Azərbaycan futbolu

Xəbərlər və təhlillər

9 kluba bərabər “Kəpəz”

Azərbaycan Premyer Liqasında 32-ci tur geridə qalıb. Sona yaxınlaşdıqca klubları həyəcan bürüyür. "Qarabağ" zirvədəki yerini oyunbaoyun möhkəmləndirməkdə dursun, orta sıralarda Avroliqa "savaş"ı daha gərgin keçir, amma…

…Amma çempionatımızın matçları yenə boş tribunalar qarşısında oynanılır. Hətta "Rəvan"ın ev oyununa, yaxud da "AZAL Arena"ya baş çəkdikdə istənilən futbolsevərin ürəyi sızıldayar. Yalnız rəqib komandaların azarkeşləri hesabına cüzi də olsa, "şənlənən" bu arenalar oyun vaxtı çox darıxdırıcı olur.

Regionlarda vəziyyət bir qədər ürəkaçandı. Hər halda, bunu aşağıdakı rəqəmlər də təsdiqləyir. Faktlara göz gəzdirdikdə bəlli olur ki, bu sarıdan 6 paytaxt təmsilçisi sayca az olan (4) region klublarından çox-çox geri qalır.

Kəpəz
12500, 13200, 20000, 4000, 2200, 18000, 12300, 11000, 15000, 9000, 12000, 20400, 13500, 12750, 12000, 11300, 8100 = 207.250

Xəzər Lənkəran
7000, 9500, 9700, 5000, 1200, 4700, 9000, 1500, 600, 800, 2500, 3900, 2700, 2000, 3500, 2000 = 65.600

Neftçi
1500, 1500, 1500, 600, 500, 500, 6500, 900, 1000, 1000, 200, 2500, 1000, 1700, 6500, 1000 = 28.400

Qarabağ
1200, 4000, 2200, 350, 830, 850, 1000, 500, 2100, 800, 3000, 2200, 1800, 3153, 1500 = 25.983

Sumqayıt
1580, 1500, 1000, 1000, 1380, 2000, 1150, 1500, 500, 2000, 1500, 1400, 1300, 1200, 1300, 1400 = 21.710

Qəbələ
3200, 900, 2000, 1500, 1100, 1050, 300, 1500, 1100, 1000, 850, 1100, 2200, 400, 450, 600, 1500 = 20.750

Zirə
1300, 1000, 1000, 1300, 2000, 1000, 350, 1150, 700, 1300, 600, 900, 700, 1300, 1300, 2000 = 17.900

İnter
1000, 1000, 500, 1800, 500, 450, 800, 500, 500, 500, 300, 2000, 300, 350, 300, 400 = 11.200

Rəvan
1000, 1000, 500, 430, 200, 600, 600, 1000, 200, 300, 80, 150, 200, 400, 300 = 6.960

AZAL
250, 450, 100, 300, 500, 400, 150, 600, 356, 1000, 300, 300, 400, 600, 250, 350 = 6.306

Cədvəldə komandaların ev oyunlarına turlar üzrə gələn azarkeş sayı göstərilib. Maraqlıdı ki, “Kəpəz”in Gəncədəki bir matçına gələn azarkeşlərin sayı “İnter”, “Rəvan” və AZAL kimi paytaxt klublarının mövsüm ərzində evdə gördüyü fanatlardan çoxdu. Ümumiyyətlə, gəncəlilər ümumi tamaşaçı sayının tən yarısını təşkil edir. “Qarabağ”ın paytaxt təmsilçisi olmadığını nəzərə alsaq, ilk 6 yerdə Bakıdan yalnız “Neftçi”ni görmək olar.

İndiyə kimi ümumilikdə matçları 412.059 tamaşaçı izləyib, onun da 315.310-u paytaxtdan kənarda yerləşən klubların hesabındadı. Bakıda keçirilən qarşılaşmalarda isə 96 min 749 seyrçi qeydə alınıb.

Bununla da, regionlarda futbolun inkişafının nə dərəcədə vacib olması bir daha özünü göstərir. Hər hada, tribunalarında "bayquş ulayan" AZAL, "Rəvan" kimi klublardansa, Tovuz, Zaqatala kimi şəhərlərin komandalarının elitada çıxış edib, çempionatımıza rəng qatması daha maraqlı və faydalı olar.

Bu, hələ Gəncənin ən yaxşı vaxtları deyil. Komanda bir qədər də güclənsə, 1967-ci ildən bəri təmir görməyən şəhər stadionuna əl gəzdirilsə, vəziyyət daha da yaxşı olar.

Fikirlərini bizimlə bölüş!