AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992-2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında çıxış etmiş legionerlərlə bağlı statistik məqamların üzə çıxarılması” layihəsində silsilə yazılar davam edir. Bu yazı Avropadan Azərbaycana futbolçu axını, "Real Madrid”, "Barselona” kimi nəhəng klubların şərəfini qorumuş sabiq ulduzların Odlar Yurduna səyahəti ilə bağlıdır.
25 ölkədən 271 legioner
UEFA-ya üzv olan 55 ölkədən Azərbaycanı və haqqında yazdığımız 10 postsovet məkanı təmsilçisini çıxsaq, Türkiyəni ayrıca yazacağımızı nəzərə alsaq, digər 33 ölkədən 25-nin ölkəmizdə təmsilçisi olub. Onların ümumilikdə sayı 271 legionerdir. Amma bunlardan bəziləri Afrika-Asiya əsilli olaraq Fransa, Belçika, Almaniya kimi ölkələrin vətəndaşlığını alanlardır.
Avropadan ilk legionerlər 2004/05 mövsümündə olub. Məlum olduğu kimi, futbolumuzun inkişafı ilə bağlı əsas təkan 2004-cü ilin yayında olub və axın da həmin vaxt başlayıb. Bunadək isə milli çempionatımızda yalnız postsovet məkanından və Nigeriyadan legioner iştirak etmişdi. Ümumiyyətlə, 2004-un yayınadək yalnız 7 ölkənin Azərbaycanda təmsilçisi olmuşdu.
Avropalı legionerlərin çoxu sabiq yuqoslaviyalılardır. Belə ki, 128 oyunçu bu ölkənin parcalarındandır. Elə ən çox təmsilçisi olan Avropa ölkəsi də Serbiyanın – 58 futbolçusu ilə olub. Milli çempionatımızda Makedoniya və Xorvatiya hərəyə 21, Bosniya və Herseqovina 19, Sloveniya 7, Montenreqro 2 futbolçu ilə təmsil olunub.
Ümumi sıralamada 2-ci Ruminiyadır – 34 futbolçu. Bolqarıstan 24 futbolçu ilə 3-dür. Ardınca keçmiş yuqoslaviyalılar – Makedoniya, Xorvatiya (hər ikisi 21) və Bosniya və Herseqovina (19) gəlir. Hollandiya 10 futbolçu ilə bu 6 ölkədən sonra 7-ci sırada qərarlaşıb.
Ümumi siyahıda 7-ci olan İspaniya sırf qərbdən olan liderdir. Almaniya, İngiltərə, Fransa kimi futbol olkələrinin hamısından öndə İspaniyadır – 17 nəfər.
Rekordçu Aqolli, bombardir Subaşiç
271 legionerdən ən çox oyun keçirən Ansi Aqolldir. Albaniya yığmasının kapitanı olan sol cinah müdafiəçisi 2010-cu ildən "Qarabağ”da çıxış edir. Aqolli ötən mövsümün sonunda həmyerlisi, komanda yoldaşı olan həmkarı Admir Telini qabaqlaya bilib.
Avropa ölkələrindən Azərbaycan milli çempionatında ən azı 100 oyun keçirənlər
1. Ansi Aqolli (Albaniya)
172
2. Admir Teli (Albaniya)
171
3. Radomir Todorov (Bolqarıstan)
149
4. Aleksandar Şoliç (Xorvatiya)
137
5. Branimir Subaşiç (Serbiya)
134
6. Branislav Çervenka (Çexiya)
129
7. Slavko Georgiyevski (Makedoniya)
113
8. Muarem Muarem (Makedoniya)
112
9. Draqan Mandiç (Serbiya)
107
10. Miloş Zeçeviç (Bosniya və Herseqovina)
107
11. Petar Zlatinov (Makedoniya)
105
11. İqor Mitreski (Makedoniya)
101
12. Stepan Polyak (Polşa)
10
Oyun sayında rəqabət varsa, bombardirlər siyahısında Branimir Subaşiçin 42 qolla aşkar üstünlüyü diqqət çəkir. Belə ki, millimizin da şərəfini qorunuş serbiyalı hücumu ən yaxın izləyicisi olan həmyerlisi Draqan Çeranı 17 qol qabaqlayır.
