Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Allahşükür Paşazadənin cəddinə and olsun ki…

Qəribə, maraqlı, məzəli ölkədə yaşayırıq…

AFFA prezidenti Rövnəq Abdullayevin alternativi yoxdu bu ölkədə!

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin alternativi yoxdu bu ölkədə!

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun alternativi yoxdu bu ölkədə!

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun alternativi yoxdu bu ölkədə!

Azərbaycanın dövlət olaraq başında dayananların alternativi yoxdu bu ölkədə!

Gecikmiş qeyd: Rövnəq Abdullayev AFFA prezidentliyinə alternativ namizəd olmadan “seçildi”. Bu gün Ramin Musayev də PFL-in prezidenti postuna alternativi olmadan “seçildi”. Musayevdən soruşublar ki, özün bir tərəfə, bəs AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun yerinə niyə namizəd yoxdu? Adam belə cavab verib: “Əlbəttə, onu əvəzləmək olar. Ancaq onu əvəzləyəcək biri varmı?”.

Vallah, billah, alternativi olmayan Şeyxulislam Hacı Allahşükür Paşazadənin cəddinə and olsun ki, Azərbaycanın özünün də alternativi yoxdu dünyada!

Fikirlərini bizimlə bölüş!