Üstü bəzək, ALTI təzək – bu, futbol üzrə Azərbaycan yığma komandasıdı. Səfərdə Xorvatiyadan ALTI cavabsız top buraxan, adamın “milli” belə deməyə dili gəlməyən yığma komanda.
Qardaş, futbol oynaya bilmirsən, get suALTI şahmatla məşğul ol. Get pilot ol, Mİ ALTI qırıcısını idarə et. Nə bilim, get müğənnilik et, mahnı oxu “Bu yaşıl ağacın ALTI bizimdi”…
Artıq başa düşmək lazımdı ki, futbolda nəticəni qoltuqALTı yox, alın təri ilə qazanırlar. Bilirəm, xəcalətdən yerin ALTIna girmisiniz. Sonra da çıxıb, ALTIağaca istirahətə gedəcəksiniz. Sonra gəlib Maltanı udub, saqqalımızın ALTIndan keçəcəksiniz. Amma biz sizi gözəl tanıyırıq, ay bir-birinin ayağının ALTInı qazanlar, futbolun ALTInı üstünə çevirənlər, bunlara baxmayaraq yaxşı pul, ALTIn qazananlar…
Dövlət pul ayırır, baş katib Elxan Məmmədov yeyir, milli isə öz növbəsində həm adımızı, həm də hər oyunda ALTInı batırır. Cənablar, bəlkə hər kəs əlini daşın ALTIna uzadsın? Berti Foqtsu ALTI ildi yığmanın “sükanı arxasında” saxlayan rəhbərlik də, hər çirkli işin ALTIndan adı çıxan Məmmədov da, yaşı ALTImışı keçmiş qoca kaftar da. O cümlədən qapazALTI olan yığmamızın üzvləri də… Üçrəngli möhtəşəm, əzəmətli, qanlar hesabına başa gələn, ucaldılan bayrağımızın ALTInda çıxış edən hər bir şəxs həm məsuliyyətli olmalıdı, həm də məsuliyyətə cəlb olunmalıdı.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, maddə on ALTI: Cinayətin təkrar törədilməsi. ALTI il ərzində yığmaya, futbolumuza heç bir xeyir verməyən, aylıq maaşı 100 minlərlə ölçülən Berti Foqtsun yığma komandada ardıcıl uğursuzluğu, buna görə Azərbaycan xalqını üzmək cinayət deyilmi? Bu, ALTI il ərzində yaşı ALTImışı keçmiş qoca tərəfindən cinayətin təkrar törədilməsi deyilmi?
Maddə yüz iyirmi ALTI: Qəsdən sağlamlığa ağır zərər vurma: Bəlkə də, dünən gecəki biabırçı məğlubiyyətdən sonra Azərbaycan seçmə komandasının xorvatlar tərəfindən ayaqALTI edilməsi, yığmadan nəticə gözləyən azarkeşlərdən biri və ya bir neçəsinin infarkt keçirməsinə səbəb olub. Bu, qəsdən sağlamlığa ağır zərər vurma deyilmi?
Cinayət seriyası Melis SarıALTIn kimilərini yığma komandalara cəlb etməklə davam edir. Bunlara Çinin ALTInabad kəndindən “həmyerlimizi” tapmamış, seçmə komandaya cəlb etməmiş, dur demək lazımdı. Axşam saat ALTIya kimi işdə yayda sərin, qışda isti kabinetdə vaxt keçirməklə bu işlər düzəlməyək. Əlinizi çirkli işlərin ALTIndan çıxarıb, vicdanınızın üzərinə qoyun. O da varsa…




Fikirlərini bizimlə bölüş!