Əsgər Abdullayevin yetirmələri tarix yaza bilər
Məlum olduğu kimi, 2010/11 mövsümü başlayanda ölkə kubokunun formatında dəyişiklik edil-di. Belə ki, 1/8 final mərhələsində qarşılaşacaq komandaların yalnız 1 oyunda cütün taleyi-nə aydınlıq gətirməsinə qərar verildi. Artıq 4-cü mövsümdü ki, “ikinci cəbhə”də mübarizə məhz bu formatda gedir. Əslində bu məqama toxunmağımızın səbəbi “Araz Naxçıvan”ın kubok ya-rışında intriqanı hələ də davam etdirməsiylə bağlıdı.
İlk öncə onu qeyd edək ki, son 4 mövsüm kubok yarışında yalnız iki divizion təmsilçisi 1/4 finala yüksələ bilib. Bunu cari “futbol ili”ndə “Araz Naxçıvan”, yeni formatın ilk dəfə tət-biq edildiyi mövsümdə (2010/11) isə “Abşeron” bacarmışdı. O vaxt Mirbağır İsayevin çalış-dırdığı komanda birinci divizionda rəqib tanımırdı. Maraq üçün komandanın həmin mövsüm çempionatı ilk pillədə başa vurduğunu, 26 oyunluq marafonda uduzmadığını, ən yaxın izləyci-sini 12 xallıq fərqlə qabaqladığını, ancaq sonradan maliyyə problemi üzündən dağıldığını və ölkə futbolunda tarixə çevrildiyini xatırladaq. İsayevin yetirmələri həm də kubokda inamlı təsir bağışlayırdı. Belə ki, “Abşeron” 1/16-də MOİK-i asanlıqla yolundan kənarlaş-dırdı (4:0).
1/8-də isə “Simurq”la oyun yetərincə gərgin alındı. Matçın əsas hissəsi 1:1-lik heç-heçə ilə yekunlaşdığından qalib penaltilər seriyasında müəyyənləşdi. Burda divizion klubu elita təmsilçisindən güclü oldu (4:1). Növbəti mərhələdə isə İsayevin komandasını da-ha çətin sınaq gözləyirdi. Düzdü, 1/4-də “Abşeron” kubokla vidalaşmalı oldu. Ancaq aşağı dəstə təmsilçisi bu mərhələdə də layiqli mübarizə apardı. Öz meydanında “İnter”ə 0:1 hesa-bıyla uduzan “Abşeron” cavab qarşılaşmasında “bankirlər”lə qolsuz “sülh”ə razılaşdı. Hər halda, həm mübarizə əzmi, həm də bir elita təmsilçisini yolundan kənarlaşdırıb, digərinə layiqli müqavimət göstərməsi “Abşeron” adına müsbət hal idi. Ancaq bundan sonrakı iki möv-sümdə divizion klubları 1/8 finalda mübarizəylə vidalaşıb.
Nəhayət, bu mövsüm Əsgər Abdullayevli “Araz Naxçıvan” “Abşeron”un nəticələrini təkrarlama-ğa başlayıb. 1/16-də “Ağsu”nu minimal hesabla üstələyən (1:0) naxçıvanlıların da bəxtinə növ-bəti mərhələdə “Simurq” düşdü. Maraqlıdı ki, “Araz Naxçıvan”la zaqatalalılar arasındakı matçda da əsas hissədə qalib müəyyənləşmədi. Penalitlər seriyasında isə yenə divizion təm-silçisi “Simurq”dan güclü oldu (4:2). 1/4-də “Abşeron” səfər matçında heç-heçəyə razılaş-mışdısa, “Araz Naxçıvan”ın “Xəzər Lənkəran”la sarağagün baş tutan görüşündə “sülh” (1:1) qey-də alındı. Bir sözlə, Abduallayevin komandası kubok yarışında, demək olar, “Abşeron”un nə-ticələrini təkrarlayır.
Belədə qarşıya bir neçə sual çıxır: görəsən, naxçıvanlılar İsayevin komandasından daha uğurlu ola biləcəkmi? Onlar kubokda növbəti mərhələyə adlamaqla tarix yazmağı bacaracaqmı? Onu da nəzərə alaq ki, həmin mövsüm 1/4-də “Abşeron” ilk oyunu evdə ke-çirmiş və məğlub olmuşdu. “Araz Naxçıvan” isə birinci görüşdə yenilgidən son anda qaçmaqla intriqanı “ölməyə” qoymadı. Bir sözlə, Lənkərandakı cavab qarşılaşmasına divizion təmsil-çisi təkcə yarımfinala adlamaq yox, həm də tarix yazmaq üçün çıxacaq.




Fikirlərini bizimlə bölüş!