“Xəzər Lənkəran”, “İnter”dən nümunə götür!
Bu mövzuya müraciət etməyimiz səbəbsiz deyil. Özünəməxsus siyasəti və oyun üslubu ilə başqa klublardan fərqlənən “İnter” bu gün futbol ictimaiyyətini başına yığacaq. “Hilton” oteli-nin “Sevda” zalında baş tutacaq tədbirdə məqsəd klubun 10 yaşını qeyd etməkdi. Bəli, bir çox keyfiyyətlərinə görə bəyənmədiyimiz, soyuq münasibətinə görə ağız büzdüyümüz “bankirlər” yubiley mənasında “Xəzər Lənkəran” kimi “mənəm-mənəm” deyən əsas rəqibini qabaqladı. Bu mə-qamda yubilyar haqda fikirlərimi sizinlə bölüşməyi özümə borc bildim.
Kubokun uğursuzu…
Bir komandanın yüksəklərdə durması, azarkeşlərin könlünə yol tapması üçün qazandığı nəti-cələr önəmlidi. Düzdü, azarkeş sevigisi baxımından “İnter”i doğma saymaq olmaz. Bu haqda bir qədər sonra bəhs edəcəm. Yox, söhbət nəticələrdən gedirsə, bax, bu yerdə “bankirlər”ə tə-rif yağdarmağın vaxtıdı. Cahangir Hacıyev “Xəzər Universitet”ini İsaxanlılardan satın al-dıqdan sonra bu klubda, demək olar, hər şey dəyişdi: adı, stadionu, rəhbərliyi və s. Ancaq ye-nidən qurulan komanda debüt mövsümünü çıxsaq (çempionatı 7-ci pillədə başa vurmuşdu), daim iddialılar və mükafatçılar sırasında olub. Rəqiblər üçün “qorxulu yuxu”ya çevrilən “ağ-göy-lər”in 10 il ərzində 2 dəfə qızıl, 2 dəfə gümüş, eyni sayda da bürünc medallara sahib olduğunu xatırlatmaq kifayətdi. Daha iki dəfə 4-cü, 2010/11 mövsümündə isə 5-ci olub. 4 dəfə ölkə kubo-kunun finalına vəsiqə qazanmaq da pis nəticə deyil. 2011-ci ildə Sankt-Peterburqda keçirilən “Birlik kuboku”nu qalib kimi başa vurmağın isə ləzzəti başqadı. “İnter”in 1/4 finalda Ermə-nistan “Mika”sını darmadağın etməsi finalda Soliqorsk “Şaxtyor”unu udub kuboku başı üzə-rində qaldırmasından da yaddaqalan oldu. Buna baxmayaraq, “bankirlər”in ölkə kubokunda bəxti heç cür gətirmir. 4 dəfə finala qədər irəliləyən komandanın qarşısını iki dəfə “Xəzər Lən-kəran”, digər hallarda isə “Bakı” ilə “Qarabağ” kəsib. Konkretləşdirsək, 10 yaşlı klub uğur qa-zanmaq baxımından boyundan yuxarı tullana bilib.
…avrokubokda da bacarmır
Söhbət avrokubok oyunlarından gedirsə, bu yerdə “İnter”i ancaq və ancaq “qamçılaya” bilərik. Razıyam, bu komanda rəqibləri üçün “qapazaltı” olmayıb. Açığı, hansısa Avropa klubunun “ban-kirlər”i mübarizədən tək ayaqla kənarlaşdırması da yadıma gəlmir. Çünki Kaxaber Tsxadadze-nin komandası beynəlxalq arenada qəribə çıxışı ilə fərqlənir. Məsələn, hətta İtaliya “İn-ter”ini səfərdə məğlub edib, Bakıda “Honka”ya asanlıqla boyun əyə bilər. Başqa cür desək, bu komandanın oyununa öncədən proqnoz vermək olduqca çətindi. 2004-cü ilin yayında “Xəzər Uni-versiteti”nin texniki məğlubiyyət alan “Kazino”nu keçib, növbəti mərhələdə “Tampere Yunay-ted” səddinə “ilişməsini” “İnter”in statistik göstəricilərinə əlavə etməsək, komanda meydana çıxdığı 20 oyunun cəmi 6-da məğlub olub ki, bu da ümumilikdə pis nəticə deyil. Bunun yanına debütdəcə “Rabotniçki”ni mübarizədən kənarlaşdırmağı, “Lex” və “Elfsborq” kimi komandala-rı səfərdə məğlub etməyi, “Narva Trans”ın qapısında 5 cavabsız top keçirməklə avrokubok təm-silçilərimizin səfər rekorduna imza atmaq kimi statistik göstəriciləri gələndə xoş mənzərə yaranır. Buna baxmayaraq, ciddi uğurdan söhbət gedə bilməz. Yəni bu komanda indiyə kimi bir dəfə də pley-offa yüksəlməyibsə, avrokubok adı gələndə “bankirlər” susmağa məcburdu. Halbu-ki “İnter”in əlində irəliləmək, hətta qrupa düşməyə qədər 3 real imkan olub. Və hər 3 cəhddə “ağ-göylər” penalti vuruşlarında rəqiblərinə boyun əyib. Xüsusən bu yay “Elfsborq”un keçil-məməsi adama pis təsir edir. İsveçlilər Bakıdan başıaşağı yola salınsaydı, növbəti rəqib-lər “Hafnarfyordur”, ardınca “Riu Ave” olacaqdı ki, indi tək “Qarabağ”a yox, həm də “İnter”ə azarkeşlik edəcəkdik.
