Avstriyaya yollanan bir təyyarə adam…

1 minute
Avstriyaya yollanan bir təyyarə adam… — illüstrasiya

AFFA-nın baş katibi yorğun və yuxusuz görünür. Adam uzun müddət bir iş görməyəndə əzgin olur, qəfil hava dəyişkənliyi ona pis təsir edir. Sərxan Hacıyev isə pozitivdi, şairin “onsuz da heç nə düzəlməyəcək” misrasıyla özünə təsəlli verib, rahat işində gününü keçirir.

AFFA funksionerləri bu ölkənin ən rahat və ən zəngin adamlarındandır. Faktiki heç bir ciddi əməlləri, ölkəyə faydaları yoxdur, amma yüksək təminatlı vəzifələri tuturlar.

İndi də bir təyyarə adam Avstriyaya yollanıb ki, Malta (!) və San Marino (!) kimi rəqiblərlə oyuna komanda hazırlasınlar.

Birinci rəqib heç, ikincinin heyətində peşəkar futbolçu da yoxdur. Poçtalyonu, aşpazı udmaqdan ötrü bir ətək pul xərclənir. Nə varmış ki, Millətlər Liqasında “dağdan ağır” rəqiblər Lixtenşteyn və Litva millilərini üstələyək.

Dərd orasıdır ki, ortada adam içinə çıxası futbolçumuz yoxdur. Olanlar da Renatla Mahir kimilərdir. Avropanın ortababdan da aşağı çempionatlarında oynayan iddiasız klublarında belə özlərinə yer tapa bilməyənlərlə hara gedəcəyəyik?

Millinin başına yerli məşqçı – Ayxan Abbasovun təyinatı isə müvəqqəti təsirli narkotikdən başqa heç nə deyil. Yəni ki, buyurun, əcnəbidən narazı idiz, sizin üçün azərbaycanlı məşqçini milliyə baş məşqçi gətirmişik.

Belə-belə nağıllarla milyonları havaya sovururlar. Özləri milyonçuya çevrilir, Azərbaycan futbolu isə bataqlıqda məhv olur!

Avstriyaya yollanan bir təyyarə adam… — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!