AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992-2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında çıxış etmiş legionerlərlə bağlı statistik məqamların üzə çıxarılması” layihəsində silsilə yazıları davam etdiririk. Bu yazı dünyaya ən çox futbolçu ixrac edən Braziliyanın Azərbaycan Premyer Liqasındakı çəkisinin müəyyənləşdirilməsi ilə bağlıdır.
2004-cü ildən başlayan axın və rekordçular
Milli çempionatımızda 90-cı illərdə braziliyalı futbolçu oynamayıb. Bu, ilk dəfə 2004/05 mövsümündə olub. AFFA rəhbərliyində uzun müddət gözlənilən dəyişikliyindən, Fuad Musayevin prezident postundan gedişindən sonra futbolumuzda yaxşı mənada partlayış oldu və bir sıra yeni əyalət klubları yarandı. Bunlar "Xəzər Lənkəran”, Yevlaxın "Karvan" və İmişlinin "MKT-Araz” klubları oldu. "Dinamo” isə yeni sponsor taparaq "Bakı”ya çevrildi. Məbz bu və digər klublar braziliyalıları ölkəmizə gətirərək legioner həyatı yaşamalarına səbəbkar oldular. İlk "sambaçı" futbolçular həmin mövsümdə 10 nəfər – Andre Luis Ladaqa, Leoandro Melino Qomeş, Flatimir Freytas da Kruz, Kilmar Da Silva, Karlos Ribeyro, Kristiano dos Santos, Reano Moura Bastos, Roberto Andreo Serjio, Fabio Luis Ramim və Tomaş Mavrlyodur.
Premyer Liqamızın braziliyalı legionerlərindən 9-u 100 və daha çox oyun keçirib. Bunlar arasında rekordu hazırda da ölkəmizdə çıxış edən Denis Silva Kruzdur. 29 yaşlı müdafiəçi 2008-ci ilin əvvəlindən milli çempionatımızın ioştirakçısıdır. Denis "Xəzər Lənkəran” və "Neftçi”dən sonra 3-cü klubumuzda – ötən mövsümdən "İnter”də oynayır. Ən azı 100 keçirlən həmin 9 braziliyalıdan Kruzla yanaşı, "Qarabağ”lı Riçard Almeyda hazırda milli çempionatımızda top qovur. Ancaq 2 həmyerli arasındakı oyun sayında fərq çox olduğundan, Denisin rekordu hələ uzun müddət əlçatmaz qalacaq. Digər rekordçu braziliyalı Ernani Pereyradır. Məsələ ondadır ki, millimizin də şərəfini qorumuş bu müdafiəçi 1 klubda 100-dən çox oyun keçirən yeganə braziliyadıır. Bu, Yevlaxın "Karvan” klubunda meydana çıxdığı 101 matçla olub.
Premyer Liqamızda ən çox oyun keçirən braziliyalı futbolçular:
1. Denis Silva
193
2. Fabio Luis Ramim
149
3. Junivan Suares
139
4. Flavio Aleks Valensio (Flavinyo)
133
5. Luiz Paulo Hilario (Dodo)
131
6. Leandro Qomeş
119
7. Riçard Almeyda
119
8. Ernani Pereyra
101
9. Junior Martins Osvaldo
100
Braziyalı futbolçuların bombardirlər siyahısına baçşılıq edən də millimizin sabiq üzvüdür. Bu, daha çox "Bakı”da, sonradan "Olimpik" və "Karvan”da çıxış edən, Pereyra ilə komanda yoldaşı olmuş Leandro Qomeşdir. Ancaq bu hücumçu, həm ən yaxın izləyicisi olan həmkarı Junivan Suares artıq xeyli müddətdir ölkəmizdə deyillər. "Qarabağ”ın hücumçusu Reynaldo Siılva isə onlara çatmaq üzrə olduğundan, potensial lider sayılır.
Premyer Liqamızda ən çox qol vuran braziliyalı futbolçular:
1. Leandro Qomeş
41
2. Junivan Suares
40
3. Reynaldo Silva
39
4. Franko Nildo (Junior Nildo)
37
5. Flavio Aleks Valensio
31
6. Riçard Almeyda
31
7. Fabio Luis Ramim
27
8. Luiz Paulo Hilario (Dodo)
23
9. Mario Santana Serjio Souza
22
Denis Silva Kruz eyni zamanda ən çox mövsüm keçirən braziliyalıdır. Bu, 2007/08-dən başlayaraq ardıcıl 9 mövsümdür. Kruzun ən yaxın izləyiciləri artıq xeyli vaxtdır milli çempionagtımızdan kənarda qalıblar. Riçard Almeyda ilə Reynaldo Silva bu çempionatadək hərəyə 4 mövsüm Azərbaycan Premyer Liqasının iştirakçısı olublar.