Çempionatın “ögey”i
Bu camiəni azarkeşlər, jurnalistlər, belə deyək, futbol ictimaiyyətinin sevməməsi acı ger-çəklikdi. Problemin kökü klubun sponsorundan – Beynəlxalq Bankın rəhbəri Cahangir Hacı-yevdən qaynaqlanır. Məhz onun yürütdüyü siyasətə görə “İnter” daim əcnəbilərəmeyilli ko-manda kimi tanınıb. Təsəvvür edin, klubun kənar idarəçisi (əslində prezident səlahiyyətini daşıyır. Sadəcə, Azərbaycan vətəndaşlığı yoxdu deyə, ştat cədvəlində vəzifəsi kənar idarəçi kimi göstərilir – H.) bolqar, baş məşqçisi gürcü, futbolçuların əksəri gəlmələr, müxtəlif və-zifələrdə çalışanların, demək olar, 90 faizi rusdilli… Sizcə, bu görkəmdə olan Azərbaycan klubu xalq tərəfindən necə sevilə bilər? Çatışmazlıq tək bu deyil. Klubun 10 illik tarixində 3 baş məşqçi olub ki, aralarında azərbaycanlı yoxdu. Bunun yanına jurnalistlərlə soyuq müna-sibəti də əlavə etsək, şübhə yeri qalmaz. Avrokubok oyunlarında səfərə çıxan klub rəhbərliyi qələm əhlinə “istəyən, bizimlə gedə bilər” kimi təklifdə bulunmadan, əsasən özlərinə yaxın olan bir-iki nəfərin səfərini təmin edirsə, mətbuat nümayəndələri ilə ildə heç olmasa, bir dəfə düz-əməlli görüş təşkil edə bilmirsə, aparıcı idman saytlarına reklam vermirsə, so-yuqluğun nədən və hardan qaynaqlandığını izah etməyə gərək qalmır. Razıyam, klub jurnalisti səfərə aparmağa, yaxud reklam verməyə borclu deyil. Ancaq tələbat və reallıq varsa, bəzi hal-larda demokratiyaya göz yummaq olar.