Avropa ölkələrindən Azərbaycan milli çempionatında 15 və daha çox qol vuranlar
1. Branimir Subaşiç (Serbiya)
42
2. Draqan Çeran (Serbiya)
25
3. Aleksandar Şoliç (Xorvatiya)
24
4. Pərdis Fərcad-Azad (Almaniya)
22
5. İvan Tsvetkov (Bolqarıstan)
22
6. Muarem Muarem (Makedoniya)
20
7. Corc Leroy (Hollandiya)
19
8. Yannik Kamanan (Fransa)
16
9. Adrian Neaqa (Rumıniya)
16
10. Dani Kintana (İspaniya)
15
Aqolli oyun sayında lider olsa da, mövsüm üzrə lider deyil. Bu, həmyerlisi Admir Teli ilə "Xəzər Lənkəran”la "Bakı"da oynamış bolqarıstanlı müdafiəçi Radomir Todorova məxsusdur. Aqolli cari mövsüm onun üçün 7-ci olduğundan onlara çatıb.
Avropadan Azərbaycan milli çempionatında ən çox mövsüm keçirənlər
1. Radomir Todorov (Bolqarıstan)
7
2. Admir Teli (Albaniya)
7
3. Branimir Subaşiç (Serbiya)
6
4. Ansi Aqolli (Albaniya)
6
5. Slavko Georgiyevski (Makedoniya)
5
6. Uğur Pamuk (Almaniya)
5
7. Adrian Manuel Skarlataçe (Rumıniya)
5
8. Aleksandar Şoliç (Xorvatiya)
5
9. Branislav Çervenka (Çexiya)
5
10. Draqan Mandiç (Serbiya)
5
11. Milan Zaqorats (Serbiya)
5
Muarem Muarem (Makeoniya)
5
Petar Zlatinov (Bolqarıstan)
5
Vladimir Miçoviç (Serbiya)
5
Aqolli təkcə oyun, bir klubda ən çox matç keçirənlər siyahısında həmyerlisi Telini qabaqlayaraq 1-ci pilləyə yüksəlib. O, cari mövsümədək 172 qarşışmanın hamısı hazırda da şərəfini qoruduğu "Qarabağ"da keçirib.
Avropadan Azərbaycan milli çempionatında 1 klubda ən çox oyun keçirənlər
Ansi Aqolli (Albaniya, "Qarabağ”)
172
Admir Teli (Albaniya, "Qarabağ”)
171
Radomir Todorov (Bolqarıstan, "Xəzər Lənkəran”)
142
Aleksandr Şoliç (Xorvatiya, "Bakı”)
137
Bronislav Çervenka (Çexiya, "İnter”)
129
Muarem Muarem (Makedoniya, "Qarabağ”)
112
Draqan Mandiç (Serbiya, AZAL)
107
Petar Zlatinov (Bolqarıstan, "İnter”)
104
İqor Mitreski (Makedoniya, "Neftçi”)
101
Avropadan Azərbaycan milli çempionatında 24 qapıçı çıxış edib. Onlardan keçmiş Yuqoslaviya təmsilçilərinin ilk 4 pillədə olması diqqət çəkir. Yalnız 5-ci pillədə polşalı Pavel Kapsa qərarlaşıb.
Avropadan Azərbaycan milli çempionatında ən azı 50 oyun keçirən qapıçılar
1. Saşa Stamenkoviç (Serbiya)
98
-95
2. Vladimir Miçoviç (Serbiya)
92
-60
3. Marko Şarliya (Xorvatiya)
85
-69
4. İbrahim Sehiç (Bosniya və Herseqovina)
82
-53
5. Pavel Kapsa (Polşa)
57
-52
6. Edis Kurtanoviç (Bosniya və Herseqovina)
55
-61
Avropanın milli çempionatımızdakı təmsilçiləri 10 avtoqola imza atıblar. Bunu n çox Teli edib – 2 dəfə. Qalan 9 legioner isə hərəyə 1 dəfə qapıları səhv salıblar.
Avropadan Azərbaycan milli çempionatında avtoqol edənlər
Admir Teli (Albaniya)
2
Pərdis Fərcad-Azad (Avropa)
1
Ekrem Hodziç (Bosniya və Herseqovina)
1
Bronislav Arseniyeviç (Bosniya və Herseqovina)
1
İdan Vaytsman (İsrail)
1
Stefan Borbikoni (Fransa)
1
Pedro Mario Alvarez (İspaniya)
1
Juan Qarsiya (Juan Fransisko, İspaniya)
1
Bencamin Lambot (Belçika)
1
Azərbaycanda çempionatın medal sayında və kubokun qalibi kimi liderlər
Avropadan Azərbaycan çempionu 37 futbolçu olub. Onlar arasında ən Ansi Aqolli, Muarem Muarem, İqor Mitreski və İbrahim Sehiç buna nail olublar – hərəyə 3 dəfə. Admir Teli, Slavko Georgiyevski, Branislav Çervenka, Milan Zaqorats, Petar Zlatinov, Saşa Stamenkoviç, Qoran Arnaut, Corc Leroy və Emil Mpenza hərəyə 2 dəfə Premyer Liqamızın qalibi olublar.
