Açığı Cavid Hüseynovu bu yaxınlaradək heç bir xüsusi istedadı olmayan, yalnız Azərbaycan fubolunda varlıq göstərə biləcək, bəsit bir oyunçu tipi hesab edirdim. Adam son vaxtlar milli və klubdakı performası ilə haqqında fikirlərimi 180 dərəcə dəyişib.
Məncə bu gün Azərbaycanın ən yaxşı futbolçusu məhz Cavid Hüseynovdu. Bilmirəm, Qriqorçukla Prosineçki neynəyibsə, Cavid sanki qol-qanad açıb…
Tiflisdəki ilk qarşılaşmada əla qol imza atan Cavid, dünən də “Dinamo” matçının gizli qəhrəmanı idi. Bitib-tükənməyən enerjisi, özünəinamı, texnikalı və soyuqqanlı oyunuyla gürcülərin başına bəla oldu sanki. Təsadüfi deyl ki, komandamızın hər iki qolunun təşkilatçısı da Cavid idi.
O, artıq millinin vazkeçilməz siması, “Qəbələ”nin isə lideri və kapitanıdı. Qeyd edək ki, Tovuz futbol məktəbinin 27 yaşlı yetirməsi şəhid oğludu. Atasına layiq oğuldu!!!
Hiss edilirdi ki, bayraq söhbətinə görə, Cavidin meydanda ayrı bir əzmi vardı. Özünün də dediyi kimi gürcülər ayağının altında qalmışdı…




Fikirlərini bizimlə bölüş!