Tsxadadze amili
“İnter”dən bəhs ediriksə, Kaxaber Tsxadadze amilini qabartmamaq insafsızlıq olar. Artıq 6-cı mövsümdü “sükan arxasında” olan gürcü “bankirlər”in bu səviyyəyə çatmasının əsas səbəbkarla-rından biri, bəlkə də birincisidi. Vaxtilə jurnalistlərlə “atışması” (bəndənizlə də bir neçə dəfə baş-başa gəlib), hakimlərin və ən əsası, komitəyə sədrlik edən Xaqani Məmmədovun ünva-nına gəlişigözəl sözlər işlətməsi, mətbuat konfranslarını boykot etməsi, həmkarları ilə az qala əlbəyaxa olması ilə diqqətləri üzərinə çəkən Tsxadadze vaxt ötdükcə reallıqla ayaqlaş-malı oldu. Cahangir Hacıyev öz qohumlarının belə zənglərinə cavab verməyəndə Kaxa sərbəst şəkildə onunla əlaqə qurur, lazım gələndə görüşməyə də imkan tapır. Halbuki “Xəzər Lənkə-ran”, “Qəbələ”, “Bakı” kimi klubların baş məşqçiləri fəxri prezidentin üzünü görmək üçün ay-lar öncə növbəyə yazılır, bəzi hallarda heç buna nail ola bilmir. Deməli, Tsxadadze həm də Hacıyevin sevimlisidi. Bunlar futbolətrafı məqamlardı. Meydanda yaşananlardan danışı-rıqsa, gürcü mütəxəssis ölkəmizə gəlib-getmiş məşqçilər arasında ən savadlısı, bacarıqlısı-dı. Rəqibi təhlil etməyi bacaran çalışdırıcı məhz qurduğu taktika sayəsində uğurlu nəticə qazanmağı bacarır. Çoxları onu cansıxıcı futbol oynatdığına görə qınasa da, rəhbərliyin tələb etdiyi nəticədi ki, o da tapşırığın öhdəsində layiqincə gəlir. Qurban Qurbanov və Bö-yükağa Hacıyev kimi yerli mütəxəsslislər hər addımda əcnəbi həmkarının ünvanına tərif yağdırırsa, əlahə şərhə ehtiyac qalmır. Yəni “İnter”i Tsxadadzesiz təsəvvür etmək çətindi.
Təəssüf…
Klub prezidenti Georgi Nikolovla hazırda Ukrayna Futbol Federasiyasına rəhbərlik edən Anatoli Konkovun yubileylə bağlı fikirlərini dinləmək maraqlı olardı. Təəssüf ki, onlarla danışmaq cəhdimiz boşa çıxdı. Nikolov ölkə xaricində olduğundan, Konkov isə hansısa təd-birlə bağlı Sürixə yollandığından zənglərimiz cavabsız qaldı.
“İnter” milli çempionatlarda
2004/05 34 19 9 6 44-24 66 7-ci yer
2005/06 26 14 8 4 35-14 50 4-cü yer
2006/07 24 13 6 5 36-12 45 4-cü yer
2007/08 26 18 4 4 55-18 58 1-ci yer
2008/09 26 18 7 1 54-16 61 2-ci yer
2009/10 32 20 6 6 36-18 66 1-ci yer
2010/11 32 13 10 9 29-24 49 5-ci yer
2011/12 32 16 8 8 29-21 56 3-cü yer
2012/13 32 16 9 7 38-22 57 3-cü yer
2013/14 32 20 7 9 60-37 67 2-ci yer
“İnter” avrokuboklarda
15.07.2008. ÇL. İnter – Rabotniçki (Makedoniya) 0:0
22.07.2008. ÇL. Rabotniçki – İnter 1:1 (0:0)
29.07.2008. ÇL. İnter – Partizan (Belqrad, Serbiya) 1:1
06.08.2008. ÇL. Partizan – İnter 2:0
02.07.2009. AL. Spartak (Slovakiya) – İnter 2:1 (2:0)
09.07.2009. AL. İnter – Spartak 1:3 (1:2)
13.07.2010. ÇL. İnter – Lex 0:1 (0:0)
21.07.2010. ÇL. Lex – İnter 0:1 (0:0), p. – 9:8
05.07.2012. AL. Narva Trans (Estoniya) – İnter 0:5 (0:2)
12.07.2012. AL. İnter – Narva Trans 2:0 (1:0)
19.07.2012. AL. İnter – Asteras (Yunanıstan) 1:1 (0:0)
26.07.2012. AL. Asteras – İnter 1:1, p. – 4:2 (0:0)
04.07.2013. AL. İnter – Maryehamn (Finlandiya) 1:1 (1:0)
11.07.2013. AL. Maryehamn – İnter 0:2 (0:1)
18.07.2013. AL. Tromse (Norveç) – İnter 2:0 (1:0)
25.07.2013. AL. İnter – Tromse 1:0 (0:0)
03.07.2014. AL. Tiraspol – İnter 2:3 (0:2)
10.07.2014. AL. İnter – Tiraspol 3:1 (0:1)
17.07.2014. AL. Elfsborq (İsveç) – İnter 0:1 (0:1)
24.07.2014. AL. İnter – Elfsborq 0:1, p. – 3:4
cəmi – 20 oyun: +8=6-6, 25-19
“İnter”in tarixindəki baş məşqçilər
Anatoli Konkov 2004 avqust – 2006 mart
Valentin Xodukin 2006 may – 2009 may
Kaxaber Tsxadadze 2009 iyun –




Fikirlərini bizimlə bölüş!