Adil Vəliyevin saymamazlığı

Adil Vəliyevin saymamazlığı — illüstrasiya

Adnan Əhmədzadənin dostu kimə arxayındı?

Ötən mövsüm başa çatan kimi Namiq Qədirovu “Kəpəz”in İdarə Heyətindən getməyə məcbur edən Fərman Əlizadə – Erkin İbrahimov cütlüyü özlərinə sərf edən adamı kluba rəhbər gətirdilər. Bu, İbrahimovun ən yaxın qohumu, hər yerdə xala oğlu kimi təqdim etdiyi Adil Vəliyev oldu. Adil bəy şefi Adnan Əhmədzadə ölkəmizə qarşı iqtisadi cinayətlərə görə DTX tərəfindən həbs olunana qədər yaman “bərk” gedirdi. Biznes şərikinin tutulması ilə Vəliyevin də çöküntüsü başladı. Düzdü, hələ ona qədər belə o, “Kəpəz”in başında, bazasında, məşqində, oyununda, heç sədr seçildiyi zaman formal iclasda da görünməmişdi. Klubda onun sədrliyi sanki bir maketdir. Əvvəldən qərarları İbrahimovla Əlizadə verib.

“Kəpəz”in yolunu tanımayan, ruhunu hiss etməyən, ənənəsindən xəbərsiz birinin klubun başında olması nə dərəcədə uyğun haldı? Adil Vəliyev bugünə qədər komanda üçün qara qəpik belə xərcləməyib, ona görə sual olunur, belə sədr kimə və nəyə lazımdı? Dövlətin dotasiyası və UEFA-dan gələn pulların sayəsində fəaliyyət göstərən Gəncə təmsilçisinə Vəliyevin xeyri nədir? Görünsəydi, azarkeşləri də maraqlandıran bu suallara cavab istəyərdik.

Dar çərçivədə belə “Kəpəz” azarkeşləri ilə görüşməyən, ölkənin futbol elitasında görünməyən Adil Vəliyev hər dəfəsində yanlış addımları ilə futbol ictimaiyyətinə hörmətsizlik edir. Belə ki, gözümüz bu günlərdə keçirilən AFFA-nın Hesabat Konfransında sədri axtardı. Dedik ki, bəlkə Vəliyev cənabları Azərbaycan futbolunun ən yuxarı rəhbərliyinin yığışdığı tədbirdə iştirak edər, gəncəlilərin qürur yeri olan “Kəpəz”i təmsil etməkdən öyünər. Gəl ki, orada da görünmədi. Hansı ki, konfransda şəxsən AFFA prezidenti Rövşən Nəcəf, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüzeynzadə, baş katib Azər Əliyev kimi rəhbər şəxslər iştirak edirdi. Görəsən, Adil bəy niyə ora gəlmədi? Onun AFFA-ya və cənab Prezident İlham Əliyevin rəhbəri olduğu MOK-a hörmətsizliyi, saymamazlığı nədən irəli gəlir? Vəliyevin hansı toxunulmazlığı var?!

Görünən odur ki, Adil Vəliyev bu tədbirdə görünməyi ya özünə yarışdırmadı, ya da ki, başı DTX-dakı şefinə “peredaça” aparmağa bərk qarışıb.


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!