Azərbaycan futbolu

Xəbərlər və təhlillər

AFFA-nın menyusuna: Ən qısa vaxtda millini necə dirçətməli ?!

Azarkeşlərimiz arasında “bizdə futbolçu yoxdu, Van Qal da gəlsə, milli düzələn deyil” deyənlər, bədbinlər çoxdu. Halbuki, günü bu gün də Azərbaycan millisinin səviyyəsini xeyli yüksəltmək mümkündü. Uğurlu baş məşqçi seçimiylə yanaşı, effektli seleksiyayla buna çox qısa zaman kəsiyində nail olmaq mümkündü. Necə?

Aşağıdakı siyahıda göstərilən futbolçular AFFA-nın saxta yolla milliləşdirdiyi çoxsaylı yararsız legionerlərdən fəqrli olaraq, doğrudan da Azərbaycan mənşəli və səviyyəlidilər:

Emin Mahmudov (“Krılya Sovetov”)
Pavel Paşayev (“Metallurq” Zaporojye)
Eddi İsrafilov (“Qranada”)
Ramil Şeydayev (“Zenit”)
Ayaz Quliyev (“Spartak” Moskva-2)
+ Reynaldo

Bu artıq tam yeni, yarıkomandadı! Milliyə futbolçu seçimini xeyli zənginləşdirir və cəlbedici edir.

Bilirəm, deyəcəksiz onların çoxu millimizə gəlmək istəmir. Bunun da çıxış yolu var. Biz milyonları “Lans” və “Atletiko”ya nə üçün xərcləyirik, niyə də bu klublardan düzgün yararlanmayaq? Məsələn, Rusiyada çıxış edənlər millimizə gələcəkləri təqdirdə yerli futbolçu statusunu itirəcəklərindən və klublarına gərəksiz olacaqlarından çəkinir. Belədə Emini, Ramili “Lans”a transfer edib, milliyə gətirmək çıxış yoludu. Eləcə də Ayazı “Atletiko”nun “dubl”una götüzdürmək problem deyil.

Ölümdən başqa hər şeyə çarə var. O cümlədən ümidsiz autsayder taleylə barışmaq üzrə olan Azərbaycan futboluna. Sadəcə, gördüyün işin ustası olmaq, arada bir balaca baş işlətmək gərəkdi…

P.S. İndi təsəvvür edin millinin baş məşqçi postunda Qurban Qurbanovdu və heyət aşağıdakı şəkildə genişdi:

Kamran Ağayev (Səlahət Ağayev) – Pavel Paşayev (Ufuk Budak), Bədəvi Hüseynov (Elvin Yunuszadə), Rəşad Sadıqov (Ruslan Abışov), Mahir Şükürov (Maksim Medvedev) – Emin Mahmudov (Rahid Əmirquliyev), Eddi İsrafilov (Ayaz Quliyev), Dmitriy Nazarov (Qara Qarayev) – Araz Abdullayev (Tugrul Erat), Rauf Əliyev (Ramil Şeydayev), Reynaldo (Vüqar Nadirov).

Bu millinin AÇ-2016-nın final mərhələsinə iddia etməsi artıq fantastik görünmür, elə deyilmi???

Fikirlərini bizimlə bölüş!