz başqa şeydi axı.
Əsas yığma ilə bərabər, iki yaş qrupu üzrə qızlardan ibarət seçmələr və futzal üzrə milli komandada oynayan xaricilərin ümumi sayı bilirsiniz nə qədərdi? 18 nəfər!
Məsələn, mənim üçün maraqlıdı. qadın futbolçuların beynəlxalq yarışlarında hansısa uğurlu nəticəmiz olduğunu eşidən olubmu? Lap tutaq, dünya çempionu olduq. Nə olsun? Qadın futbolu bu idman növünə marağı olan qızlar üçün idman məşğuliyyətidi. Azərbaycan yığmaları isə azərbaycanlı qızların çıxış etməli olduğu komandalardı. O komandalarda ispan, gürcü və türkiyəli qızlar nə üçün oynayır? Öz qızlarımız oynasın. Nəticə pis olsa, nə olacaq? Xaricilərlə də biyabırçı hesablar qeydə alınmırmı?
Xaricilərin oynamasa, nə olacağınız deyim. AFFA-nın büdcəsində bu sahəyə ayrılan pulları yazıb-silə bilməyəcəklər. Bunun üçün hansısa Natalya Rodelqo, Kristina Bakarandze lazımdı ki, bir daş üstdə, bir daş altda, adlarına maaşlar yazılsın, mükafatlar, reablitasiya xərcləri yazılsın, arxa tərəfdən o pullar çevrilsin ciblərə.
Buyurun, xanımlardan ibarət yığmalarda oynayan xaricilərlə tanış olaq:

Qadınlar ƏSAS YIĞMA

1. NATALYA RODELQO (Atletiko, İspaniya| 26.05.1997)
2. KRİSTİNA BAKARANDZE (OKJETPES FK (QAZAXISTAN)
DOĞUM TARİXİ: 19.05.1998)
3. MERVE ÖZDƏMİR (FC EİNTRACHT (FRANKFURT, ALMANİYA)
DOĞUM TARİXİ: 14.08.1999)
4. PERİTAN BOZDAĞ (KONAK BƏLƏDİYYƏ SPOR (İZMİR)
DOĞUM TARİXİ: 15.06.1999)
5.TAS OZNUR (ANTALYASPOR (TÜRKİYƏ)
DOĞUM TARİXİ: 06.09.2000)

U-19 (Qızlar)

1. ÜLKÜ ÖZDEMİR (MONTABAUR (FRANKFURT, ALMANİYA)
DOĞUM TARİXİ: 15.02.2000)
2. ÖZKUMRU MUAZEZ YAĞMUR (KONAK BƏLƏDİYYƏ SPOR (İZMİR) DOĞUM TARİXİ: 28.01.1999)
3. NİNO QURQENİDZE (KUTAİSİ MARTVE FK, GÜRCÜSTAN
DOĞUM TARİXİ: 15.10.2000)
4. HATİCE ÖZDƏMİR ( FFC MONTABAUR
DOĞUM TARİXİ: 05.01.1999)

U-17 (Qızlar)

1. GİZEM ARİK (KANALBOYU NİLUFƏRSPOR FK (TÜRKİYƏ))
2. ASLAN BEYZANUR (ANTALYASPOR (TÜRKİYƏ)
DOĞUM TARİXİ: 28.09.2001)
3. MELİS ERSOY ( KARABUK GENCLİKSPOR (TÜRKİYƏ)
DOĞUM TARİXİ: 14.03.2002)

***
Futzal üzrə əsas yığmada 6 braziliyalı oynayır.

1. GABRİEL BASTOS NASCİMENTO
2. OLİVEİRA VİLLİAMS DE NASKİMENTO
3.TELES MARTİNS TYAQO
4. KARDOSO EVERTON
5.CARVALHO VİLELA DOS SANTOS RAFAEL
6.EDUARDO MELLO BORGES

Futzal oyun qaydalarına görə, meydana start heyətində bir komandada 5 futbolçu çıxa bilər. Bizim 6 braziliyalımız var, a kişi!
Səbəb? Bu komanda 10 qat dünya çempionu olsa nə olacaq? Kimə lazımdı?
Təbii ki, AFFA-da oturan bəylərə. Nə qədər çox xarici, o qədər “yaz-sil” əməliyyatı.
Qısası, oxucu bilsin ki, dərdimiz bu idman növlərinin inkişafı və ya geriliyi ilə bağlı deyil. Dediyimiz odu ki, ikinci dərəcəli sahələrdə idmanla məşğul olunursa, elə öz oğlanlarımız, qızlarımıza sərf edilsin o vəsaitlər. Yəni Azərbaycanda futzalçı, futbol oynamaq istəyən qız tapmaq belə çətindi? Rəsul ŞÜKÜRSOY

Fikirlərini bizimlə bölüş!