Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Allahu Əkbər

Yayda Fransada "Lill" ilə Hayfa "Makkabi"si arasında keçirilən yoxlama matçında insident yaşanmışdı. Tribunada Fələstin bayrağı açan azarkeşlər ardından meydana axışaraq yəhudiləri döymüşdü. Ancaq qeyd etdiyimiz kimi, bu bir qeyri-rəsmi oyunda, həm də ifrat radikal tə-rəfdarların iştirakıyla baş verən olay idi.

Ona qalsa, sentyabrın 3-də Mərdəkanda Ağabala Ramazanovun qol vurduqdan sonra etdiyi hərəkət daha qızışdırıcı, təxribatçı davranış idi. İsrailin ehtiyat oyunçular skamyasına tərəf qaça-qaça nümayişkəranə şəkildə üç dəfə "Alla-hu Əkbər" qışqıran futbolçu sevinən birindən çox qisas alana oxşayırdı. Əlbəttə, Ağabalanın qisas hissini büruzə vermək üçün səbəbləri var. İsrailin U-21-i yığmamızı 7:2 udmuşdu. Bundan başqa, onun şərəfini qoruduğu "Xəzər Lənkəran"ı ötən yay Hayfa "Makkabi"si Lənkəranda dar-madağın edərək göydən yerə vurmuşdu.

Ancaq həmin gün Ramazanovun təkbir gətirərək kamikad-zelik edən, belinə qumbara bağlayaraq özünü İsrail tankının altına atan "Hizbullah"çıdan fərqi hiss olunmurdu. Adama deyərlər, sənin nə haqqın var təfriqə yaradırsan? Əvvəla, İsrail bizim düşmənimiz deyil. İkincisi, futbol meydanı milli, dini zəmində münasibətləri ayırd etmək yeri deyil. Bu xəstə təfəkkürlə onlarla idmançımız gedib Suriyada, İraqda vuruşmurmu? Tezliklə onların arasında futbolçularımızı da görəcəyik bu gedişlə.

Ən pisi odu ki, U-21-in üzvləri də komanda yoldaşlarına dəstək nümayiş etdiriblər. Komanda-nın kapitanı Tərlan Quliyev "müsəlman olduğumuza görə İsraili məğlub etmək istəyirdik" de-yib. Deməli, əvvəlcədən komanda daxilində bu mövzuda söhbət olub. Yəni Ramazanovun hərəkəti düşünülmüş aksiya olub (indi gəl şübhələnmə ki, yəhudilərin özünü soyqırıma məruz qoyan alman Bernard Lippertin bundan xəbəri olmayıb).

Əslində gec-tez belə hadisəylə rastlaşacağımız gözlənilən idi. Çünki futbolumuzda mənfi dini meyillər daha qabarıq görünür. Klub idarəçisindən tutmuş sıravi futbolçuya qədər sanki dəb düşübmüş kimi, hamı Hacı olmağa can atır, hərə əlinə bir canamaz alıb stadionun tuale-tinin giriş qapısı, paltardəyişmə otağı, hava limanının vestibülü demir, döşənir yerə. Görünür, Mustafa Dənizlinin "paltardəyişmə otağı məscid deyil, burda namaz qılmayın" tələ-bi Ağabalanı nəinki əhliləşdirib, hətta daha radikal edib.

Ötən yay "Xəzər Lənkəran İsrailə jurnalist aparmaq istəyirdi və bu məqsədlə "Futbol+"ə də tək-lif ünvanlamışdı. Mümkün idi ki, lənkəranlılarla səfərə mən gedim. Ancaq son anda bəlli ol-du ki, xarici pasportumda İrana giriş-çıxış möhürü olduğuna görə İsrailə buraxmayacaqlar. Qınamıram da. Bizə güvənməmələri, rəsmi matçlar zamanı özləriylə silahlı mühafizəçilər gətirmələri üçün əsasları varmış. İranın təbliğatı bizimkilərin beynini o qədər zəhərlə-yib ki, belələrində dini təəssübkeşlik vətən anlayışından da öndədi. Yox, bir insan kimi Qəzzada başverənlərə biganə qala bilmirsən, ürəyin yanırsa, get, Fələstinə para yardımı elə. Bəlkə lap səni dəfələrlə ərəblərə maddi kömək edən Kriştiano Ronaldoyla müqayisə edərlər.

Fikirlərini bizimlə bölüş!