Milli çempionatımızın gümüş medalını ən çox Branimir Subaşiç qazanıb – 3 dəfə. Slavko Georgiyevski, Radomir Todorov, Adrian Pit, Stevan Bates, Elvin Beqiri, Andrey Mureşan, İvan Alexandro Benites, Katalin Doman, Matija Spiçiç, Mikel Alvaro v Yohan Bakonyano hərəyə 2 dəfə buna nail olublar.
Premyer Liqamızın bürünc medalını ən çox – 2 dəfə 5 futbolçu qazanıb. Bunlar Branimir Subaşiç, Admir Teli, Vladimir Miçoviç, Svetoslav Stefanov və David Pietrzkieviçdir.
Azərbaycan Premyer Liqasında medal sayında liderlər Ansi Aqolli, Admir Teli, Branimir Subaşiç və Slavko Georgiyevskidir. Albaniyalı müdafiəçilər hərəyə 5 mükafata malikdir. Aqolli 3 qızıl, 1 gümüş və 1 bürünc medala yiyələnib. Telinin mükafat kolleksiyasında 2 qızıl, 1 gümüş və 2 bürünc var. Georgiyevski 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Subaşiçdə isə qızıl olmasa da, 3 gümüş, 2 bürünc mükafatı var.
Azərbaycan kubokuna gəlincə, ən çox – 2 dəfə qalib olanlar Saşa Stamenkoviç, Ansi Aqolli, Muarem Muarem, Aleksandar Şoliç
və İbrahim Sehiçdir. Finalda iştiraka görə rekordçular isə Bronislav Çervenka, Radomir Todorov və Saşa Stamenkoviçdir – hərəyə 3 dəfə. Çervenka İnter"in heyətində hər 3 finalda uduzub. Radomir Todorov, Petar Zlatinov, Qoran Arnaut və Valter Quqlemon hərəyə 2 finalda məğlubiyyət alıblar.
"Real Madrid", "Barselona"da oynayanlardan final mərhələsində iştirakçısınadək
Avropa təmsilçiləri arasında böyük klubların şərəfini qorumuş futbolçular da olublar. Bunlar daha çox ispan legionerlərə aiddir. Məsələn, 2013/14 mövsümündə "Bakı"da çıxış edən (30 oyun, 2 qol) təcrübəli müdafiəçi Pedro Mario Alvares "Atletiko Madrid"in yetirməsidir və "Barselona"nın heyətində 1 oyunda meydana çıxıb. Onunla elə həmin mövsümdə "Bakı"da komanda yoldaşı olmuş (23 oyun) həmkarı Ruben Qonsales Roşa isə yetirməsi olduğu "Real Madrid"in heyətində 4 matç keçirib.
Avropadan gələn legionerlər arasında ən məşhurun Emil Mpenza olduğunu desək, yanılmarıq. Təcrbüəli hücumçu uzun illər həm Belçika yığmasının (57 oyun, 19 qol) liderlərindən olub, həm də Avropada uğurlu karyera yaşayıb. Mpenza heyətində 2 dəfə Almaniya kubokunu qazandığı "Şalke"də (79 oyun, 28 qol) çıxışı ilə tanınıb, "Hamburq" (36 oyun, 5 qol), "Mançester Siti" (25 oyun, 5 qol) kimi tanınan klublarda da oynayıb.
Milli çempionatımızda bir sıra rekordlara imza atan Ansi Aqolli isə Albaniya yığmaısnın heyəitndə kaptanı kimi bu yay Avropa çempionatının final mərhələsində iştirak edib. Bununla da 34 yaşlı müdafiəçi Premyer Liqamzıda çıxış etdiyi vaxtda böyük futbol turnirinin final mərhələsinə çıxan və orada oynayan ilk legioner kimi tarixə düşüb.




Fikirlərini bizimlə bölüş!