“Kəpəz”in iş başında bir gün belə olmayan rəhbəri, İdarə Heyətinin sədri Adil Vəliyev unikal addımı ilə diqqət çəkib. Vəliyev ötən ilin yayında kluba sədr təyin olunandan sonra yaxın qohumu, qayınatası Afiq Süleymanovu İdarə Heyətinə üzv qəbul etdirib.
Təyinatından bu vaxta kimi Süleymanovu klubun bazasında, oyununda görən olmayıb. Onun “Kəpəz”dəki fəaliyyəti ilə bağlı müfəssəl məlumat, hətta rəsmi saytda rəhbərlik bölümündə fotosu da yoxdu.
“Kəpəz”in əvvəlki rəhbərliklərinin dövründə mövcud olmuş Müşahidə Şurasında bir qayda olaraq veteran futbolçular və şəhərin sosial, ictimai həyatında rol oynayan fəal simalar yer alıb.
Xatırladaq ki, bir müddət öncə Adil Vəliyev AFFA rəhbərliyinə klubla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyini deyərək vəzifəsindən imtina edib. Vəliyev biznes ortağı olan Adnan Əhmədzadənin ölkəmizə qarşı iqtisadi cinayətlərinə görə DTX tərəfindən həbs olunmasından sonra kölgəyə çəkilib.


Fikirlərini bizimlə bölüş!