Premyer Liqamızda ən çox mövsüm keçirən braziliyalı futbolçular:
1. Denis Silva
9
2. Fabio Luis Ramim
8
3. Leandro Qomeş
6
4. Junivan Suares
6
Ən çox klub dəyişən braziliyalı futbolçu Leonardo Roşa Da Silvadır. Yarımmüdafiəçi ölkəmizdə "Standard”, "İnter”, "Bakı” və "Qarabağ”da oynayıb.
Premyer Liqamızda ən çox klub dəyişən braziliyalı futbolçular:
1. Leonardo Roşa Da Silva
4
2. Denis Silva
3
3. Fabio Luis Ramim
3
4. Leandro Qomeş
3
5. Junivan Suares
3
6. Junior Martins Osvaldo
3
7. Mario Santana Serjio Souza
3
8. Franko Nildo (Junior Nildo)
3
Milli çempionatımızın iştirakçısı olan 10 braziliyalı arasında yalnız 3-cü ampluaca qapıçı olub. Onlardan ən çox oyun keçirən "İnter”in "çərçivə”sini qorumuş Raymundo Vilsondur. Ən çox qol buraxan "Qəbələ”də oynamış Dieqo Silva Kostadır. Cəmi 5 oyun keçirən isə "Xəzər Lənkəran”ın şərəfini qorumuş Duqlas Leytedir.
Premyer Liqamızın iştirakçıları olan braziliyalı qapıçılar:
1. Leyte Duqlas 5 / -8
2. Raymundo Vilson 34 / -24
3. Dieqo Sila Kosta 25 /-27
Avtoqol edən braziliyalılar 7 nəfərdir. Onlar hərəyə 1 dəfə qapıları səhv salıblar. Oyun sayında rekordçu Denis Silva Kruzun da öz qapısına qol vurması diqqət çəkir.
Premyer Liqamızda avtoqol edən braziliyalı futbolçular:
Denis Silva
1
Karlos Kardoso
1
Klaudiano Alveş dos Santos
1
Tieqo de Xesus
1
Vanderson Skarduelli
1
Ailton Jose Junior
1
Araujo Santos
1
Çempon beşlik
Ən çox Azərbaycan çempionu olan braziliyalılar 5 nəfərdir. Bunlar hərəyə 3 dəfə qızıl medal qazanan Denis Silva, Flavio Aleks Valensio (Flavinyo), Reynaldo Silva, Riçard Almeyda və Marinaldo da Silvadır (Çumbinyo). Son 3 futbolçu "Qarabağ”la buna nail olublar. Kruzla Flavinyo isə "Neftçi"də Azərbaycan çempionu adına yiyələniblər.
Almeyda ilə Silva medal sayına görə liderdirlər. Belə ki, onların hesabında 2012/13 mövsümündə "Qarabağ”la qazandıqları gümüş medal da var. Bununla da onların hesabında ümumilikdə 4 mükafat olduğundan, həmyerlilərindən öndədirlər.
Milli çempioinatımızda "İnter”in heyətində çıxış etmiş müdafiəçi Danildo Assoli də rekordçudur. Çünki onda qızıl, gümüş və bürünc mükafat olduğundan Azərbaycan Premyer Liqasının tam medal kolleksiyasına malikdir. Assoli bu cəhətdən ölkəmizdə fərlqənən yeganə braziliyalı futbolçudur.
"Qəbələ”də birgə oynamış müdafiəçi Rafael Santosla yarımmüdafiəçi Luis Paulo Hilarionun (Dodo) hesabında eyni əyarlı 3 medal var. Bu, son 3 mövsümdə bürünc medaldır.
Fərqli Denis
Denis Silva Azərbaycan kubokunun finalının ən çox iştirakçısı olan braziliyalıdır. Bu, 5 finaldır və müdafiəçi onun 3-də qələbə sevinci, 2-də məğlibiyyət acısı yaşayıb. Denis 2008-ci ildə "Xəzər Lənkəran"la, 2013-cü və 2014-cü illərdə "Neftçi” ilə ölkə kubokunun qalibi olub. Kruz 2010-cu ildə "Xəzər Lənkəran", bubdan 2 il sonra kubokda məğlub olub ki, hər ikisində rəqibi "Bakı” olub. Denis indiyədək klublarımızda 14 qola imza atıb ki, bunun 10-u çempionatda, 2-si kubokda, 2-si avrokuboklda olub. O, "Neftçi"nin heyətində 2014-ci ildə Avropa Liqasının pley-off mərhələsində "Partian"a Belqradda 2:3 hesabı ilə məğlub olduqları ilk oyunda dubl edib.
Onu da bildirək ki, yığmamızda oynayan milliləşən legionerlər arasında braziliyalılar da az olmayıb. Bunlar Andre Luis Ladaqa, Leandro Qomeş, Ernani Pereyra, Fabio Luis Ramim, Markus Fereyradır. Ladaqa rəsmi, Ramim yoldaşlıq görüşündə qol müəllifi olub.




Fikirlərini bizimlə bölüş!